Avropa Parlamenti Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirib İcma


Siyasət 25 Okt 2024 09:36:00 89 0

Avropa Parlamenti Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirib  İcma

Tarixən xarici işğal, etnik təmizləmə, mədəni irsin dağıdılmasından əziyyət çəkmiş Qərbi azərbaycanlılar və bütövlükdə xalqımız üçün beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

Son.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, müxtəlif dövrlərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyonlarla Qərbi azərbaycanlı üçün qayıdış hüququ xüsusilə ümdə və müqəddəs vəzifə təşkil edir.

"Qüvvədə olan beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus qərb ölkələri, bu məsələyə biganə yanaşmışlar. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törətmişlər.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırmışlar. Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər.

Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər.

Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz "töhfəsini" vermiş olur. Xatırladaq ki, 1988-ci ildə keçmiş "DQMV"-nin Ermənistan SSR-ə verilməsinə dair çağırış etmiş Avropa Parlamenti ötən müddət ərzində Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirmiş və Azərbaycan əleyhinə nifrət və böhtanla dolu, beynəlxalq hüquqa zidd onlarla sənəd qəbul etmişdir.

Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür. Müzakirələrdə sanki bir-biri ilə yarışa çıxan, xüsusən Fransadan olan səlibçi mentalitetli deputatların fikirləri ikrah doğurur.

Biz, Qərbi Azərbaycan İcması olaraq, Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə "insan hüquqlarının müdafiəsi" donu geyindirmək cəhdlərini sərt şəkildə qınayırıq. Sözügedən ünsürlərin anti-Azərbaycan siyasətini, insan hüquqlarından öz siyasi gündəliklərini irəlilətmək cəhdlərini bundan sonra da ifşa etməkdə davam edəcəyik", - bəyanatda qeyd olunur.

Birbirilərini "sildilər" like
  • 25 Okt 09:33  
Digərləri Birbirilərini "sildilər"

Türkiyəli aktyor Uraz Kayqılaroğlu ilə aktrisa Cemre Baysel bir-birilərini

arrow Ətraflı
Türkiyədəki terrorun SENSASİON DETALLARI like
  • 25 Okt 09:28  
Dünya Türkiyədəki terrorun SENSASİON DETALLARI

Terror aksiyası niyə PKK lideri Öcalanla danışıqlar ərəfəsində və Ər

arrow Ətraflı
Tramp ABŞni “dünyanın zibilxanası” adlandırıb like
  • 25 Okt 09:22  
Dünya Tramp ABŞni “dünyanın zibilxanası” adlandırıb

ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya

arrow Ətraflı
Şəmkirdə bədbəxt hadisə like
  • 25 Okt 09:15  
Digərləri Şəmkirdə bədbəxt hadisə

Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Prezident Qubadlının azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib like
  • 25 Okt 09:07  
Siyasət Prezident Qubadlının azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev Qubadlının işğalından azad edilməsin

arrow Ətraflı
“Mənim günahımdır, anamı məcbur etməməli idim”  Məmməd İsmayıl like
  • 25 Okt 08:59  
Şou-biznes “Mənim günahımdır, anamı məcbur etməməli idim” Məmməd İsmayıl

"Mənim günahımdır da, boynuma alıram. Mən niyə o yaşlarda anamı m�

arrow Ətraflı
Kişilər qadınların bu hərəkətlərini xoşlamır  SİYAHI like
  • 25 Okt 08:53  
Digərləri Kişilər qadınların bu hərəkətlərini xoşlamır SİYAHI

Kişilərin bəzi qadın davranışlarını bəyənməməsi münasibətlərdə a

arrow Ətraflı
Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları olub? like
  • 25 Okt 08:47  
Digərləri Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları olub?

Baku TV-də "Dünya arxivlərindən Azərbaycan" adlı araşdırma yay

arrow Ətraflı
Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib like
  • 25 Okt 08:46  
Kriminal Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib

Daşkənddə "Mədəni İrs Beynəlxalq həftəsi" çərçivəsində &

arrow Ətraflı
Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ like
  • 25 Okt 08:39  
Kriminal Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ

Bakının Qaradağ rayonunda 1972-ci il təvəllüdlü Kamal şəxsi münasibət

arrow Ətraflı
Məşhur müğənni konsertində yıxıldı like
  • 25 Okt 08:31  
Şou-biznes Məşhur müğənni konsertində yıxıldı

Amerikalı müğənni Billi Ayliş Nyu-Yorkun "Madison Square Garden"

arrow Ətraflı
Göygöldə qəza  ölən və xəsarət alan var like
  • 25 Okt 08:27  
Digərləri Göygöldə qəza ölən və xəsarət alan var

Göygöldə ölümə nəticələn yol qəzası baş verib.

arrow Ətraflı
Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü like
  • 25 Okt 08:20  
Digərləri Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın o

arrow Ətraflı
Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir? like
  • 25 Okt 08:05  
Digərləri Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir?

Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb.

arrow Ətraflı
Marketlərdən "CocaCola" YIĞIŞDIRILDI  ŞOK SƏBƏB like
  • 25 Okt 07:57  
Dünya Marketlərdən "CocaCola" YIĞIŞDIRILDI ŞOK SƏBƏB

"Coca-Cola" şirkəti "Coca-Cola", "Fanta", "

arrow Ətraflı