Özündən 6 yaş kiçik qaraçı ilə evləndi,


Kriminal 10 Sen 2023 12:00:00 231 0

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi,

Son.az Kulis.az-a istinadən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı faktları təqdim edir.

Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Ailədə iki qız, bir oğlan olublar. Onun atası Sucay Ağamirov bəy nəslindən olduğu üçün hər üç uşağının oxuması üçün əlindən gələni edib.

***

Ancaq 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən yan keçmir. Sucay Ağamirov və xanımı "xalq düşməni" kimi sürgün edirlər. Xoşbəxtlikdən aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürür. Suqra xanım "mühəndis-neftçi" ixtisası üzrə Bakı buruqlarında çalışırdı.

Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra karyera qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayır. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək olur. Nəhayət, 18 yaşlı Tamilla Bakı Teatr Məktəbinə daxil olur.

***

Təhsilini başa vurduqdan sonra Moskvaya gedir. Və elə ilk imtahandan münsiflər heyətinin diqqətini cəlb edir. O, birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur.

1952-ci ildə Sverdlovsk şəhərində Tamella Ağamirovanın taleyi dəyişir. Belə ki, o, dünyada yeganə qaraçı teatrı sayılan "Romen" teatr truppasının üzvü Lyalya Çernaya ilə rastlaşır. Uzun illər "Romen" teatrında çalışan Çernaya Tamillanı teatra işə dəvət edir. O, dərhal Çernayanın "Romen" teatrında işləmək barədə təklifini qəbul edir.

24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların "Romen" Musiqili Komediya teatrının aparıcı aktrisası olur. Stalin mükafatına namizəd göstərilir.

***

Teatr karyerası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. O, ilk dəfə 1957-ci ildə rejissor Qriqori Kozintsevin "Don Kixot" romanı əsasında ekranlaşdırdığı eyni adlı filmdə cazibədar qrafinya İltisidora obrazını canlandırır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.

Ağamirova cəmi 12 filmə çəkilib. Uğurlarından sonra azərbaycanlı kinematoqrafçılar da aktrisanı Azərbaycan kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. O, xüsusən kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir.

Azərbaycanda ilk dəfə 1958-ci ildə "Onun böyük ürəyi" filminə çəkilir.

*** "Onun böyük ürəyi"dən sonra "Əsl dost", "Koroğlu", "Matteo Falkone", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" filmlərinə çəkilir.

***

1960-cı ildə 32 yaşlı Tamilla Ağamirova özündən altı yaş kiçik olan SSRİ Xalq artisti, tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə ailə həyatı qurur: "Açığı, uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə 52-ci ildə gəlmişdi. Məndən dərhal sonra. Tamilla füsunkar qadın idi. Bir sözlə, azərbaycanlı idi. Onun valideynləri müsəlman olsa da, razılığa gəldik. Bəlkə də, onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki, birdən qızı oğurlayaram. Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə imkanımız yox idi, teatrdan qəpik-quruş qazanırdıq. Otağımızı təmir etməyə pulumuz olmasa da, aramızda sevgi var idi".

Bu evlilikdən onların 3 övladı - Mixail və Pyotr, qızları Tamilla dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötükcə bəxş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Onların qızları Tamilla da valideynləri kimi "Romen" teatrında aktrisa kimi çalışır.

Doğma vətəni - Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illər Bakını ziyarət edə bilməyib, ancaq valideynlərinin dəfn olunduğu bu şəhəri həmişə müqəddəs hesab edib.

***

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb, orden və mükafatlarla təltif olunub. O, 1 sentyabr 2021-ci ildə Moskvada vəfat edib.

*** Qeyd edək ki, Tamillanın həyat yoldaşı, məşhur rejissor Sliçenko 2021-ci il ilin 2 iyulunda vəfat edib. Ağamirova sevimli ərindən sonra cəmi 60 gün yaşayıb...

Son.az 

Qırmızı Xaç Komitəsinin və bəzi Qərb dairələrinin ƏSL SİMASI like
  • 10 Sen 11:57  
Siyasət Qırmızı Xaç Komitəsinin və bəzi Qərb dairələrinin ƏSL SİMASI

Bu gün saat 10.00 - da Ağdamdan Ağdərə istiqamətinə humanitar yükün ke�

arrow Ətraflı
Xocalıda tarix boyu azərbaycanlılar YAŞAYIB... like
  • 10 Sen 11:49  
Digərləri Xocalıda tarix boyu azərbaycanlılar YAŞAYIB...

Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub.  O, orta məktəbi burada

arrow Ətraflı
ABŞ sakini Filippində müəmmalı xəstəliyə tutulub like
  • 10 Sen 11:38  
Dünya ABŞ sakini Filippində müəmmalı xəstəliyə tutulub

ABŞ-li Armando Ramos Filippinə səfəri zamanı müəmmalı xəstəliyə tutu

arrow Ətraflı
"Əgər Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa..." like
  • 10 Sen 11:31  
Siyasət "Əgər Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa..."

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ b�

arrow Ətraflı
Ukrayna SQ: Rusiya ordusunun 8 sursat anbarı məhv edilib like
  • 10 Sen 11:16  
Dünya Ukrayna SQ: Rusiya ordusunun 8 sursat anbarı məhv edilib

Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri üç yüzdən çox Rusiya

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Argentina Prezidentinin qərəzli fikirlərini kəskin pisləyib like
  • 10 Sen 11:05  
Siyasət Qərbi Azərbaycan İcması Argentina Prezidentinin qərəzli fikirlərini kəskin pisləyib

Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndir

arrow Ətraflı
Rusiyanın göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi gecikir like
  • 10 Sen 11:03  
Siyasət Rusiyanın göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi gecikir

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün, göndərdiyi �

arrow Ətraflı
Bakıda əsgər intihara cəhd edib like
  • 10 Sen 10:54  
Digərləri Bakıda əsgər intihara cəhd edib

Bakıda əsgər intihara cəhd edib.

arrow Ətraflı
Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb like
  • 10 Sen 10:43  
Digərləri Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb

İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələr

arrow Ətraflı
Düşmən Füzuli istiqamətində səngərlər qazmağa cəhd göstərdi, like
  • 10 Sen 10:38  
Siyasət Düşmən Füzuli istiqamətində səngərlər qazmağa cəhd göstərdi,

Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin m

arrow Ətraflı
Sabirabadda dəhşətli hadisə: Arvadını bibisi oğluyla tutdu, sonra... like
  • 10 Sen 10:32  
Kriminal Sabirabadda dəhşətli hadisə: Arvadını bibisi oğluyla tutdu, sonra...

Sabirabad rayonunda 1992-ci il təvəllüdlü Qulu qısqanclıq zəminində həy

arrow Ətraflı
Səfir: Böyük Britaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır like
  • 10 Sen 10:21  
Siyasət Səfir: Böyük Britaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır

Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezide

arrow Ətraflı
Pakistan XİN qondarma rejimin keçirdiyi "prezident seçkisini" pisləyib like
  • 10 Sen 10:14  
Siyasət Pakistan XİN qondarma rejimin keçirdiyi "prezident seçkisini" pisləyib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-

arrow Ətraflı
Ordumuz irəlilədi, İran təxribat edə bilər like
  • 10 Sen 10:10  
Siyasət Ordumuz irəlilədi, İran təxribat edə bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən so

arrow Ətraflı