Aygünün hesabı oğurlandı: belə qorunun Ekspert
Şou-biznes 18 Yan 2024 17:39:00 388 0
İnstaqram və Feysbuk hesabının oğurlanmaması üçün öncə sosial şəbəkənin ayarlar bölməsindən ikili qoruma funksiyasını aktiv etməlisiniz.
Bu xəbəri də oxu: Xalq artistinin bu arzusu reallaşdı
Son.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında İT mütəxəssisi Nəcmin Məmmədov sosial şəbəkə hesablarının oğurlanması ilə bağlı danışarkən deyib.
"Bu funksiyada siz nömrənizi qeyd edirsiz və yalnız nömrənizə gələn kodla hesabınıza giriş etmək mümkün olur. Hesabınıza aid nömrəni və emaili bilməyiniz şərtdir. Bunlar olmasa, hesabınızda problem yaranarsa, onu aradan qaldırmaq çətin olacaq", - ekspert qeyd edib.
Mütəxəssis bildirib ki, son zamanlar oğurlanan hesablar saxta link vaistəsi ilə ələ keçirilir:
"Saxta linklərə daxil olduğunuz zaman sizin hesab məlumatlarınız mənimsənir. Bu da hesabınızın ələ keçirilməsinə səbəb olur. Çalışın heç vaxt naməlum linkə daxil olmayasanız, əks halda hesabınız oğurlana bilər. Müğənni Aygün Kazımovanın hesabı da məhz belə ələ keçirilib".
Məsələ ilə bağlı danışan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov vurğulayıb ki, sosial şəbəkə hesabının oğurlanması və həmin hesabdan başqasının adından məlumatlar yaymaq hüquqi məsuliyyət yaradır:
"Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır".
Qeyd edək ki, müğənni Aygün Kazımovanın hesabını ələ keçirən hakerlər onu xalq artistinin özünə pul müqabilində satmaq üçün paylaşım ediblər.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
17:32 Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin �
2023-2024-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 or
ATV-nin efirində yayımlanan "El canlı" verilişinin növbəti qona�
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin se
Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkə
Növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək ü�
"Ancaq bir sənətçi ilə duet oxuyaram. Onun sənətini, mahnılarını,
Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda ye
Bakıda mebel sexində baş verən partlayış-yanğında dünyasını dəyişə
Sonuncu dəfə "Yarqı" serialında rol alan aktyor Hüseyn Avninin ye
Moskvanın Taqanski Məhkəməsi Nastya İvleyevadan "çılpaq" parti
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının ba
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqə
Məşhur britaniyalı teleaparıcı Maya Cama Cənubi Afrikanın Keyptaun şəh