Sumqayıt Tibb Mərkəzi: Yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərləndi
Digərləri 18 Yan 2024 01:38:00 347 0
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
Bu xəbəri də oxu: “Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq ”
Son.az xəbər verir ki, bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) "Digər qazların toksiki təsiri" diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə "Digər qazların toksiki təsiri" diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
İki qadına isə "Stresə qarşı kəskin reaksiya" diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir.
Qeyd edək ki, yanğın söndürülüb. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məşhur britaniyalı teleaparıcı Maya Cama Cənubi Afrikanın Keyptaun şəh�
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt
Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və s�
ATV-nin "7 Tamam" verilişinin növbəti qonağı müğənni Zenfira �
"Space" telekanalının "Salamlar" verilişində canlı yay�
Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri
2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki,
Arnold Şvartsenegger Münhen hava limanında qaçaqmalçılıq yolu ilə bahal�
"Azərbaycanda ancaq mənim kimi fədakar adamlar kitabla məşğul olur. Y
Son illər həm ölkədə, həm də dünyada bahalaşma müşahidə olunur. Bu i
Rusiyada gənc bloqer sosial eksperiment keçirib.
Rusiyanın əməkdar artisti Aleksandr Vontov 74 yaşında dünyasını dəyişi
Məşhur aparıcı və prodüser Armağan Çağlayan son aylarda ağciyər xər