Fidan Hacıyeva Vokal musiqi məktəbinin nəzdindəki Opera teatrı ATUda ilk konserti ilə çıxış edib FOTO


Kriminal 25 Okt 2024 16:03:00 63 0

Fidan Hacıyeva Vokal musiqi məktəbinin nəzdindəki Opera teatrı ATUda ilk konserti ilə çıxış edib  FOTO

Fidan Hacıyeva Vokal musiqi məktəbinin nəzdindəki Opera teatrı Azərbaycan Tibb Universitetində (ATU) ilk konserti ilə çıxış edib. Gecə Ümumdünya Opera gününə - oktyabrın 25-nə həsr olunmuşdu. ATU-nun professor - müəllim heyətinə və universitetin tələbələrinə Azərbaycan və dünya klassiklərinin-Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Müslüm Maqomayev, Coakinno Rossini, Jorj Bize, Cüzeppe Verdi və başqalarının əsərləri təqdim olunub.

İstedadlı solistlər Emin İsmayılov, Orxan Cabbarov, Asim Muradov, Altun Süleymanov, Rauf Məmmədzadə və Anar Həmidli çıxış ediblər. Fidan Hacıyeva solo və gənc istedadlarla duetdə bir sıra kompozisiyalar təqdim edib. Konsert tamaşaçıların alqışları altında keçirilib.

Gecədə Azərbaycan Xalq Artisti Fidan Hacıyevanın uzun illər ərzində klassik incəsənəti təbliğ etdiyi, bütün dünyada - İtaliya, Yaponiya, Almaniya, Böyük Britaniya, İsveçrə, Türkiyə, İspaniya, Ukrayna, Rusiya, Belarus, Albaniya və s.uğurla çıxış etdiyi bildirilib. 2019-cu ildə F. Hacıyeva Azərbaycan tarixində ilk qadın MEZZO kamera orkestrini yaradıb və bu il ölkədə ilk dəfə olaraq Beynəlxalq Opera Festivalını təşkil edib və keçirib. Opera Teatrının yaradılması gənclərin opera sənəti sahəsində inkişafına yönəldilmiş, istedadlı tələbələrə, universitet və məktəb məzunlarına yaradıcılıqlarını geniş ictimaiyyətə göstərmək imkanı vermək məqsədi daşıyır. Belə axşamlar ölkənin digər ali məktəblərində də keçiriləcəkdir. Sonda ATU-nun rektoru, tibb elmləri doktoru, tanınmış aktyor, Xalq Artisti Ağasədiq Gəraybəylinin nəvəsi, professor Gəray Gəraybəyli F. Hacıyevaya möhtəşəm axşam keçirdiyinə və Opera Teatrının gənc istedadlarına heyranlığına görə minnətdarlığını bildirib. Qeyd edək ki, dünya opera Günü şərəfinə müğənni həmçinin stilist-vizajist Səbinə İmanova və rəssam-dizayner Ceyhun Camalovun üzərində işlədiyi fotosessiyanı təqdim edib.

Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqləndi like
  • 25 Okt 16:00  
Siyasət Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyası redaksiya hey�

arrow Ətraflı
Ərdoğan Putinlə nədən danışıb? like
  • 25 Okt 15:58  
Dünya Ərdoğan Putinlə nədən danışıb?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Put

arrow Ətraflı
Oğlu öldürülən atanın məhkəmədə dedikləri hamını təccübləndirdi: like
  • 25 Okt 15:56  
Digərləri Oğlu öldürülən atanın məhkəmədə dedikləri hamını təccübləndirdi:

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əs

arrow Ətraflı
COP29la bağlı Çağrı Mərkəzi yaradılacaq like
  • 25 Okt 15:51  
Digərləri COP29la bağlı Çağrı Mərkəzi yaradılacaq

Noyabrdan etibarən biz xüsusi çağrı mərkəzinin yaradılmasını da planla

arrow Ətraflı
Zerrin Özerdən sevənlərinə like
  • 25 Okt 15:44  
Şou-biznes Zerrin Özerdən sevənlərinə

Müğənni Zerrin Özer qatıldığı mükafatlandırma mərasimində üzücü x

arrow Ətraflı
Qız qaçırma hansı halda cinayətdir? like
  • 25 Okt 15:22  
Digərləri Qız qaçırma hansı halda cinayətdir?

Xəbər verdiymiz kimi, ötən gün Bakıda məktəbli qız qaçırılıb.

arrow Ətraflı
Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq like
  • 25 Okt 15:21  
Digərləri Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq

COP29 ilə bağlı ziyarətçi təcrübəsinin yaxşılaşdırılması, onların

arrow Ətraflı
“Ola bilər haradasa övladım olsun” like
  • 25 Okt 15:11  
Şou-biznes “Ola bilər haradasa övladım olsun”

Türkiyənin məşhur müğənnisi Rafet El Roman sevgi münasibətləri ilə ba

arrow Ətraflı
“Tesla” 7 milyonuncu avtomobilini istehsal etdi like
  • 25 Okt 15:03  
Digərləri “Tesla” 7 milyonuncu avtomobilini istehsal etdi

"Tesla", 22 oktyabr tarixində 7 milyonuncu elektrik avtomobilini iste

arrow Ətraflı
Heçnədən həzz ala bilməyənlərin xəstəliyi like
  • 25 Okt 15:00  
Digərləri Heçnədən həzz ala bilməyənlərin xəstəliyi

Bəzi insanlar var ki, həyatda istədiyi çox şeylərə sahib olmalarına baxm

arrow Ətraflı
Tuneldəki hadisə ilə bağlı like
  • 25 Okt 14:59  
Digərləri Tuneldəki hadisə ilə bağlı

Bakıda "Komsomol dairəsi" kimi tanınan ərazidə yerləşən avtomo

arrow Ətraflı
Azərbaycanlı aktyorun ölüm xəbəri yayıldı like
  • 25 Okt 14:58  
Şou-biznes Azərbaycanlı aktyorun ölüm xəbəri yayıldı

Aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

arrow Ətraflı
Ronaldonun Corcinası xəstəxanalıq oldu: like
  • 25 Okt 14:50  
Digərləri Ronaldonun Corcinası xəstəxanalıq oldu:

"Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldonun nişanlısı Corc

arrow Ətraflı
Ukrayna ilə bağlı kompromisə hazıram, açıq deyirəm, utanmadan like
  • 25 Okt 14:26  
Dünya Ukrayna ilə bağlı kompromisə hazıram, açıq deyirəm, utanmadan

Ukraynadakı münaqişənin həlli üçün ağlabatan kompromislər axtarmağa h

arrow Ətraflı