Gürcüstan Qərbin xəyallarını puç etdi: xalq gələcək rifahını seçdi


Siyasət 27 Okt 2024 19:47:00 59 0

Gürcüstan Qərbin xəyallarını puç etdi: xalq gələcək rifahını seçdi

Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub. Səsvermədən sonra səslərin hesablanmasının nəticələrinə əsasən, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası seçkilərdə qalib gəlib. Gürcüstan xalqı Qərbin məqsədlərini reallaşdırmağa çalışan müxalifəti rədd edərək, ölkənin və regionun gələcək rifahını, inkişafını və çiçəklənməsini seçdi.

Son.az xəbər verir ki, seçkilərin nəticələrini Trend-ə şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Gürcüstan xalqı seçimini etməklə Qərbə yox dedi.

O vurğulayıb ki, Gürcüstan xalqı "Gürcü Arzusu" partiyasını dəstəkləməklə həm də ölkənin yenidən bütövləşməsinə, regionda ayırıcı xətlər çəkməyə çalışanlara imkan verilməyəcəyinə dəstəyini vermiş oldu.

"Bu seçkilər onu göstərdi ki, çoxsaylı müdaxilələrə və seçki prosesinə təsir göstərmək cəhdlərinə baxmayaraq Qərb öz məqsədlərinə nail ola bilmədi. Qərb əsasən müstəqil siyasət yürüdən ölkələri öz iradəsinə tabe etdirməkdə maraqlıdır. Ona görə də onlar demokratik dəyərləri şüar edərək insanları yoldan çıxartmağa və dövlətlərin qazandıqları müstəqillikləri əllərindən almağa çalışırlar. Gürcüstan xalqı seçimini etməklə Qərbə yox dedi. Dost ölkənin deputatı olaraq gürcü xalqını doğru seçim etdiklərinə görə təbrik edirəm. Biz yaxın qonşular və dost ölkələr olaraq bir-birinin inkişafını, müstəqilliyinin əbədi olmasını, regionda sülh və əməkdaşlığın dərinləşməsini arzulayırıq", - deyə A.Badamov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbrik məktubu göndərməsi ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

"Seçki prosesi başa çatandan dərhal sonra ancaq dost və daha yaxın ölkələrin rəhbərləri bir-birini təbrik edirlər. Bu baxımdan dövlət başçımızın təbriki Gürcüstanla qonşuluğumuza, dostumluğumuza, qardaşlığımıza və yaxın əməkdaşlıq etməyimizə verilən dəyərin ifadəsidir", - deyə A.Badamov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda sabitliyin, inkişafın, ənənəvi dəyərlərin qorunub saxlanılması və regionun kənar güclərin təsiri altına salınmaması ölkələrimiz arası münasibətlərin daha da inkişaf etməsi və Cənubi Qafqazda əməkdaşlığın və sabitliyin möhkəmlənməsi üçün vacibdir.

"Dövlət başçımız təbrik məktubunda ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə böyük dəyər verərək Baş naziri onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət etdi. Təbii ki, bu bir daha Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsinin göstəricisidir", - deyə deputat qeyd edib.

Deputat qeyd edib ki, seçkilərdə Gürcüstan vətəndaşı olan azərbaycanlılar xüsusi fəallıq göstərmiş və "Gürcü Arzusu" partiyasını yüksək səs çoxluğu ilə dəstəkləməklə Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etmiş oldu.

"Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan və Gürcüstanın eyni mövqedən çıxış etdiyini, Qərb qüvvələrinin regiona gəlməsinə və onların müstəmləkəçilik siyasətinin reallaşmasına qarşı olduqlarını ifadə etdilər. Gürcüstan hökumətinin azərbaycanlıların dövlətə sədaqətini yüksək dəyərləndirəcəyinə və onları narahat edən məsələlərin həll olunmasına diqqətini artıracağını hesab edirəm. Regionumuzun diğər ölkəsi olan Ermənistan da Azərbaycanla Gürcüstanın olduğu kimi Qərbin Cənubi Qafqazda yerləşməsinə imkan verməzsə regionumuz sülh və əməkdaşlıq məkanına çevriləcəkdir", - deyə, deputat əlavə edib.

Eyni zamanda, Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə bildirib ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri bir çox məqamlarla yadda qaldı:

"Ən əsası isə seçkilərin nəticəsi Qərbin Cənubi Qafqazla bağlı məkrli planlarına qarşı mühüm addımlardan biri kimi yadda qaldı".

