Beş uşaq himayədar ailələrə verilib
Digərləri 08 Yan 2024 20:55:00 283 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən ildən tətbiqinə başlanan himayədar ailə qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verib.
Bu xəbəri də oxu: Aylarla günəşin çıxmadığı yerdə necə yaşayırlar? Sakinlər AÇIQLADI
Nazirlikdən Milli.AZ-a verilən məlumata görə, valideyn qayğısından məhrum olmuş 5 qız uşağı üçün ümumilikdə 4 ailə "Himayədar ailə" olub.
Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan "Himayədar ailə" qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.
Qanunvericiliyə əsasən himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.
Qeyd edək ki, himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri:
- 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat); - 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat); - 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.
Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin ediləcəklər.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ-nin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz
Türkəçarənin bir növü hesab olunan çıldaq qədim zamanlardan qorxunu gö
Türkiyəli aktyor Nejat İşlər xoşagəlməz hadisə ilə gündəmə gəlib.
Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı iləd�
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Nigeriyanın "NIGUS International" şirkəti və Çinin "Zhongmin
Ermənistan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakın
İsrail 7 oktyabr hücumunun təşkilatçısı olan HAMAS-ın hərbi lideri Yəh
Sosial şəbəkədə daha bir sərnişin davasının görüntüləri yayımlanı
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair
Bloqer-aparıcı Anastasiya İvleyevanın 20 gün öncə Moskvada təşkil etdiy
Türkiyənin İstanbul şəhərində bir nəfər ona cadu edildiyini iddia edər
Bakıda tarixi abidəni avtoyuma məntəqəsinə çeviriblər.