Qərbi narahat edən yol Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıları himayəsinə götürüb?
Siyasət 10 Sen 2023 12:38:00 427 0
9 sentyabrda BQXK-sinin (Beynəlxalq Qırmızı Xaç Komitəsi) humanitar yükü Samur keçid məntəqəsindən daxil olanda biz hesab edirdik ki, bu beynəlxalq təşkilatın eqidası altında gələn yüklər hardan gəlməsindən asıllı olmayaraq öz ünvanına çatacaqdır. Yəni bizim düşüncəmiz təmiz olduğundan yanaşmalarımız da ədalət üzərində qurulmuşdur. Hesab edirdik ki, BQXK-sinin ofisinin hansı ölkədə yerləşməsi əsas şərt deyil. Ona görə də Laçın yolu vasitəsilə BQXK-sinə xəstələrin və həyatı vacib vasitələrin daşınmasına icazə verilmişdir. Amma hadisələrin inkişafı BQXK-sinin də düşündüyümüz kimi saf niyyətli fəaliyyətlə məşğul olmadığını sübut edir. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, belə ki, Rusiya BQXK-nin yükü də Bərdədə otelin qarşısında gözləyir və buraxılmır. "Bu o deməkdir ki, humanitar yüklərin daşınması üçün BQXK-nin hansı ölkələrə aid olması əsas şərtdir. İlk baxışda BQXK-si eyni konvensiya altında fəaliyyət göstərdiyi görünsə də reallıqda isə selektiv yanaşmalar mövcuddur və Xankəndinə humanitar yükü göndərdiyinə görə Rusiya BQXK-nə təzyiqlər göstərilir. Bu bir daha BQXK-nin əsil məramını üzə çıxardır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdik. O vaxtı BQXK-si erməni silahlıları Füzulidən çıxartmağa cəhd etmişdi və kəşfiyyat məlumatları toplayaraq düşmənə ötürürdü. Müharibə başa çatandan sonra da BQXK-si Ermənistandan Xankəndinə intensiv şəkildə daşımalar həyata keçirirdi. Amma bu yüklər yoxlanılmadığından avtomobillərdə nə daşındığı suallar doğurur. Hətta sərhəd xidmətimiz tərəfindən BQXK-sinin qaçaqmalçılıqla məşğul olduğunu ifşa etmişik", - deyə deputat bildirib. O əlavə edib ki, indi də BQXK-si Xankəndinə ancaq Ermənistandan humanitar yüklərin daşıya biləcəyi kimi fikir ortaya qoyur. "Bu, humanitar yardımlarla bağlı neytral fəaliyyətlə məşğul olmalı olan beynəlxalq təşkilatın siyasi məsələlərə və öz çirkin niyyətlərin reallaşdırılmasına cəlbi deməkdir. Əgər BQXK-sinin məramı ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsindən ibarətdirsə, onun hansı istiqamətdən göstərilməsinin nə əhəmiyyəti var? Amma hadisələrin inkişafı bir daha sübut edir ki, BQXK-si Qərbin əlində siyasi manipulyasiyalar etmək üçün alətə çevrilib. BQXK-sinin ofisi birmənalı şəkildə bilməlidir ki, hətta Ağdam-Xankəndi yolu açıldığı təqdirdə onlar öz emblemi altında əvvəllər olduğu kimi öz çirkin niyyətlərinı davam etdirə bilməyəcəklər", - deyə A.Badamov vurğulayıb.
Bu xəbəri də oxu: İlham Əliyev: Heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə
Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Əsgərana daxil olması təmin edilməyib. Rusiya Qızıl Xaçının ərzaq maşını hazırda Bərdədə dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir.
VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əh
Bərdə-Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç komitəsinin avtomobillə
Britaniya polisi parlamentin əməkdaşını Çinin xeyrinə casusluqda şübhə
Amerikalı məşhur bodibilder və model-aktrisa Liza Layon vəfat edib.
Son.az Kulis.az-a istinadən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı
Bu gün saat 10.00 - da Ağdamdan Ağdərə istiqamətinə humanitar yükün ke�
Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub. O, orta məktəbi burada
ABŞ-li Armando Ramos Filippinə səfəri zamanı müəmmalı xəstəliyə tutu
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ b�
Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri üç yüzdən çox Rusiya
Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndir
Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün, göndərdiyi �
İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələr
Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin m