18 yaşında bir qız 40 yaşlı kişiyə ərə getməyə hazırdır, çünki...
Digərləri 11 Yan 2024 16:25:00 313 0
Paytaxtda əhalinin sayı artmaqda davam edir. Bölgələrdən şəhərə üz tutmaq istəyənlər kifayət qədərdir. Bu, ya həyat tərzi, işsizlik, ya da başqa bu kimi səbəblərdən olur. Son günlər sosial mediada rayonda yaşayan, amma qarşı tərəflə evlənmək üçün "Bakı yaxud Sumqayıtda evin olmalıdır" şərtini irəli sürən qızlarla bağlı məsələ müzakirə obyektinə çevrilib. Qeyd olunur ki, şəhərdə yaşamağa can atanlar üçün əvvəl bu, istək olsa da, indi tələb olub.
Bu xəbəri də oxu: Hacıqabulda qəzada xəsarət alanlar var
Son.az xəbər veri ki, bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, əslində qızları ailə qurmağa evlilikdən sonra yaşamaq istədiyi parıltılı həyata qovuşmaq istəyi sövq edir:
"Yəni evləndiyi şəxsin kimliyi, şəxsiyyəti, mənəviyyatı o qədər də əhəmiyyətli deyil, qazancı, Bakıda evi, maşını olsun kifayətdir. Qızlar öz aralarında maşını olmayan biri ilə sevgili olan, nişanlanan qıza axmaq kimi baxırlar. Avtobusda tanış olduğu oğlanla münasibət yaşadığını, onu bəyəndiyini və evlilik düşündüyünü deyən həmcinslərinə qarşı böyük aqressiyalarının şahidi də olmuşam. Ömründə Bakıda olmayan, paytaxtın ölkənin hansı istiqamətində yerləşdiyini bilməyən qızlar belə, elçisinə Bakıda ev şərti qoyur. Vaxt vardı ki, qızlar elçi gələnin savadına, ağlına, şəxsiyyətinə dəyər verirdi. İndi cibinin qalınlığına, maşınının böyüklüyünə, Bakıdakı evinin varlığına önəm verir".
Müsahibimiz kəndlərdən paytaxta axının digər oxşar səbəblərini də vurğulayıb:
"Gənclər Bakını "İnstagram"dakı kimi zənn edirlər. Burada yaşayanların hər gecə əyləncədə, hər gün kefdə olduğunu zənn edirlər. Bakı sakinlərinin tıxacda keçən ömrü, evi olmayanların kirayələrdəki həyatı barədə zərrə qədər məlumatlı deyillər. Bu vəziyyət yaxşı nəticələnməyəcək. Yaşı ötmüş subay oğlanlar artır, özündən iki dəfə yaşlı və Bakıda evi olan, evlənib-boşanmış kişilərə maraq göstərən gənc qızların sayı da həmçinin...18 yaşında bir qız 40 yaşlı kişiyə ərə getməyə hazırdır, çünki şəhərdə yaşaya biləcək. Rayonda təsərrüfatı olan, yaxşı qazancı və güzəranı olan oğlan onları maraqlandırmır. Bakıya gələndən sonra düşündüyü həyatı yaşaya bilmədiyi üçün boşanma qərarı alır. Əksəriyyəti ya "Tik-tok" hesabında bədənini nümayiş etdirib hədiyyələr hesabına yaşayır, ya da maddi ehtiyacını ödəyəcək bir "həci" axtarışında olur". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Məni ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Ötən gün dövlət başçısı televiziya kanallarına müsahibə verib. Prezi
Rusiya məhkəməsi azərbaycanlı bloger Tural Məmmədovu fevralın 15-ə kimi
Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriel Attalı Fransanın yeni Baş
Vəkil Zülfiyyə Bayramova və yazıçı-kulturoloq Aydın Xan Əbilov arasınd
Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün olduqca önəmlidir. Bu d�
Kanal D-də yayımlanan "Asi" serialı ilə şöhrət qazanan aktrisa
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkil
Azərbaycanda turizm polisinin yaradılması təklif olunub.
Əməkdar elm xadimi, "Şöhrət" ordenli həkim Solmaz İsrafilbəyli
2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadi
Xəbər verdiyimiz kimi, müğənni Ziba Osmanlı mənzilindəki güclü yan�
Fransanın Evian-le Ba şəhərində baş verənlər absurddur və obyektivlikd�
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə