Zakir Həsənov slovakiyalı həmkarı ilə görüşüb
Digərləri 18 Yan 2024 17:49:00 379 0
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu xəbəri də oxu: 66 yaşlı kişi faciəvi şəkildə öldü
Müdafiə Nazirliyindən Son.az-a bildirilib ki, əvvəlcə slovakiyalı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.
Azərbaycanla Slovakiya arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab R.Kalinak ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar azərbaycanlı həmkarını təbrik edib. Regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Sonda Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İnstaqram və Feysbuk hesabının oğurlanmaması üçün öncə sosial şəbə
17:32 Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin �
2023-2024-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 or
ATV-nin efirində yayımlanan "El canlı" verilişinin növbəti qona�
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin se
Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkə
Növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək ü�
"Ancaq bir sənətçi ilə duet oxuyaram. Onun sənətini, mahnılarını,
Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda ye
Bakıda mebel sexində baş verən partlayış-yanğında dünyasını dəyişə
Sonuncu dəfə "Yarqı" serialında rol alan aktyor Hüseyn Avninin ye
Moskvanın Taqanski Məhkəməsi Nastya İvleyevadan "çılpaq" parti
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının ba