"ABŞnin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz görünür"


Digərləri 08 Yan 2024 20:47:00 232 0

"ABŞnin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz görünür"

ABŞ-nin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz görünür.

Bu barədə  Trend-ə "Azərbaycan Ukrayna Konqresi" İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko deyib.

""Qulağı olan eşitsin, gözü olan görsün, idrakı olan anlasın", - Matfey İncilində belə deyilir. "Bu kəlamın bir çox interpretasiyası var, lakin əksəriyyəti söhbətin mənəvi korluq və karlıqdan getdiyini deyir. Axı qulaq, göz və ağıl hamıda var, lakin hamı bunlardan düzgün istifadə edirmi? Ola bilər ki, insan görsün və eşitsin, lakin dərk etməsin. Bax, burada dərk etmək üçün idrak lazımdır. Psixoloqlar deyərdi ki, söhbət informasiyanı idraksız, qəlbsiz qəbul və idrak edə bilməyən sensorlu informasiya qəbulu sistemlərindən gedir. Təhlil aparmaq və nəticə çıxarmaq lazımdır", - psixologiya sahəsində ekspert Gerda Anderson belə deyib. Yəni əgər nəyisə eşitmək və ya görmək istəmirsənsə, hətta burnunun dibində belə olsa onu görməyəcəksən. Beləliklə, ABŞ Dövlət Departamentinin Azərbaycanı "xüsusi diqqət tələb edən ölkələr" siyahısına daxil etməklə bağlı son qərarı məhz bununla bağlıdır, burada dini azadlıqların pozulmasına da yol verilə bilər. ABŞ-nin müxtəlif dini icmaların, etnik qruplrın azad formada birgə mövcud olduğu Azərbaycana qarşı bu qərəzli addımları çox yersiz görünür", - Osadçenko deyib.

Onun sözlərinə görə, ABŞ-nin bu addımları daha çox təəccüb doğurur, çünki hamıya məlumdur ki, Azərbaycanda bütün dini icmaların nümayəndələri azada formada yaşayır və fəaliyyət göstərir.

"Azərbaycanda dövlət öz hesbın sinaqoqlar, kilsələr tikir, onları təmir edir. Azərbaycanda katolik kilsəsi inşa olunub, lüteran kilsəsi təmir edilib. Ölkəmizdə xristianlığın bir sıra əsas cərəyanları, o cümlədən katoliklik və lüteranlıq təmsil olunub. Tarixi alban-udi xristian məbədləri bərpa olunur. Onların ən azı 2 min ilə yaxın tarixi var, bəziləri min, 700-800 illik tarixə malikdir", - Osadçenko deyib.

O bütün bunların Azəbaycan dini etiqad azadlığının göstəricisi olduğunu, həmçinin ABŞ-nin sözügedən qərəzli addımlarının qeyri-uzaqgörənliyindən xəbər verdiyini bildirib

"20 il bundan əvvəl Aviqdor Libermanın İsrailin xarici işlər naziri olarkən dediyi sözləri yada salaq. O, Azərbaycanın dünyada İsraildən sonra sinaqoqların dövlət hesabına inşa olunduğu yeganə ölkə olduğunu deyib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer 10 il bundan əvvəl ölkənin xarici işlər naziri vəzifəsində olarkən Azərbaycanda enerji resursları və multikulturalizm kimi ixrac olunmalı iki böyük amilin olduğunu və bunların bütün dünyaya ixrac edilməli olduğunu bildirib. Məhz bunlar burada müxtəlif etnik qrupların, dini konfessiyaların multikulturalizm şəraitində necə birgə mövcud olduğunun, yaşadığının, vahid dövlət inşa etdiyinin, onu minilliklər boyu inkişaf etdirdiyinin sübutudur", - Osadçenko deyib.

Onun sözlərinə görə, dünyada heç bir dövlət, hətta ABŞ belə hər il dövlət büdcəsindən dini icmalar üçün maliyyə vəsaiti ayırmır.

"Azərbaycanda hər il yəhudi dini icmalarına, o cümlədən dağ yəhudiləri, Avropa yəhudiləri, eləcə də xristian dini icmaları üçün ayrı-ayrılıqda yüz minlərlə manat vəsait ayrılır. Dünyada dövlət büdcəsindən dini icmalar üçün maliyyə vəsaiti ayıran yeganə ölkə Azərbaycandır. Bu yaxınlarda Azərbaycanda dövlətin etnik qruplara münasibətini öyrənmək üçün ölkəyə səfər edən Avropa Şurasının nümayəndələri ilə görüşlərdə - biz də bu görüşlərdə iştirak edirdik - nümayəndə heyətinin üzvləri hər şeyi öz gözləri ilə gördülər. Bu nümayəndə heyətinin rəyləri ilə əlbəttə ki, tanış olan ABŞ elitasının ölkələrində prezident seçkiləri öncəsi sırf Kaliforniyadakı ermənilərin səslərini qazanmaq naminə bu cür təxribatçı addımlar atması olduqca təəccüb doğurur", - o deyib.

