Ermənilər onu öldürüb neft quyusuna atmışdılar


Digərləri 10 Sen 2023 13:59:00 276 0

Ermənilər onu öldürüb neft quyusuna atmışdılar

Son.az Kulis.az-a istinadən Fidan Əzraqın publisist Cəfər Bünyadzadə haqqında yazısını təqdim edir.

Cəfər Xocabəy oğlu Bünyadzadə 1890-cı ildə Bakı qəzasının Fatmayı kəndində anadan olub.

Ailədə beş qardaş olublar: Əliəşrəf, Adil, Dadaş, Məmmədhüseyn, Cəfər.

Cəfər 1909-cu ildə darülmüəllim seminariyasını bitirib "Nəşri - maarif" cəmiyyətinin məktəblərində ibtidai sinif müəllimliyi edir.

Əlabbas Müznibin qardaşına, oğluna, bacı oğlanlarına dərs deyir.

"Səfa" xeyriyyə cəmiyyəti 1912-ci ildə məhz Cəfər Bünyadzadənin təşəbbüsü ilə təşkil olunub. Hüseyn Cavidlə dost olublar. Cəfər Bünyadzadənin nəşr etdiyi "Kəşkül və yaxud nəğmələr məcmuəsi"ndə Namiq Kamal, Tofiq Fikrət, Hüseyn Cavid, Əhməd Kamal, Səməd Mənsur, Həsən bəy Zərdabi, Balaqardaş Muradzadə, Rəşid bəy Əfəndizadə kimi görkəmli müəlliflərin şeirləri dərc edilib. Kitabın titul səhifəsində belə yazılmışdı:

"Milli sözlərin intişarı qəsdilə təbinə cəsarət etdiyim həmin kitabçanın bir neçə təbi tez zamanda satılmaqla bərabər müəllim arqadaşlarımın hüsnü-təvəccöhlərin qazandığı üçün ikinci dəfə bir çox möhtərəm ədib və şairlərimizin yeni inşad etmiş olduqları nəğmələri də (icazə hasil etdikdən sonra) əlavə edərək təbinə mübadirət etdim" Onun qardaşı, Azərbaycan SSR-in ilk xalq maarif komissarı olmuş Dadaş Bünyadzadənin də Hüseyn Cavidə böyük rəğbəti vardı.

Belə ki, "Cavid ocaqları" məhz onun dəstəyilə təşkil olunmuşdu.

Cəfər Bünyadzadənin ilk felyetonları 1909-cu ildə Əlabbas Müznibin redaktorluğu ilə nəşr olunan "Zənbur" satirik jurnalında və Haşım bəy Vəzirovun "İttifaq" qəzetində dərc olunub.

"1918-ci ildə indi Komissarlar Şurasının sədri olan Bünyadzadə yoldaş ilə (Dadaş Bünyadzadə) məhəlli təşkilatlarda birgə çalışdığım kimi, qardaşı Cəfər ilə də "Turan"mətbəəsində çap edilən "Hümmət" qəzetəsini idarə etmişdim." - Əlabbas Müznibin xatirələri.

1910-1913-cü illərdə dostu Haşım bəy Vəzirovun "Səda" , "Sədayi-həqq", "Sədayi-vətən" qəzetlərində fəaliyyət göstərib. Haşım bəy vəfat edəndə Cəfər Bünyadzadənin özünün buraxdığı "Tuti" satirik jurnalında nekroloq dərc olunub.

Haşım bəy Vəzirov Gəncə mədrəsəsinin müəllimi Mirzə Abbas Abbaszadənin "Birinci il" kitabı haqqında resenziya yazmağı Cəfər Bünyadzadəyə tapşırmışdı.

Cəfər Bünyadzadə 1911-ci ildə "panislamizm" ittihamı ilə çar jandarmları tərəfindən dövrünün görkəmli mətbuat xadimləri ilə birgə həbs edilmişdi.

1911- ci ilin sonlarında Cəfər Bünyadzadənin qardaşı, "Bakıhəyatı" qəzetinin redaktoru Dadaş Bünyadzadə həbs edilib Türküstana sürgünə göndərilmişdi.

1914-cü il 27 dekabrda ilk nömrəsi çıxan siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi "Tuti" Cəfər Bünyadzadənin redaktorluğu, Tağı Nağıyevin isə naşirliyi və dəstəyilə nəşr edilirdi. Bu jurnalın 1914-1917-ci illərdəki fəaliyyəti dövründə 112 nömrəsi buraxılmışdı. Sonrakı il "Tuti"yə müdirliyi Dadaş Bünyadzadə dəröhdə etmişdir.

Satirik jurnal Cəfər Bünyadzadənin qardaşı, neft maqnatı Məşədi Adilin ciddi maliyyə dəstəyi ilə nəşr edilirdi. Jurnalın elanlarında Məşədi Adilin papaqçı dükanına rast gəlmək olur. Fəhlələrin, eləcə də dövrün tanınmış ictimai-siyasi xadimləri arasında hörmət sahibi olan Məşədi qardaşları Cəfər və Dadaşın inqilabi fəaliyyətinə dəstək olurdu. Cəlil Məmmədquluzadə tez-tez onun qonağı olurdu.

Məşədi Adil Sovet dövründə "Bakı xəz-dəri" kooperativinin sədri işləyib. Fatmayı qəbiristanlığında dəfn olunub.

Cəfər Bünyadzadə dram janrına da müraciət etmişdi. Onun 1910-cu ildə "Məişət" , 1911-ci ildə "Ovçular məişəti", Azərbaycan Cümhuriyyəti illərində isə (1919-cu ilin iyunun 6-da) "Üç yoldaş" pyesi səhnələşdirilmişdi.

Cəfər Bünyadzadənin ilk kitabı uşaqlar üçün yazılmış "Mən məktəb istəyirəm" adlı hekayələr kitabıdır. Kitab 1910-cu ildə nəşr edilib.

İkinci kitabı "İgid oğul və yaxud vətən məhəbbəti" isə 1912-ci ildə işıq üzü görüb.

Məhəmməd peyğəmbəri kainatın fəxri adlandıran Cəfər Bünyadzadə, "Aləmi-islam" başlığı ilə dərc olunan silsilə məqalələrində İslam ölkələrinin, ümumiyyətlə, İslamın XX əsrdəki vəziyyəti haqqında yazırdı.

Cəfər Bünyadzadə daşnaklara qarşı həm "Tuti" satirik jurnalında, həm də "Hümmət" qəzetində kəskin yazılar yazmışdı.

Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olub. Onu öldürüb neft quyusuna atmışdılar...

"Tuti" satirik jurnalının şərəfinə Tuti adlandırdığı azyaşlı qızı da onun ölümündən sonra vəfat edib...

Qeyd edim ki, Cəfər Bünyadzadə ilk "Uşaq nəğmələri" kitabının tərtibatçısıdır.

Son.az 

Aytaç Şaşmaz yeni serialda like
  • 10 Sen 13:48  
Şou-biznes Aytaç Şaşmaz yeni serialda

Türkiyəli aktyor Aytaç Şaşmazın yeni layihəsi bəlli olub.

arrow Ətraflı
"Ac"lar "çörəksiz" qaldı  BQXKnın məqsədi yardımdır, yoxsa? like
  • 10 Sen 13:45  
Siyasət "Ac"lar "çörəksiz" qaldı BQXKnın məqsədi yardımdır, yoxsa?

Ötən gün Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxil o

arrow Ətraflı
“Viber”in sahibi: Rusiyanın təbliğatına sinə gərə bilərik like
  • 10 Sen 13:37  
Dünya “Viber”in sahibi: Rusiyanın təbliğatına sinə gərə bilərik

Yaponiyanın e-ticarət şirkəti olan "Rakuten"in qurucusu və icraç

arrow Ətraflı
Lavrov Ermənistan rəsmilərinin Qarabağla bağlı yalanlarını like
  • 10 Sen 13:35  
Siyasət Lavrov Ermənistan rəsmilərinin Qarabağla bağlı yalanlarını

Ermənistan rəsmilərinin Rusiyanın Qarabağı Azərbaycana "təslim etm�

arrow Ətraflı
Psixoloq: “Uşaq dərs oxumursa, disleksiyası ola bilər” like
  • 10 Sen 13:26  
Digərləri Psixoloq: “Uşaq dərs oxumursa, disleksiyası ola bilər”

Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər. Biz isə uşaqlar

arrow Ətraflı
Oğlan sosial şəbəkədə sevdiyi qıza şərh yazdı, görüşə gedəndə isə... like
  • 10 Sen 13:04  
Kriminal Oğlan sosial şəbəkədə sevdiyi qıza şərh yazdı, görüşə gedəndə isə...

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 10 Sen 13:00  
Digərləri Sabah yağış yağacaq

Sentyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sizi bezdirici xəstəliklərindən qoruyacaq vasitələr like
  • 10 Sen 12:53  
Digərləri Sizi bezdirici xəstəliklərindən qoruyacaq vasitələr

Soyuq havalarda orqanizm zəifləyir, imminutet düşür. Bu isə xəstəliklər

arrow Ətraflı
Kiyevə dron hücumu: yanğın baş verib like
  • 10 Sen 12:42  
Dünya Kiyevə dron hücumu: yanğın baş verib

Kiyevdə silsilə güclü partlayış səsləri eşidilib. Sentyabrın 10-na ke�

arrow Ətraflı
Qərbi narahat edən yol  Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıları himayəsinə götürüb? like
  • 10 Sen 12:38  
Siyasət Qərbi narahat edən yol Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıları himayəsinə götürüb?

9 sentyabrda BQXK-sinin (Beynəlxalq Qırmızı Xaç Komitəsi) humanitar yükü

arrow Ətraflı
Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ like
  • 10 Sen 12:31  
Şou-biznes Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ

VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əh

arrow Ətraflı
Separatçılar vəziyyəti daha da gərginləşdirir  Beynəlxalq Qızıl Xaç Komitəsi qondarma rejimlə like
  • 10 Sen 12:23  
Siyasət Separatçılar vəziyyəti daha da gərginləşdirir Beynəlxalq Qızıl Xaç Komitəsi qondarma rejimlə

Bərdə-Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç komitəsinin avtomobillə

arrow Ətraflı
Britaniya parlamentinin əməkdaşı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb like
  • 10 Sen 12:20  
Dünya Britaniya parlamentinin əməkdaşı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb

Britaniya polisi parlamentin əməkdaşını Çinin xeyrinə casusluqda şübhə

arrow Ətraflı
Məşhur model vəfat etdi like
  • 10 Sen 12:09  
Şou-biznes Məşhur model vəfat etdi

Amerikalı məşhur bodibilder və model-aktrisa Liza Layon vəfat edib.

arrow Ətraflı