Təyyarə qəzasında xəsarət alanların ikisinin vəziyyəti ağırdır TƏBİB
Digərləri 07 Yan 2025 14:21:00 79 0
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu xəbəri də oxu: Bu il universitetlərə qəbul balları artacaq?
Son.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ötən ilin dekabr ayının 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.
Məlumata görə, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həmin şəxsin üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunub. Pasiyentin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Bundan başqa, travmatik koma vəziyyətində daxil olan digər iki pasiyentin kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bananı yeməzdən əvvəl yumaq, ümumiyyətlə, daha sağlam bir seçimdir.
Metroda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb.
26 yanvar ilk dəfə Bakıda "Nostalji konsert" Opera studiyasının s
Mütəxəssislər Şərqi Qara dəniz bölgəsində son illərdə tez-tez müş
Son illərdə yanacaq xərclərini azaltmaq istəyən bir çox sürücü avtomob
Beynəlxalq diqqəti cəlb edən tanınmış Koreyalı diriijor Jong-hun Bae, il
Salyanda dekabrın 18-də itkin düşmüş 1984-cü il təvəllüdlü Röyal Hü
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqç
"Simpsonlar" 2025-ci ilə dair maraqlı proqnozları ilə yenidən di
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respubl
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Azər
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib
Avropanı böhran dalğaları silkələyir: koronavirus pandemiyası, Ukraynadak
Sosial media fenomeni və müğənni Kerimcan Durmaz qanunsuz mərc oyunları