Turan İnformasiya Agentliyi və xaricdəki mənəviyyatsızların ortaq məqsədi


Siyasət 10 Fev 2025 22:39:00 88 0

Turan İnformasiya Agentliyi və xaricdəki mənəviyyatsızların ortaq məqsədi

Son günlərdə Turan İnformasiya Agentliyinin yaydığı bir xəbər yenidən diqqət mərkəzinə düşüb. Agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hansısa hesabatına istinad edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi təyyarəsinin 25 dekabrda Sankt-Peterburqa uçuşu zamanı xarici texniki müdaxiləyə məruz qaldığını və bu səbəbdən qəfil Bakıya geri qayıtdığını iddia edib. 

Halbuki, reallıq tamamilə fərqli idi.

Məsələ burasındadır ki, həmin gün dövlət başçısına Rusiya hava məkanında olarkən Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 reysinin qəzaya uğraması haqqında məruzə edilib. Prezident isə dərhal hadisənin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göstəriş verərək geri qayıtmaq qərarına gəlib. Yəni, Turanın iddia etdiyi kimi, hansısa "radio-texniki problem" və ya "xarici müdaxilə" məsələsi gündəmdə olmayıb.

Maraqlıdır ki, bu cür saxta xəbərlər xaricdə fəaliyyət göstərən antimilli ünsürlər tərəfindən dərhal manipulyasiya olunaraq fərqli istiqamətə yönəldilir. Xüsusilə, "Azad Söz" adlı kanal və onun heç bir əxlaqi norma tanımayan rəhbəri Tural Sadıqlı bu kimi yalan məlumatları öz üslubuna uyğun şəkildə "bəsləyir" və ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır.

Dövlət başçısının hadisəyə dərhal reaksiya verməsi, nəzarəti öz üzərinə götürməsi və prosesi birbaşa diqqətdə saxlaması, onun ölkə rəhbəri kimi prinsipial mövqeyini bir daha təsdiqlədi. Bunu inkar etmək mümkün deyil.

Əslində, Turan İnformasiya Agentliyi artıq bir müddətdir ki, Azərbaycan dövlətinə qarşı qərəzli informasiya siyasəti yürüdür. 

Agentliyin yaydığı yalan və pozucu məlumatlar eyni zamanda həmin məlumatların xaricdəki bəlli dairələr tərəfindən dərhal tirajlanması heç də təsadüfi deyil. 

Məsələn, "Rossotrudniçestvo"Azərbaycandakı nümayəndəliyi "casus yuvası" elan olunur, amma Turan Agentliyi bu məsələni araşdırmaq əvəzinə Azərbaycanın əks-kəşfiyyat orqanlarını hədəfə alır. Bu, bir daha göstərir ki, Turan müəyyən dairələrin əlində bir alətə çevrilib və açıq şəkildə Azərbaycana qarşı informasiya savaşı aparır.

Məsələ ilə bağlı araşdırmalar aparılır və çox güman ki, yaxın zamanlarda bu manipulyasiyaların arxasında kimin və ya kimlərin dayandığı barədə daha dəqiq məlumatlar ictimaiyyətə təqdim ediləcək. 

Lakin ortada olan fakt budur ki, həm Turan, həm də onun xaricdəki havadarları milli maraqlara qarşı sistemli şəkildə fəaliyyət göstərir və Azərbaycan cəmiyyətində süni gərginlik yaratmaq üçün məqsədli şəkildə yalan informasiyalar yayırlar.

Azərbaycan dövləti isə hər zaman olduğu kimi, bu cür təxribatların qarşısını qətiyyətlə almağa davam edəcək. Mehman Əsədov Son.az

Paşinyan Makronla ErmənistanAzərbaycan danışıqlar prosesini müzakirə etdi like
  • 10 Fev 22:31  
Digərləri Paşinyan Makronla ErmənistanAzərbaycan danışıqlar prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel M

arrow Ətraflı
"Teymur Əmrah bir güllə ilə iki quş vurdu" like
  • 10 Fev 22:22  
Şou-biznes "Teymur Əmrah bir güllə ilə iki quş vurdu"

Müğənni Manaf Ağayev Əməkdar artist Teymur Əmrahın onunla bağlı dediyi

arrow Ətraflı
Üzünə bu maskanı çəkdi, komaya düşdü like
  • 10 Fev 22:13  
Dünya Üzünə bu maskanı çəkdi, komaya düşdü

Son günlər Cənubi Kiprdə "HHC", "THCP", "THCPO"

arrow Ətraflı
Üçüncü kurs tələbəsi vəfat etdi like
  • 10 Fev 22:01  
Digərləri Üçüncü kurs tələbəsi vəfat etdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Hum

arrow Ətraflı
“Qovuşum sənə, sevgilim...”  Boşanma ərizəsi verən Aysundan qəribə paylaşım like
  • 10 Fev 21:52  
Şou-biznes “Qovuşum sənə, sevgilim...” Boşanma ərizəsi verən Aysundan qəribə paylaşım

Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən Aysun İsmayılovanın dah

arrow Ətraflı
Bakıda nömrəsi özündən qatqat baha olan "Moskvich" like
  • 10 Fev 21:43  
Digərləri Bakıda nömrəsi özündən qatqat baha olan "Moskvich"

Sosial şəbəkələrdə yayılan yeni video müzakirələrə səbəb olub. 

arrow Ətraflı
Bu bürclər sevgidə xoşbəxt ola bilmir like
  • 10 Fev 21:24  
Digərləri Bu bürclər sevgidə xoşbəxt ola bilmir

Hər bir bürcün sevdikləri ilə münasibətlərinə təsir edə biləcək öz

arrow Ətraflı
Tehranda Amerikaya görə uzunqulaqlar döyüldü  FOTO like
  • 10 Fev 21:15  
Digərləri Tehranda Amerikaya görə uzunqulaqlar döyüldü FOTO

Bu gün Tehranda İran inqilabının ildönümü ilə bağlı keçirilən tədbi

arrow Ətraflı
Yuxu dərmanı istifadə edənlərin NƏZƏRİNƏ like
  • 10 Fev 21:04  
Digərləri Yuxu dərmanı istifadə edənlərin NƏZƏRİNƏ

Son illərdə yuxu dərmanlarının istifadəsi artıb, amma bu dərmanların sa

arrow Ətraflı
Sevda da plastik əməliyyat etdirib?  VİDEO  FOTO like
  • 10 Fev 20:54  
Şou-biznes Sevda da plastik əməliyyat etdirib? VİDEO FOTO

Müğənni Sevda Sanaliyeva son halı ilə görənləri təəccübləndirib.

arrow Ətraflı
Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb like
  • 10 Fev 20:53  
Dünya Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yox

arrow Ətraflı
Vanqanın seçdiyi tək BÜRC like
  • 10 Fev 20:37  
Digərləri Vanqanın seçdiyi tək BÜRC

Məşhur bolqar görücü Vanqa təkcə gələcəyi proqnozlaşdırmaqla kifayə

arrow Ətraflı
Daha 2 polkovnikə yüksək vəzifə verildi like
  • 10 Fev 20:35  
Digərləri Daha 2 polkovnikə yüksək vəzifə verildi

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib

arrow Ətraflı
Bu tarixdə Bakıya QAR yağacaq like
  • 10 Fev 20:31  
Digərləri Bu tarixdə Bakıya QAR yağacaq

Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 17-i gecəd�

arrow Ətraflı