İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib
Siyasət 27 Okt 2024 10:09:00 218 0
Prezident İlham Əliyev "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qələbəsi münasibətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyev: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənizin aparıcı siyasi qüvvəsi olan "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.
Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi bəlli olub.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya prezidenti Vladimir Putin əcnəbilər yalnız Rusiya vətəndaşı ilə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Gələn il Türkiyədə maksimum uçot dərəcəsi 35%, minimum isə 27,5% olac
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ötən ilin oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyədə bugünlərdə yayımına başlanan serialdakı açıq-saçıq kadrl
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün səhər İsrailin şimalında - Hayfadan Colan təpələrinə qədər ye
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
İslandiya dördgünlük iş həftəsini tətbiq edəndən bəri təsirli iqtisa
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyəli aktyor Oktay Kaynarca yeni seriala çəkilməyə hazırlaşır.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Hər ailənin öz povesti, öz əfsanəsi, öz yaddaşı var. Hamı kimi m
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Paytaxt ərazisində elə binalar var ki, onların altından keçərkən insanda
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiyanın Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi məkt
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)