Susuzluğun əlamətləri hansılardı?
Digərləri 08 Yan 2024 21:50:00 274 0
Xüsusilə temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funksiyası olan suya daha çox ehtiyacımız var.
Bu xəbəri də oxu: Naxçıvanda hərbi sursat aşkarlandı FOTO
Son.az lent.az-a istinadən xəbər verir ki, qidalanma və pəhriz ütəxəssisi Derya Eren bildirib ki, sağlam bir həyat yaşamaq üçün gündəlik kifayət qədər su istehlak etmək, eyni zamanda balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki fəaliyyətə sahib olmaq çox vacibdir.
Onun sözlərinə görə, susuzluğun yüngül əlamətlərinə zəiflik, yorğunluq, baş ağrısı, sidik ifrazının azalması və qəbizlik daxildir:
"Şiddətli simptomlara əzələ krampları, başgicəllənmə, qarışıqlıq və şüur itkisi daxildir. Gündəlik kifayət qədər su içdiyinizə əmin olmaq üçün sidiyin rəngini də yoxlaya bilərsiniz. Əgər sidiyiniz tünd rəngdədirsə, bu, kifayət qədər su içmədiyinizi göstərir. Sidiyinizin rəngi açıqlaşdıqca bədəninizin su ehtiyacını ödədiyinizə əmin ola bilərsiniz".
Bəs, suyun orqanizmə hansı faydaları var?
- Bədənimizi toksinlərdən təmizləyir.
- Ödem əmələ gəlməsinin qarşısını alır və ödemin aradan qaldırılmasında fayda verir.
- Arıqlamağa kömək edir.
- Bədənimizdən qida maddələrinin sorulmasını təmin edir.
- Dərini nəmləndirir və qırışların qarşısını alır.
- Həzm sisteminin nizamlı işləməsinə kömək edir.
- Bədən istiliyini tənzimləyir.
- Oynaq ağrılarını azaldır.
- İdmançılarda performansı artırır.
- Stressə yaxşı gəlir.
- Migren xəstələrinə xeyirlidir.
- Ürək sağlamlığını qoruyur.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşmas
Naxçıvan şəhərində iki avtomobil toqquşub, xəsarət alan var.
Ayaq biləyində iz buraxan corablar bəzi xəstəliklərin əlaməti ola bilər
Fransanın Baş naziri Elizabet Born vəzifəsindən azad edilməsi ilə bağlı
Kiyev ABŞ-dan 60 milyard dollardan çox maliyyə yardımı gözləyir.
Cənubi Koreya alimləri xoşxassəli paroksizmal başgicəllənmədən xilas ol
Yaponiyanın keçmiş Baş naziri Kakuei Tanakanın Tokionun mərkəzindəki iqa
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət
ABŞ-nin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz
Türkəçarənin bir növü hesab olunan çıldaq qədim zamanlardan qorxunu gö
Türkiyəli aktyor Nejat İşlər xoşagəlməz hadisə ilə gündəmə gəlib.
Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı iləd