Nazirlik özəl bağçalarla bağlı qərar verdi: Proses necə həyata keçiriləcək?
Digərləri 25 Okt 2024 07:54:00 183 0
2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar seçilən özəl bağçalara yerləşdiriləcəklər.
Bu xəbəri də oxu: Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı
Son.az oxu.az-a istinadən xəbər verir ki, təhsil haqqının yarısını isə Elm və Təhsil Nazirliyi ödəyəcək. Layihə Nazirliyin "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək.
"Bu layihənin həyata keçirilməsi çox yaxşıdır. Bir ailədən iki, üç uşaq da bağçaya gedə bilər. Valideynlərə böyük dəstəkdir", - deyə sakin bildirib.
Maraqlıdır, uşaqlar bağçaya hansı kateqoriyaya əsasən seçiləcək və bu proses necə tənzimlənəcək?
Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, dövlət bağçalarında yerlərin sayı az olduğuna görə alternativ modellər həyata keçirilir:
"Müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistem tənzimlənəcək. Həmin bağçalarda 250 manata qədər vəsait dövlət tərəfindən ödənilir. Fikrimcə, məktəbəqədər təhsildə əhatəliliyi artırmaq üçün ən qısa yol budur. Əsas problemimiz monitorinqi düzgün təşkil etmək və bağça şəbəkəsini artırmaqdır".
Qeyd edək ki, müsabiqənin birinci mərhələsi artıq yekunlaşıb. Növbəti mərhələyə buraxılan 26 bağçanın siyahısı və boş yerlərin sayı da müəyyənləşib. Qeydiyyat prosesi isə www.bq.edu.az portalında oktyabrın 24-dən, noyabrın 1-i saat 17:00-dək davam edəcək. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kanadada anadan olan və Amerikada Fəlsəfə Araşdırmaları Cəmiyyəti yarad
Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəql
Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə heç kim dövlət
Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar
Baş ağrılarınız davamlı və şiddətlidirsə və gündəlik fəaliyyətini
Son.az lent.az-a istinadən peşəkar mədəniyyət və incəsənət xadimləri
Sosial şəbəkələrdə silah satışı ilə məşğul olan şəxslər var. Tik
FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Sk
Dövlət uşaq bağçalarında yerlərin sayı az olduğundan, bir çox valideyn
Bürclər haqqında ən zəhlətökən şeylər haqqında daha çox məlumat əl
Heç kimə sirr deyil ki, gözəllik nisbi anlayışdır. Hər bir insan tərəf
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədəki paylaşımı