Peter Mixalko XİNə çağırıldı
Siyasət 25 Okt 2024 17:09:00 148 0
Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu xəbəri də oxu: Prezident Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, bu gün Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də, bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.
"Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.
Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub", - XİN-dən bildirilib.
Meyxanaçı Vüqar Əbdülov gənc meyxanaçıların qışqıra-qışqıra oxuma
"Bir çox insanın aktyor və aktrisa olmağının səbəbkarı Elməddin
Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında "
Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovn
Aşağı karbohidratlı pəhrizlər kilo vermək və sağlamlığı yaxşılaşd
Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərç
Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 4-6° aşağı e
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dai
Elit star Cəmilə qalmaqallı açıqlamalar edib.
2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Resp
2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış "Azərbayca
Prezident İlham Əliyev "Avropa Yenidənqurma və İnkişaf Bankının tə
Fidan Hacıyeva Vokal musiqi məktəbinin nəzdindəki Opera teatrı Azərbaycan