O, bildirib ki, bu prosesdə həlledici rola malik azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı çıxış etdilər:

"Burada Gürcüstandakı soydaşlarımıza xüsusi təşəkkür düşür. Çünki onlar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəklədilər. Eyni zamanda, soydaşlarımız Gürcüstanda hakim partiyanı dəstəkləyərək sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər".

Deputat bildiirb ki, seçkilərədə soydaşlaırmızın sərgilədiyi mövqe hakim partiya üçün mühüm əhəmiyyət kəsb edib:

"Çünki Gürcüstanda 300 min azərbaycanlı yaşayır, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Azərbaycanlı seçicilər, eyni zamanda öz əhatəsi və təsir imkanlarına görə ceçki prosesində və Gürcüstanın siyasi arenasında vacib və hətta həlledici potensiala malikdir". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Seçkilərin legitimliyi təsdiqlənib”  Kobaxidze like
  • 27 Okt 19:45  
Digərləri “Seçkilərin legitimliyi təsdiqlənib” Kobaxidze

"Bütün müşahidəçilər ölkədəki seçkilərin legitimliyini təsdiql

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 27 Okt 19:44  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık ilçəsində 4,3 bal gücündə z�

arrow Ətraflı
Gülşenə ağır itki like
  • 27 Okt 19:31  
Şou-biznes Gülşenə ağır itki

Müğənni Gülşenə ağır itki üz verib.

arrow Ətraflı
Kartof və yumurta 2 bəladan qoruyur like
  • 27 Okt 19:16  
Digərləri Kartof və yumurta 2 bəladan qoruyur

Əcnəbi alimlər əvvəllər faydasına şübhə yaranan 2 ərzağı faydalı h

arrow Ətraflı
Oktyabrın 28i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ like
  • 27 Okt 19:09  
Digərləri Oktyabrın 28i ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

arrow Ətraflı
Bu kənddə ancaq milyonçular yaşayır: Onlar pula pul demirlər like
  • 27 Okt 18:57  
Dünya Bu kənddə ancaq milyonçular yaşayır: Onlar pula pul demirlər

Huaxi dünyanın ən zəngin kəndi adlanır. Hər bir sakinin milyonçu olduğu

arrow Ətraflı
Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib  MSK like
  • 27 Okt 18:51  
Dünya Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib MSK

Saat 17:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində se�

arrow Ətraflı
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama like
  • 27 Okt 18:45  
Şou-biznes Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama

Əməkdar artist Abbas Bağırov illərlə küsülü olduğu və böyük qalmaqa

arrow Ətraflı
İsrailin Livana hava hücumu nəticəsində 8 qaçqın həlak olub like
  • 27 Okt 18:31  
Dünya İsrailin Livana hava hücumu nəticəsində 8 qaçqın həlak olub

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr günorta saatlarında

arrow Ətraflı
Sovet dövründən qalan "soyuq miras": Qışda isinə biləcəyik? like
  • 27 Okt 18:24  
Digərləri Sovet dövründən qalan "soyuq miras": Qışda isinə biləcəyik?

Payızın dəyişkən havası özünü göstərməkdədir. Paytaxtda hava şəra

arrow Ətraflı
Nigeriyada 40a yaxın insan çökən binanın dağıntıları altında qalıb like
  • 27 Okt 18:15  
Dünya Nigeriyada 40a yaxın insan çökən binanın dağıntıları altında qalıb

Nigeriyanın paytaxtında yaşayış binası çöküb, azı 40 nəfər dağınt�

arrow Ətraflı
"Üç fil Amerikanı tapdalayacaq"  Vanqanın öncəgörənliyi gerçəkləşməyə başlayır? like
  • 27 Okt 18:09  
Digərləri "Üç fil Amerikanı tapdalayacaq" Vanqanın öncəgörənliyi gerçəkləşməyə başlayır?

Həyatı boyu qırmızı əjdahanın gücündən və Amerikanın süqutundan dan

arrow Ətraflı
Türkiyə səmasında uçan yaşıl işıq göründü like
  • 27 Okt 18:00  
Digərləri Türkiyə səmasında uçan yaşıl işıq göründü

Türkiyənin Adana və Hatay vilayətlərində gecə saatlarında meteoritə bə

arrow Ətraflı
Ölkənin ən gənc milyonçusu hər şeyini itirdi, amma...  FOTO like
  • 27 Okt 17:52  
Digərləri Ölkənin ən gənc milyonçusu hər şeyini itirdi, amma... FOTO

Böyük Britaniyanın ən gənc milyonçusu olan qadın bütün pulunu döşlər

arrow Ətraflı
12ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı like
  • 27 Okt 17:36  
Digərləri 12ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı

Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz v�

arrow Ətraflı