Qayınanası ilə dalaşıb 2 uşaqla özünü binadan atdı Bakını titrədən olayın


Kriminal 11 Yan 2024 14:26:00 299 0

Qayınanası ilə dalaşıb 2 uşaqla özünü binadan atdı  Bakını titrədən olayın

2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadisəsinin baş verməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olur.

Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu çıxır. Araşdırmalar zamanı məlum olur ki, həmin ünvandakı 28 saylı binanın 5-ci mərtəbəsində yaşayan, 1997-ci il təvəllüdlü Aytən Abbasova qızları - 2019-cu il təvəllüdlü Sofiya və 2020-ci il təvəllüdlü Sara ilə birgə özünü pəncərədən atıb. Nəticədə Sara Abbasova hadisə yerində dünyasını dəyişib. Qadın və digər qızı Sofiya isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinnə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Amma bir müddət sonra ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son.az bildirir ki, Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Aytən Abbasova iyulun 18-də ad gününü qeyd edən qayınanası Elmirə Abbasova mübahisə edərək, qarşılıqlı dava zamanı bir-birilərinə zərbələr endiriblər. Bundan sonra, Elmirə Abbasova Rusiyanın Yamalo-Nenets vilayətinin Noyabrsk şəhərində yaşayan oğlu Suslan Abbasova zəng edib, mübahisə etmələri barədə ona məlumat verib. Buna əsəbiləşən Suslan Abbasov arvadına zəng edərək tezliklə Bakıya qayıdacağını və onu cəzalandıracağını bildirib. Ərindən və qayınanasından qisas almağı düşünən Aytən Abbasova, özünü uşaqları ilə birlikdə yaşadığı mənzildən yerə atmaqla, övladlarını öldürmək qərarına gəlib. Saat 23:10-da yatmış vəziyyətdə olan uşaqlarını götürərək, onlarla birlikdə yataq otağının pəncərəsindən aşağı tullanıb. Nəticədə Sara Abbasovanı xüsusi amansızlıqla qəsdən öldürüb, digər qızı Sofiya Abbasovanı isə qəsdən öldürməyə cəhd edib.

İş üzrə dindirilmiş Aytən Abbasova bildirib ki, ailə quranadək Astara rayonunda valideynləri, bacısı və qardaşı ilə birlikdə yaşayıb. Qohumu Suslan Abbasovla aralarında sevgi münasibətləri yaranıb və 2017-ci ilin oktyabr ayında onlar evləniblər.

Amma nigahları qayınanası Elmirə Abbasovanın ürəyincə olmayıb, evləndikdən sonra bir müddət rayonda yaşayıblar. Mütəmadi maddi məsələlərə görə mübahisələri olub. Astarada yaşayarkən Suslan dövlət işindən çıxaraq, ticarətə qoşulub. Sonra əri və qayınanası ilə birlikdə qayını Kamranın yanına, Rusiyayanın Noyabrsk şəhərinə köçüblər. Suslan orada kiçik meyvə-tərəvəz dükanı işlədib, qazandığı pullarla əsasən borclarını ödəyib. Daim maddi sıxıntıları olub, bu və müxtəlif məişət problemləri səbəbindən Aytənin qayınanası Elmirə ilə mübahisələri yaranıb.

Aytənlə Suslanın 2019-cu ildə Sofiya, bir ildən sonra isə Sara adlı uşaqları dünyaya gəlib. Aytın Bakıda yaşadığı dövrdə saç ustalığını öyrənib, işləyib ailə büdcəsinə kömək etmək qərarına gəlib, yoldaşı da bunu dəstəkləyib. Qayınanası onun gözəllik salonunda işləməsini istəməsə də, o işi öyrənib, müxtəlif kurslara gedib və sonunda "28 May" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən "Face Studio" salonunda saç ustası köməkçisi kimi işə başlayıb. 2022-ci ilin əvvəllərində Yeni Yasamalda kirayə ev tutublar. Eyni zaman uşaqlara baxmaq və salonda işləmək mümkün olmayıb. İş saatı səhər 9-dan 19-a qədər olub. Buna görə Suslan məsləhət görüb ki, uşaqlara anası baxsın. Buna görə qayınanası Rusiyadan Bakıya qayıdıb. Ara-sıra qayınanası ilə məişət məsələləri ilə bağlı mübahisələri yaranıb, dava vaxtı bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

Aytən iyulun 18-də işdən icazə alıb. Qayınanasının gözü əməliyyat olunmalı olduğu üçün ona xəstəxanaya gedib müayinə olunmağı təklif edib, eyni zamanda qızı Sara yıxılıb əzildiyi üçün onu da xəstəxanaya aparmalı olub. Qayınanası Masallı rayonunda əməliyyat olunmaq istədiyini söyləyəndə, o işdən qala bilmədiyini, Bakıda tanış həkimin yanına getməsini, rayona gedib-gəlsə eyni xərc çıxacağını deyib. Növbəti mübahisədən sonra Elmirə Rusiyada olan oğluna ondan şikayət edib.

