Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları olub?


Digərləri 25 Okt 2024 08:47:00 78 0

Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları olub?

Baku TV-də "Dünya arxivlərindən Azərbaycan" adlı araşdırma yayımlanıb.

Qeyd edilib ki, aparılan araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində Azərbaycana aid 85 sənəd aşkarlanıb. Onların dördü Qafqaz Albaniyasına aiddir. Bu sənədlər latın, italyan, yunan, fransız, həmçinin türk, fars, ərəb, monqol və s. dillərdədir.

Filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva Vatikanda saxlanılan Azərbaycan sənədlərindən bəhs edərkən onu qeyd edib ki, onlardan 1000 səhifəyə yaxınını ölkəmizə gətirmək mümkün olub:

"Onların arasında əsasən tarixi sənədlər önəmli yer tutur. Həmin sənədlər 10-20-ci əsrləri əhatə edir. Səfəvi hökmdarları - İsmayıla, Təhmasibə, Abbasa, Hüseyn Səfəviyə yazılan məktublar Vatikan arxivlərində saxlanılır".

Rəflərin və stellajların uzunluğu 85 kilometr olan adıçəkilən zəngin arxivdəki sənədlərimizin bərpaya ehtiyacı olduğu məlumdur. Buradakı milyonlarla sənədlərin içərisindən Azərbaycana aid materialların tapılması isə asan məsələ olmayıb. Vatikan Məxfi Arxivində işləmək imkanı qazanan mərhum Fərid Ələkbərli araşdırma aparan alimlərimizdən olub. Onun "Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabında bir çox vacib sənədlər haqqında geniş məlumat verilib. Samirə Əliyeva bildirib ki, F.Ələkbərli Vatikanın Məxfi Arxivlərində işləyərkən orada saxlanılan sənədlərin 20 faizinin kataloqa alındığını qeyd edib. Buna görə də, arxivlərdə işləmək çox çətin olub:

"Fərid Ələkbərli məxfi arxivlərlə yanaşı, Vatikan Apostol Kitabxanasında da geniş tədqiqat işləri apararaq Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin əsərlərini əldə edib. Eyni zamanda, orta əsrlərə aid, elmə məlum olmayan doqquz azərbaycanlı müəllifin əsərlərini də əldə edib. Hətta zamanında F.Ələkbərli həmin arxivlərdə işləyərkən elə məlumatlar toplayıb ki, onlar hələ bizə məlum deyildi".

Sözügedən sənədlər arasında Roma papalarının orta əsr Azərbaycan hökmdarları ilə yazışmalarını əks etdirən materiallar var. Onların Abağa xan, Arqun xan kimi Elxani hökmdarları, eyni zamanda, Ağqoyunlu hökmdarı Uzun Həsən ilə münasibətləri mövcud olub, eləcə də Səfəvi saraylarına dəfələrlə diplomatlarını və missionerlərini göndəriblər. Orta əsrlərdə Azərbaycanı idarə edən sülalələrin nümayəndələri Vatikan, Genuya, Venesiya və İtaliyada yerləşən digər şəhərlər, həmçini ölkələrlə güclü siyasi və iqtisadi əlaqələr yaradıblar. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib like
  • 25 Okt 08:46  
Kriminal Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib

Daşkənddə "Mədəni İrs Beynəlxalq həftəsi" çərçivəsində &

arrow Ətraflı
Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ like
  • 25 Okt 08:39  
Kriminal Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ

Bakının Qaradağ rayonunda 1972-ci il təvəllüdlü Kamal şəxsi münasibət

arrow Ətraflı
Məşhur müğənni konsertində yıxıldı like
  • 25 Okt 08:31  
Şou-biznes Məşhur müğənni konsertində yıxıldı

Amerikalı müğənni Billi Ayliş Nyu-Yorkun "Madison Square Garden"

arrow Ətraflı
Göygöldə qəza  ölən və xəsarət alan var like
  • 25 Okt 08:27  
Digərləri Göygöldə qəza ölən və xəsarət alan var

Göygöldə ölümə nəticələn yol qəzası baş verib.

arrow Ətraflı
Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü like
  • 25 Okt 08:20  
Digərləri Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın o

arrow Ətraflı
Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir? like
  • 25 Okt 08:05  
Digərləri Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir?

Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb.

arrow Ətraflı
Marketlərdən "CocaCola" YIĞIŞDIRILDI  ŞOK SƏBƏB like
  • 25 Okt 07:57  
Dünya Marketlərdən "CocaCola" YIĞIŞDIRILDI ŞOK SƏBƏB

"Coca-Cola" şirkəti "Coca-Cola", "Fanta", "

arrow Ətraflı
48 yaşlı aktrisa vəfat etdi like
  • 25 Okt 07:55  
Şou-biznes 48 yaşlı aktrisa vəfat etdi

Rusiyalı aktrisa Mariya Boyçova vəfat edib.

arrow Ətraflı
Nazirlik özəl bağçalarla bağlı qərar verdi: Proses necə həyata keçiriləcək? like
  • 25 Okt 07:54  
Digərləri Nazirlik özəl bağçalarla bağlı qərar verdi: Proses necə həyata keçiriləcək?

2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaq

arrow Ətraflı
Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd like
  • 25 Okt 07:48  
Digərləri Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd

Kanadada anadan olan və Amerikada Fəlsəfə Araşdırmaları Cəmiyyəti yarad

arrow Ətraflı
Lökbatanda yük avtomobili qəza TÖRƏTDİ: Ölən var like
  • 25 Okt 07:44  
Digərləri Lökbatanda yük avtomobili qəza TÖRƏTDİ: Ölən var

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəql

arrow Ətraflı
Dövlət çevrilişinə hazırlaşmıram  Zurabişvili like
  • 25 Okt 07:28  
Digərləri Dövlət çevrilişinə hazırlaşmıram Zurabişvili

Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə heç kim dövlət

arrow Ətraflı
“İndi Ukrayna ilə bağlı bu qərarı verməyə ehtiyac yoxdur” like
  • 25 Okt 07:20  
Dünya “İndi Ukrayna ilə bağlı bu qərarı verməyə ehtiyac yoxdur”

Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar

arrow Ətraflı
Baş ağrılarına diqqət  Bu xəstəliklərin əlaməti ola bilər like
  • 25 Okt 07:07  
Digərləri Baş ağrılarına diqqət Bu xəstəliklərin əlaməti ola bilər

Baş ağrılarınız davamlı və şiddətlidirsə və gündəlik fəaliyyətini

arrow Ətraflı
"Deyirlər, niyə tək gəzirsən, balaca?"  Bəstəboy aktrisa ilə MÜSAHİBƏ like
  • 25 Okt 06:58  
Şou-biznes "Deyirlər, niyə tək gəzirsən, balaca?" Bəstəboy aktrisa ilə MÜSAHİBƏ

Son.az lent.az-a istinadən peşəkar mədəniyyət və incəsənət xadimləri

arrow Ətraflı