Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevə başsağlığı verib
Siyasət 07 Yan 2025 13:21:00 74 0
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Prezident: Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, Azərbaycan xalqına, o cümlədən bu hadisə nəticəsində faciəvi şəkildə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Beynəlxalq Avtomobil Federasiyasının bütün ictimaiyyəti belə bir çətin zamanda xalqınızla birgə bu kədəri bölüşür. Bu faciənin gətirdiyi ağrı-acı və itki ilə üzləşdiyiniz vaxtda düşüncələrimiz Sizinlə və hadisə nəticəsində zərər görən insanlarladır.
Bu cür anlarda sözlər bəzən acizdir, lakin ümidvaram ki, beynəlxalq ictimaiyyətin həmrəyliyi müəyyən qədər təsəlli verir. Belə çətinliklər qarşısında Azərbaycan xalqının cəsarətli və dözümlü olması hamımızı ruhlandırır.
Şəxsən öz adımdan və Beynəlxalq Avtomobil Federasiyası ailəsi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm. Qəlbimiz həlak olanların ailələrinin və Azərbaycanda, onun hüdudlarından kənarda bu kədərli anları yaşayan hər bir kəsin yanındadır. Əminik ki, həyatını itirənlərin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır".
Avropanı böhran dalğaları silkələyir: koronavirus pandemiyası, Ukraynadak
Sosial media fenomeni və müğənni Kerimcan Durmaz qanunsuz mərc oyunları
Fransa prezidenti Emmanuel Makronun Parisdə keçirilən illik səfirlər konfra
Bakıda Nizami rayonunda yerləşən Babək prospektindəki körpüdə təhlük�
Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keç
Gürcüstan Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Ru
"Instagram"da qız adı ilə kişilərlə tanış olaraq onlara qarş�
Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransa
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın a
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən
Son illərdə insanlarda onlayn alış-verişə maraq artıb. Onlayn alış-veri
Təyyarə gərginliyindən sonra Rusiya Azərbaycandakı "5-ci kolon"u
İndiyədək 188 mikro və kiçik sahibkarlıq subyekti "Startap" şə
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni məhkəmə işi ba