Əri zəng edib, nə baş verdiyini soruşanda, o qayınanasının rayonda əməliyyat olunduğu təqdirdə, işdən bir həftəlik qala bilməyəcəyini deyib, həm də uşaqlara kimin baxacağından gileylənib. Sonra Saranı həkimə aparıb. Günorta saat 15 radələrində evə qayıdıb. Mənzilə daxil olanda Elmirənin Rusiyada olan qızı Təranə ilə onun barəsində danışdıqlarını eşidib.

Qonaq otağına keçərək qayınanası və telefondan səsini eşidən qızı ilə mübahisə etməyə başlayıb. Qarşılıqlı olaraq bir-birlərini söyüblər. Qaynanası ilə mübahisə zamanı əlbə-yaxa çəkişmələri də olub. Elmirə eyvana çıxaraq qonşuları köməyə çağırıb. "Gəlinim məni öldürür, mənə kömək edin" deyə qışqırıb. Bundan sonra yaşayış kompleksinin mühafizəçisi qapılarını döyərək, nə baş verdiyini soruşub, o isə problem olmadığını deyərək qapını örtüb.

Aytən əri ilə "Whastapp" tətbiqində yazışarkən, Suslan Bakıya gələcəyini, hər şeyin bitdiyini, boşanacağını və uşaqlarını onun əlindən alacaqlarını bildirib. Suslanın, onu öldürəcəyi barədə hədəsini real qəbul etməyib. Saat 23 radələrində uşaqları yataq otağına aparıb, yatızdırıb, bundan sonra qapını adəti üzrə içəridən kilidləyib. Daha sonra Aytən özünü öldürmək məqsədi ilə sakitləşdirici dərman həbləri qəbul edib. Sonra məlum hadisə baş verib. Aytən özünə gələndə isə Kliniki Tibbi Mərkəzdə olub.

Aytən Abbasova əlavə edib ki, aprelin 27-də "İnşaatçılar" metrostansiyasına düşərək, qızları ilə özünü qatarın altına atıb, intihar etmək istəyib. Lakin sonra fikrindən daşınıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Suslan Abbasov ifadəsində, 2016-cı ilin sentyabr ayında qohumu Aytən Abbasova ilə evləndiyini bildirib. Rusiyada yaşadıqları ilk aylarda anası ilə Aytənin arasında bir dəfə güclü mübahisə baş verdiyini deyib:

"2019-cu ilin may ayında Bakıya qayıtdım, Yasamal rayonunda kirayə ev tutdum. 2022-ci il iyulun 18-də anamın 60 illik yubileyi günü onların arasında yenə də mübahisə düşdü. Mübahisəyə anamın göz problemi ilə bağlı Masallı rayonunda həkimə getmək istəməsi səbəb olub. Anam zəng edib, bu barədə mənə məlumat verdi. Sonra bildim ki, buna görə onların arasında ciddi mübahisə düşüb və hətta dava ediblər. Həmin gün Aytən mənə yazdı ki, təcili pul göndərməsəm anamı evdən qovacaq. Baş verənləri görüb, Aytənin qardaşı Rəsula xəbər verdim və ona sabah Bakıya qayıdacağımı dedim. Qaynım isə mənə səbirli olmağı, özünün rayondan şəhərə gedəcəyini və məsələni həll edəcəyini dedi. Sonra da yoldaşıma "whatsapp" tətbiqi ilə mesaj yazdım. Ona hər şeyin yekunlaşdığını və birlikdə yaşamaq mümkün olmadığını bildirdim. Aytən isə ağrı yaşadacağını və hər şeyimi itirəcəyimi yazdı. Bundan təxminən 10 dəqiqə sonra Aytənin uşaqlarla birlikdə özünü yataq otağının pəncərəsindən aşağı atmasını öyrəndim".

Suslan dəhşətli xəbəri eşidib, yaşadığı şəhərdən Surquta, sonra Moskvaya, oradan isə Bakıya gəlib.

Şahid Elmirə Abbasova ifadələsində göstərib ki, gəlini Aytən Abbasova ilə amansız rəftar etməyib, şəxsiyyətini və ləyaqətini alçaltmayıb. Hər evdə olduğu kimi onların evində də kiçik söz-söhbətlər olub. Gəlini ilə dəfələrlə mübahisələri yaranıb, hətta bir dəfə Aytən onu evdən qovub. Gəlini işə başlayandan sonra, uşaqlara o baxıb. O qeyd edib ki, hadisə baş verən gün Aytən yataq otağına girərək qapını kilidləyib. Otağının qapısını döysə də, açan olmayıb. Bir qədər sonra aşağıdan səs gələndə, digər otaqdan həyətə baxıb, Aytəni və qızları yerdə uzanılı vəziyyətdə görüb.

Kompleks stasionar, təkrar məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Aytən Abbasova ittiham olunan əməli törədən zaman "isterik tipli şəxsiyyət pozuntusu"ndan əziyyət çəkib. Bu psixi patologiyadan əziyyət çəkən şəxslərə diqqət yetirmədikdə onların tez bir zamanda əhval-ruhiyyələri dəyişir. Gərginlik yaranarsa özlərinə qarşı diqqət və qayğı tələb edirlər, özünə və ətrafdakılara xəsarət də yetirə bilərlər. İyulun 18-də özünü və övladlarını mənzildən atarkən emosional halından asılı olaraq hərəkətlərini dərk etmək iqtidarında olmayıb. Buna görə də, Aytən Abbasova törətdiyi cinayət əməli üzrə anlaqsız hesab olunmalıdır.

Məhkəmə iclasında Aytən Abbasova törətdiyi əməli qismən etiraf edərək göstərib ki, iyulun 18-də səhər həyat yoldaşı ilə dalaşıb və sonra uşaqlarını həkimə aparıb. Övladları ilə birgə özünü pəncərədən atması yadında deyil. Onun 2 qızı hazırda sağdır. İstintaqda nə danışdığını xatırlamır.

Məhkəmə hesab edib ki, Aytən Abbasova Cinayət Məcəlləsinin 120.2.4-sü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,120.2.4, 29,120.2.7-ci və 29,120.2.9-cu (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən Aytən Abbasova cinayət məsuliyyətindən və cəzadan azad edilib. Barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməklə o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Faciəvi şəkildə anasını itirən müğənni kömək istəyir: "Az məbləğli..."  VİDEO like
  • 11 Yan 13:58  
Şou-biznes Faciəvi şəkildə anasını itirən müğənni kömək istəyir: "Az məbləğli..." VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Ziba Osmanlı mənzilindəki güclü yan�

arrow Ətraflı
Fransanın fəxri deputat və senatorları Evianda Natəvanın abidəsinə qarşı like
  • 11 Yan 13:56  
Dünya Fransanın fəxri deputat və senatorları Evianda Natəvanın abidəsinə qarşı

Fransanın Evian-le Ba şəhərində baş verənlər absurddur və obyektivlikd�

arrow Ətraflı
Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi like
  • 11 Yan 13:53  
Digərləri Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Psixiatriya klinikasında like
  • 11 Yan 13:47  
Digərləri Psixiatriya klinikasında

Türkiyənin cənub-şərqində Batman şəhərində özəl psixiatriya klinikas

arrow Ətraflı
"Kurtlar Vadisi"ndəki daha bir səhnə gerçək oldu like
  • 11 Yan 13:41  
Digərləri "Kurtlar Vadisi"ndəki daha bir səhnə gerçək oldu

Dünyanı "silkələyən" Ceffri Epstein qalmaqalı ilə bağlı səs

arrow Ətraflı
Putin yumurtanın bahalaşmasının səbəbini açıqladı like
  • 11 Yan 12:57  
Digərləri Putin yumurtanın bahalaşmasının səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin ölkədə yumurtanın qiymətinin bahalaşması

arrow Ətraflı
Bakıda tramvay xətti bu ərazilərdən keçəcək like
  • 11 Yan 12:54  
Digərləri Bakıda tramvay xətti bu ərazilərdən keçəcək

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

arrow Ətraflı
Rihanna sevgililər günü kolleksiyasını like
  • 11 Yan 12:27  
Şou-biznes Rihanna sevgililər günü kolleksiyasını

Dünya şöhrətli müğənni Rihanna sevgililər günü kolleksiyasını təqdi

arrow Ətraflı
Səhiyyə Nazirliyindən əhaliyə like
  • 11 Yan 10:28  
Digərləri Səhiyyə Nazirliyindən əhaliyə

Qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazis

arrow Ətraflı
Bakıda silah səsləri like
  • 11 Yan 10:25  
Digərləri Bakıda silah səsləri

Yanvarın 10-da saat 20 radələrində Pirallahı rayonu ərazisində bir nəfə

arrow Ətraflı
Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib like
  • 11 Yan 10:25  
Dünya Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib

Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sı�

arrow Ətraflı
Bakıda "Prius" "Mustang"la toqquşdu like
  • 11 Yan 10:17  
Digərləri Bakıda "Prius" "Mustang"la toqquşdu

Bakıda "Toyota Prius" və "Mustang" markalı avtomobilləri

arrow Ətraflı
Bakıda evlər bahalaşacaq – Qiymətlər like
  • 11 Yan 10:09  
Digərləri Bakıda evlər bahalaşacaq – Qiymətlər

Ötən ilə nəzər salsaq görərik ki, əmlak qiymətlərində 25-30%-dək art

arrow Ətraflı
Azərbaycanlı tələbə vəfat etdi   FOTO like
  • 11 Yan 10:06  
Digərləri Azərbaycanlı tələbə vəfat etdi FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin l kurs tələbəsi Vaq

arrow Ətraflı
Röyanı konsertində belə yıxdılar  VİDEO like
  • 11 Yan 09:56  
Şou-biznes Röyanı konsertində belə yıxdılar VİDEO

Xalq artsti Röya Ayxanın başına iş gəlib.

arrow Ətraflı