Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib


Kriminal 25 Okt 2024 08:46:00 72 0

Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib

Daşkənddə "Mədəni İrs Beynəlxalq həftəsi" çərçivəsində "Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar" adlı forum keçirilib.

Forumda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, tanınmış Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Yunus Oğuz, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər respublikalardan nümayəndələr iştirak edib.

Forumu Azadbek Nazarbekov açaraq Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, bizim əcdadlarımız maariflənməyi cəhalətdən üstün tutublar, öz ağıl və bacarıqlarını elmin və mədəniyyətin inkişafına sərf ediblər. Xarəzmi, Fərqani, əl-Biruni və Zəməxşari bu torpaqda birdən-birə yaranmayıb. Əlişir Nəvai və Babur Mirzə anadan  şair doğulmayıb. Dünyada tanınan bu böyük alimlər, filosoflar və ədibləri yaşadıqları dövrün elmi və mədəni mühiti yetişdirib.

Sonra Sultan Rayev, Mehmet Surayya Er, Aktota Raimkulova və başqaları mədəniyyət və incəsənət sahəsində Özbəkistanda və digər Türk dövlətlərində mədəniyyət və incəsənət sahəsində aparılan islahatlardan danışıblar.

Sultan Rayev qeyd edib ki, Özbəkistanın Mərkəzi Asiya respublikaları və Türk dünyası ilə bütün sahələrdə apardığı praqmatik xarici siyasət bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəni-humanitar istiqamətdə əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY çərçivəsində münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Təşkilatın üzvü olan bütün dövlətlərdə, o cümlədən Özbəkistanda və digər qardaş respublikalarda mədəniyyət və incəsənət günləri, gənclər və teatr festivalları, yaradıcılıq forumları və digər bu kimi tədbirlər keçirilir ki, bu da TÜRKSOY-un və bütün Türk dünyası mədəniyyət nazirliklərinin maraq dairəsindədir.

Yunus Oğuz Türk dövlətlərində mədəniyyətin inkişafı sahəsində TÜRKSOY-un rolunu yüksək qiymətləndirib, böyük Azərbaycan şairi Hüseyn Cavidin  şeirindən bir beyt söyləyib:Turana qılıncdan daha kəskin, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

O, Türk Dövlətləri Təşkilatının bütün sahələrdə, o cümlədən mədəniyyət istiqamətindəki rolundan söhbət açıb, təşkilatın üzvü olan dövlət başçılarının dostluğunu ön plana çəkib. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxlın dostluq münasibətləri təbii ki, mədəniyyətlərimizin inkişafına böyük təsir göstərir. Bu sözləri digər türk dövlətlərinin başçıları haqqında da demək olar.

O ki qaldı Azərbaycan və Özbəkistanın mədəni sahədə əməkdaşlığına, o nə bu gün, nə də dünən yaranıb, bu əlaqələrin min illik tarixi var. Böyük strateq və sərkərdə Əmir Teymurun Azərbaycanda olması, qışlamanı Qarabağda keçirməsi faktı heç kəsə sirr deyil. Əmir Teymur Azərbaycanda olarkən Beyləqanı tikib, oraya su kəməri çəkib. Böyük sərkərdə deyib:"Dilimiz bir, dinimiz bir, mədəniyyətimiz  bir, tanrımız birdir".

Bir zamanlar Azərbaycanda "Molla Nəsrəddin" jurnalı çap edilib, bu jurnalın Özbəkistanda abunəçiləri olub, Azərbaycan türkcəsində olan bu jurnalı özbəklər alıb, oxuyub və anlayıblar, biz o vaxtlar bir-birimizi daha yaxşı başa düşürdük.

Sonra Yunus Oğuz "Əmir Teymur" romanını Azadbek Nazarbekova təqdim edib.

Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ like
  • 25 Okt 08:39  
Kriminal Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ

Bakının Qaradağ rayonunda 1972-ci il təvəllüdlü Kamal şəxsi münasibət

arrow Ətraflı
Məşhur müğənni konsertində yıxıldı like
  • 25 Okt 08:31  
Şou-biznes Məşhur müğənni konsertində yıxıldı

Amerikalı müğənni Billi Ayliş Nyu-Yorkun "Madison Square Garden"

arrow Ətraflı
Göygöldə qəza  ölən və xəsarət alan var like
  • 25 Okt 08:27  
Digərləri Göygöldə qəza ölən və xəsarət alan var

Göygöldə ölümə nəticələn yol qəzası baş verib.

arrow Ətraflı
Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü like
  • 25 Okt 08:20  
Digərləri Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın o

arrow Ətraflı
Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir? like
  • 25 Okt 08:05  
Digərləri Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir?

Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb.

arrow Ətraflı
Marketlərdən "CocaCola" YIĞIŞDIRILDI  ŞOK SƏBƏB like
  • 25 Okt 07:57  
Dünya Marketlərdən "CocaCola" YIĞIŞDIRILDI ŞOK SƏBƏB

"Coca-Cola" şirkəti "Coca-Cola", "Fanta", "

arrow Ətraflı
48 yaşlı aktrisa vəfat etdi like
  • 25 Okt 07:55  
Şou-biznes 48 yaşlı aktrisa vəfat etdi

Rusiyalı aktrisa Mariya Boyçova vəfat edib.

arrow Ətraflı
Nazirlik özəl bağçalarla bağlı qərar verdi: Proses necə həyata keçiriləcək? like
  • 25 Okt 07:54  
Digərləri Nazirlik özəl bağçalarla bağlı qərar verdi: Proses necə həyata keçiriləcək?

2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaq

arrow Ətraflı
Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd like
  • 25 Okt 07:48  
Digərləri Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd

Kanadada anadan olan və Amerikada Fəlsəfə Araşdırmaları Cəmiyyəti yarad

arrow Ətraflı
Lökbatanda yük avtomobili qəza TÖRƏTDİ: Ölən var like
  • 25 Okt 07:44  
Digərləri Lökbatanda yük avtomobili qəza TÖRƏTDİ: Ölən var

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəql

arrow Ətraflı
Dövlət çevrilişinə hazırlaşmıram  Zurabişvili like
  • 25 Okt 07:28  
Digərləri Dövlət çevrilişinə hazırlaşmıram Zurabişvili

Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə heç kim dövlət

arrow Ətraflı
“İndi Ukrayna ilə bağlı bu qərarı verməyə ehtiyac yoxdur” like
  • 25 Okt 07:20  
Dünya “İndi Ukrayna ilə bağlı bu qərarı verməyə ehtiyac yoxdur”

Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar

arrow Ətraflı
Baş ağrılarına diqqət  Bu xəstəliklərin əlaməti ola bilər like
  • 25 Okt 07:07  
Digərləri Baş ağrılarına diqqət Bu xəstəliklərin əlaməti ola bilər

Baş ağrılarınız davamlı və şiddətlidirsə və gündəlik fəaliyyətini

arrow Ətraflı
"Deyirlər, niyə tək gəzirsən, balaca?"  Bəstəboy aktrisa ilə MÜSAHİBƏ like
  • 25 Okt 06:58  
Şou-biznes "Deyirlər, niyə tək gəzirsən, balaca?" Bəstəboy aktrisa ilə MÜSAHİBƏ

Son.az lent.az-a istinadən peşəkar mədəniyyət və incəsənət xadimləri

arrow Ətraflı
Azərbaycanda sosial şəbəkədə açıqaşkar silah SATIŞI like
  • 25 Okt 06:49  
Digərləri Azərbaycanda sosial şəbəkədə açıqaşkar silah SATIŞI

Sosial şəbəkələrdə silah satışı ilə məşğul olan şəxslər var. Tik

arrow Ətraflı