Osadçenkonun qeyd etdiyi kimi, bu qərarlar əlbəttə ki, cəmiyyətin həyatında xüsusi rol oynamır.

"Cəmiyyətimiz multikulturalizm prinsipləri ilə necə yaşayırdısa, elə də yaşamağa davam edəcək. Azərbaycanın bu siyahıya daxil edilməsi Azərbaycan xalqının daxili həyatında, onun xarici nüfuzunda hec bir şəkildə əksini tapmayacaq. Çünki Azərbaycana çox sayda xarici liderlərin və siyasətçilərin səfər etməsi ilə hamı burada müxtəlif dini icmalar arasında qarşılıqlı əlaqələrin necə inkişaf etdiyini görüb", - deyə o əlavə edib.

Çıldaq nədir  mövhumat, ya müalicə üsulu? – like
  • 08 Yan 20:45  
Digərləri Çıldaq nədir mövhumat, ya müalicə üsulu? –

Türkəçarənin bir növü hesab olunan çıldaq qədim zamanlardan qorxunu gö

arrow Ətraflı
Nejat İşlər gecə klubunda like
  • 08 Yan 20:40  
Şou-biznes Nejat İşlər gecə klubunda

Türkiyəli aktyor Nejat İşlər xoşagəlməz hadisə ilə gündəmə gəlib.

arrow Ətraflı
Baş planın təsdiqlənməsindən sonra evlərin QİYMƏTİ BAHALAŞACAQ? like
  • 08 Yan 20:35  
Digərləri Baş planın təsdiqlənməsindən sonra evlərin QİYMƏTİ BAHALAŞACAQ?

Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı iləd�

arrow Ətraflı
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında olub like
  • 08 Yan 20:23  
Digərləri Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
İki ölkə 1 milyard dollarlıq saziş imzaladı like
  • 08 Yan 20:18  
Dünya İki ölkə 1 milyard dollarlıq saziş imzaladı

Nigeriyanın "NIGUS International" şirkəti və Çinin "Zhongmin

arrow Ətraflı
Ermənistan bu məsələlərdə Bakının tələblərini qəbul edəcək like
  • 08 Yan 20:10  
Digərləri Ermənistan bu məsələlərdə Bakının tələblərini qəbul edəcək

Ermənistan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakın

arrow Ətraflı
İsrail Yəhya Sinvarın yerini müyyənləşdirdi like
  • 08 Yan 20:08  
Dünya İsrail Yəhya Sinvarın yerini müyyənləşdirdi

İsrail 7 oktyabr hücumunun təşkilatçısı olan HAMAS-ın hərbi lideri Yəh

arrow Ətraflı
Avtobusda DAVA: "Səni pəcərədən aşağı ataram"  VİDEO like
  • 08 Yan 20:03  
Digərləri Avtobusda DAVA: "Səni pəcərədən aşağı ataram" VİDEO

Sosial şəbəkədə daha bir sərnişin davasının görüntüləri yayımlanı

arrow Ətraflı
Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq? like
  • 08 Yan 19:48  
Digərləri Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq?

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair

arrow Ətraflı
41 yaşlı hamilə arvadını öldürdü like
  • 08 Yan 19:43  
Digərləri 41 yaşlı hamilə arvadını öldürdü

Mərsində ər arvadını öldürüb evdən qaçıb.

arrow Ətraflı
Ziyafətə lüt qatılan reper Vacioya hərbi mundir geydirirlər like
  • 08 Yan 19:37  
Şou-biznes Ziyafətə lüt qatılan reper Vacioya hərbi mundir geydirirlər

Bloqer-aparıcı Anastasiya İvleyevanın 20 gün öncə Moskvada təşkil etdiy

arrow Ətraflı
“Mənə cadu ediblər” deyən kişi küçədə qəribə hərəkətlər etdi like
  • 08 Yan 19:32  
Digərləri “Mənə cadu ediblər” deyən kişi küçədə qəribə hərəkətlər etdi

Türkiyənin İstanbul şəhərində bir nəfər ona cadu edildiyini iddia edər

arrow Ətraflı
Paytaxtda tarixi abidəni avtoyuma etdilər like
  • 08 Yan 19:27  
Digərləri Paytaxtda tarixi abidəni avtoyuma etdilər

Bakıda tarixi abidəni avtoyuma məntəqəsinə çeviriblər. 

arrow Ətraflı