Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq?


Digərləri 08 Yan 2024 19:48:00 265 0

Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq?

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtın şimal-qərb hissəsində 2-ci strateji giriş-çıxış yolunun yaradılması əks olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunun yükünü əsaslı şəkildə azaldılmasına hədəflənmiş yeni yol paytaxtın şimal və şərq hissəsindən Sumqayıt, Xırdalan, Yasamal və Lökbatan dairəsi istiqamətində və əksinə hərəkəti asanlaşdıracaq, eləcə də mərkəzdəki sıxlığı xeyli azaldacaq.

Belə ki, Bakı-Sumqayıt şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə tikiləcək yol M-1 (Bakı-Quba) və M-4 (Bakı-Şamaxı) avtomobil yollarını kəsərək Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşəcək.

Lökbatan-Xocasən həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirəcək yol Suraxanı rayonu ərazisindən - Bülbülə gölü istiqamətindən davam edərək Zığ şosesi ilə birləşəcək.

Mütəxəssislər bildirirlər ki, yeni yolun çəkilməsi bəzi hissələrdə mövcud yolların genişləndirilməsi və yenidən layihələndirilməsi hesabına mümkün olacaq. Belə ki, Binəqədi rayonu ərazisində və Sabunçu rayonu Balaxanı qəsəbəsi (Böyükşor gölünün şimal hissəsi) ərazisində bir sıra yolları optimal şəkildə əlaqələndirmək və layihələndirməklə paytaxtın nəqliyyat infrastrukturuna daha faydalı etmək mümkündür.

Bununla yanaşı, Prezidentin 2023-cü ildə imzaladığı sərəncamla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılıb. 2024-cü ildə tikintisinə başlanması planlaşdırılan bu yol Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtın şimal-qərb hissəsində 2-ci strateji giriş-çıxış yolu ilə kəsişəcək və paytaxtın nəqliyyat yükünün bölünməsinə, mərkəzdəki yükün müəyyən qədər azalmasına xidmət edəcək.

Qeyd edək ki, 12,7 km uzunluqda, 6 hərəkət zolaqlı olacaq Böyükşor-Pirşağı yolu Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq. Bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, şəhər şosesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq.

Bundan əlavə, yeni çəkiləcək yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla da birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

41 yaşlı hamilə arvadını öldürdü like
  • 08 Yan 19:43  
Digərləri 41 yaşlı hamilə arvadını öldürdü

Mərsində ər arvadını öldürüb evdən qaçıb.

arrow Ətraflı
Ziyafətə lüt qatılan reper Vacioya hərbi mundir geydirirlər like
  • 08 Yan 19:37  
Şou-biznes Ziyafətə lüt qatılan reper Vacioya hərbi mundir geydirirlər

Bloqer-aparıcı Anastasiya İvleyevanın 20 gün öncə Moskvada təşkil etdiy

arrow Ətraflı
“Mənə cadu ediblər” deyən kişi küçədə qəribə hərəkətlər etdi like
  • 08 Yan 19:32  
Digərləri “Mənə cadu ediblər” deyən kişi küçədə qəribə hərəkətlər etdi

Türkiyənin İstanbul şəhərində bir nəfər ona cadu edildiyini iddia edər

arrow Ətraflı
Paytaxtda tarixi abidəni avtoyuma etdilər like
  • 08 Yan 19:27  
Digərləri Paytaxtda tarixi abidəni avtoyuma etdilər

Bakıda tarixi abidəni avtoyuma məntəqəsinə çeviriblər. 

arrow Ətraflı
Selena sevgilisi ilə dodaqdodağa  FOTO like
  • 08 Yan 19:16  
Şou-biznes Selena sevgilisi ilə dodaqdodağa FOTO

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomezin "Qızıl qlobus&quo

arrow Ətraflı
Namizədliyi irəli sürülənlərin sayı açıqlandı like
  • 08 Yan 19:10  
Digərləri Namizədliyi irəli sürülənlərin sayı açıqlandı

Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülən

arrow Ətraflı
Tanınmış aktyora vəzifə verildi  FOTO like
  • 08 Yan 19:09  
Şou-biznes Tanınmış aktyora vəzifə verildi FOTO

Tanınmış aktyor Azər Aydəmir Azəraycanda fəaliyyət  göstərən rekla

arrow Ətraflı
Arvadının boğazını kəsərək 19 bıçaq zərbəsi endirən şəxsə HÖKM OXUNDU like
  • 08 Yan 18:55  
Kriminal Arvadının boğazını kəsərək 19 bıçaq zərbəsi endirən şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öld

arrow Ətraflı
Bir peyvəndlə bu xəstəliklərdən qorunmaq mümkün olacaq like
  • 08 Yan 18:50  
Digərləri Bir peyvəndlə bu xəstəliklərdən qorunmaq mümkün olacaq

İlk istifadə etdiyimiz peyvəndlər virusun alfa ştammına qarşı istifadə

arrow Ətraflı
DTXnin səlahiyyətləri artırıldı like
  • 08 Yan 18:35  
Digərləri DTXnin səlahiyyətləri artırıldı

Nazirlər Kabineti "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformas

arrow Ətraflı
Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı azaldıldı like
  • 08 Yan 18:33  
Digərləri Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı azaldıldı

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi

arrow Ətraflı
DƏHŞƏT: 83 yaşlı qadın boğazı kəsilmiş halda tapıldı, like
  • 08 Yan 18:31  
Digərləri DƏHŞƏT: 83 yaşlı qadın boğazı kəsilmiş halda tapıldı,

Türkiyənin Manisa vilayətində tək yaşayan 85 yaşlı Ülviyyə Eskici evi

arrow Ətraflı
Türkiyənin məşhur layihəsində "Evləri köndələn yar"ı oxudular like
  • 08 Yan 18:26  
Şou-biznes Türkiyənin məşhur layihəsində "Evləri köndələn yar"ı oxudular

Türkiyənin "Show TV" kanalında yayımlanan "Güldür-güldür&

arrow Ətraflı