Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş Atası danışdı
Digərləri 07 Yan 2025 13:36:00 87 0
Salyanda dekabrın 18-də itkin düşmüş 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi detallar məlum olub. Qətlə yetirilən şəxs rayonun Yenikənd kəndinin sakinidir.
Bu xəbəri də oxu: Neftimiz bahalaşdı
Son.az xəbər verir ki, Yenikənd kəndinin icra nümayəndəsi Məsabə Abasov Teleqraf.com-a bildirib ki, hadisəyə görə polis tərəfindən saxlanılan R.Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova 15 il əvvəl ailə qurmaq üçün ona qoşularaq qaçıbmış: " Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar".
İcra nümayəndəsinin sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: "Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib".
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olduğu üçün ailədə mütamadi olaraq münaqişələr baş verirmiş. 15-20 gün bundan əvvəl kənddə Röyalın evdən silah və pul götürərək quş ovlamağa getdiyi və geri qayıtmadığı haqda məlumat yayılıb. Bundan sonra axtarışlar başlayıb.
Qətli törətməkdə ittiham edilən Mətanət Hüseynova Neftçala Rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. F.Salmanov sayta açıqlamasında bildirib ki, qızından və onun ailəsindən uzun müddətdir xəbəri yoxdur: "Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, qərar verəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra da görmək niyyətim yoxdur. Səbəbi barədə heç nə deməyəcəyəm. Çünki səbəb yoxdur".
Qeyd edək ki, 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, Mətanət Hüseynova saxlanılaraq istintaqa təhvil verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqç
"Simpsonlar" 2025-ci ilə dair maraqlı proqnozları ilə yenidən di
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respubl
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Azər
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib
Avropanı böhran dalğaları silkələyir: koronavirus pandemiyası, Ukraynadak
Sosial media fenomeni və müğənni Kerimcan Durmaz qanunsuz mərc oyunları
Fransa prezidenti Emmanuel Makronun Parisdə keçirilən illik səfirlər konfra
Bakıda Nizami rayonunda yerləşən Babək prospektindəki körpüdə təhlük�
Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keç
Gürcüstan Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Ru
"Instagram"da qız adı ilə kişilərlə tanış olaraq onlara qarş�
Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransa
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın a
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən