12ci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı
Digərləri 27 Okt 2024 17:36:00 182 0
Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan balaca Eldar evə buraxılıb.
Bu xəbəri də oxu: Bunların hamısı yalandır, Ramiz Mehdiyev?
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2013-cü il təvəllüdlü oğlan zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.
"Tibb müəssisəsinin Təcili Yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağ tərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyünün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.
14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicəsi aparılan azyaşlı koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas edildikdən sonra müalicəsi tibb müəssisəsinin Neyrotravma şöbəsində davam etdirilib.
Həmçinin, 1 həftə öncə Abşeron Rayon Mərkəzi Xəstəxasının üz-çənə cərrahı, həkim Xəyal Aşurəliyev tərəfindən alt çənə sınıqlarının osteosintezi əməliyyatı icra edilib.
O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində sağlamlığına qovuşub və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb".
COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Əməkdar artist Dilarə Əliyeva bir müddət hazırlaşdığı "Mintonasi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yan
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli b
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik geniş heyə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Qarabağa səyahət imkanları yarılıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabr 2024-cü il tarixində taks
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən şəxsin kimliyi müəyyən
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Harvard Universitetinin amerikalı astrobioloqları kosmosda planetdənkənar h�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Hörümçək adam" franşizasının dördüncü filmi 2026-cı ilin i
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin ötən il Los-Anc
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyas
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Moldovalılar oktyabrın 20-də tarixi seçim edərək ölkələrinin gələcəy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Avstraliya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Fransa, Almaniya v�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)