Nüvə Silahı Riskləri: ABŞ və İsrail Niyə Narahatdır?


Siyasət 27 Okt 2024 13:28:00 72 0

Nüvə Silahı Riskləri: ABŞ və İsrail Niyə Narahatdır?

"İsrailin İrana növbəti hücumu bir daha bu ölkənin bölgədə regional gərginliyin zəiflədilməsi istiqamətində addımlar atılmasında maraqlı olmadığını göstərdi. Hərçənd İsrail yenə də hərəkətlərinin özünü müdafiə çərçivəsində olduğunu bildirir. ABŞ də İsrailin İrana hücumunun preventiv və məhdud xarakter daşıdığını təsdiq edib".

Bu sözləri Son.az-a politoloq Elşən Manafov deyib.

O bildirib ki, İsraildən daxil olan məlumatlar göstərir ki, İrana hücum barədə ABŞ əvvəlcədən xəbərdar edilib.

Bu, İsrailin hücum qərarını ABŞ-la razılaşdırdığını göstərir. 

"Deməli, Yaxın Şərqdə deeskalasiya ilə bağlı açıqlamalarında ABŞ səmimi deyil. Bunun digər bir göstəricisi isə, hazırda ABŞ-nin NATO-nun Avropada, xüsusilə Almaniyada olan bazalarından qırıcı F-35 təyyarələrinin İsrailə daşınmasıdır. Bu, tərəflərin regionda daha böyük miqyasda başlana biləcək hərbi əməliyyatlara hazırlığından xəbər verir.

İsrailin özünün 100-lərlə qırıcı təyyarələrlə təxminən 2000 km məsafədən İrana endirdiyi zərbələrdə İranın hərbi sənaye obyektlərinin hədəfə alındığı bildirilir. Əsasən raket və dronlar istehsal edən müəssisələrin vurulması barədə xəbərlər daxil olur. Halbuki, İsrail birbaşa İranın paytaxtı Tehrana zərbələr endirib. Bu, 1988-ci ildən, yəni İran-İraq müharibəsindən bəri ilk dəfədir ki, Tehran hücuma məruz qalır. İranın hava hücumundan müdafiə qüvvələri Tehrana tuşlanmış raketlərin əksəriyyətini zərərsizləşdirə biliblər". 

Politoloq qeyd edib ki, İsrailin İrana növbəti zərbəsinə gəlincə, bu, özünü müdafiə ehtiyaclarından irəli gələn hərəkətlər deyil, Yaxın və Orta Şərqdə geosiyasi balansı ABŞ-la razılaşdırılmış və onun dəstəyi ilə həyata keçirmək istədiyi siyasətdir.

"Bu, ilk növbədə suveren və müstəqil İrana münasibətdə bir təhdid və onun regional siyasətinə adekvat addımlardır. İran ABŞ-ın birqütblü dünya nizamı ilə bağlı baxışlarını bölüşmür. BRİKS-ə daxil olan digər dövlətlərlə birgə dünyanın daha ədalətli nizamının bərqərar olması uğrunda mübarizə aparır, İsrailin bölgədəki ekspansionist siyasətini cilovlamağa çalışır və Fələstin xalqının beynəlxalq birlik tərəfindən tanınmış hüquqlarının müdafiəsi istiqamətində iş görür.

İranın nüvə enerjisinə və deməli, nüvə silahına perspektivdə sahiblənə biləcəyi ilə bağlı məlumatlar ABŞ və İsraili düşündürür və narahat edir. Belə ki, İranın təxminən 60-65 kq-lıq uranın artıq zənginləşdirə bilməsi ilə bağlı təsdiq olunmayan məlumatlar var. Bu, rəsmi Tehranın qarşıdakı bir neçə ayda 5-6 nüvə bombasını hazırlaya bilməsi üçün kifayət edəcək zənginləşdirilmiş uran kütləsi deməkdir. Hadisələrin bu cür axarı isə, İranla təhdid dilində danışmaq istəyən tərəflərin xeyrinə deyil.

İrana təzyiqlərin arxasında, şübhəsiz ki, onun şiə ideologiyasını qonşu ərəb ölkələrinə ixracının qarşısını almaq və onu proksi qüvvələrə olan dəstəkdən imtina etmək cəhdləri də var. İsrail və ABŞ-a görə, bu qüvvələr İsraili və regionu təhdid edirlər. İran və bununla bağlı siyasətini bölüşdürən digər dövlətlər və tərəflər isə, əksinə, məhz proksi qüvvələrinin İsraili regionda daha böyük ölçüdə ekspansionist siyasət yeritməkdən çəkindirdiyini bildirirlər. Regionun perspektiv durumuna dair bu fərqli geosiyasi baxışlar isə münaqişəni daha da dərinləşdirir".

Xatırladaq ki, İran bir müddət əvvəl İsrailə hücum edib. İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini "böyük səhv" adlandırıb və bunun İrana baha başa gələcəyini bildirmişdi.

Aysel Əkbər Son.az

Qorxunc nəticələr: Yoğun bağırsaq xərçəngi niyə gənclərin xəstəliyinə çevirildi? like
  • 27 Okt 13:26  
Digərləri Qorxunc nəticələr: Yoğun bağırsaq xərçəngi niyə gənclərin xəstəliyinə çevirildi?

Gənc yaşlarda kolon xərçəngi (yoğun bağırsaq) hallarının artması nara

arrow Ətraflı
Türkiyə ordusu Suriyanın şimalında daha bir terrorçunu zərərsizləşdirdi like
  • 27 Okt 13:17  
Digərləri Türkiyə ordusu Suriyanın şimalında daha bir terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 15 YPG terrorçusunu (PKK

arrow Ətraflı
Özbəkistanda parlament seçkiləri çox yaxşı təşkil olunub like
  • 27 Okt 13:09  
Digərləri Özbəkistanda parlament seçkiləri çox yaxşı təşkil olunub

Azərbaycanın böyük nümayəndə heyəti ilə Özbəkistanda keçirilən parl

arrow Ətraflı
Meteohəssas insanların nəzərinə like
  • 27 Okt 13:00  
Digərləri Meteohəssas insanların nəzərinə

Azərbaycanda sabah gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Gürcüstan seçkiləri: sülh və inkişaf seçildi like
  • 27 Okt 12:40  
Siyasət Gürcüstan seçkiləri: sülh və inkişaf seçildi

Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün

arrow Ətraflı
Kainat 6 BÜRCƏ xüsusi bir insan göndərəcək: həyatları əvvəlki kimi olmayacaq like
  • 27 Okt 12:35  
Digərləri Kainat 6 BÜRCƏ xüsusi bir insan göndərəcək: həyatları əvvəlki kimi olmayacaq

Yaxın gələcəkdə altı bürc həyatlarında xüsusi rol oynayacaq bir insanl

arrow Ətraflı
"Asiya.az" 10 yaşını qeyd etdi – like
  • 27 Okt 12:32  
Digərləri "Asiya.az" 10 yaşını qeyd etdi –

Elektron mətbuatın regionda yaranan ilk nümunələrindən olan "Asiya.az

arrow Ətraflı
Azərbaycanda I kurs tələbəsi vəfat etdi like
  • 27 Okt 12:28  
Digərləri Azərbaycanda I kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin "Coğrafiya

arrow Ətraflı
Məşhur nəşr Əzizə xaladan yazdı like
  • 27 Okt 12:25  
Digərləri Məşhur nəşr Əzizə xaladan yazdı

Məşhur "Economist" nəşri Qusar rayonunun Hil kəndində yaşayan,

arrow Ətraflı
Bakıda bu küçəyə giriş artıq qadağandır like
  • 27 Okt 12:20  
Digərləri Bakıda bu küçəyə giriş artıq qadağandır

Bu gündən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospek

arrow Ətraflı
Gürcüstanda seçki məntəqələrinin 99 faizindən çoxunda səslərin sayılması başa çatdı like
  • 27 Okt 12:17  
Digərləri Gürcüstanda seçki məntəqələrinin 99 faizindən çoxunda səslərin sayılması başa çatdı

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 99,646%-də

arrow Ətraflı
Ramiz Mehdiyev bu vəzifəsini də İTİRDİ like
  • 27 Okt 12:02  
Digərləri Ramiz Mehdiyev bu vəzifəsini də İTİRDİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyət

arrow Ətraflı
Həmkarlarından Sənubərə səhnədə ad günü sürprizi like
  • 27 Okt 12:00  
Şou-biznes Həmkarlarından Sənubərə səhnədə ad günü sürprizi

Əməkdar artist Sənubər İsgəndərlinin doğum günü olub. 

arrow Ətraflı
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib like
  • 27 Okt 11:53  
Dünya İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib

İsrailin İrana zərbəsi İranın ballistik raket proqramının mühüm kompon

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlandı like
  • 27 Okt 11:45  
Digərləri Sabahın hava proqnozu açıqlandı

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı