Bu il universitetlərə qəbul balları artacaq?
Digərləri 07 Yan 2025 16:10:00 62 0
Qəbul imtahanlarının vaxtı açıqlanmamışdan əvvəl bu il qəbul ballarının artacağı ilə bağlı yayılan proqnozlar müxtəlif amillərə əsaslanır. Bu artım ehtimalını qiymətləndirmək üçün təkcə cari vəziyyəti deyil, həm də qlobal təcrübələri nəzərə alaraq, daha geniş təhlil aparmaq lazımdır. Əsasən, qəbul planının artması, yeni universitetlər və yeni ixtisasların təsiri barədə müzakirələr ön plandadır. Lakin bu proses çox mürəkkəbdir və bir sıra digər amillər də nəzərə alınmalıdır.
Bu xəbəri də oxu: Metroda sərnişin relslərin üstünə yıxıldı
Son.az bildirir ki, bu barədə Trend-in suallarını cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov deyib.
O qeyd edib ki, son illərdə Azərbaycanda qəbul planlarında müşahidə olunan dəyişikliklər keçid ballarına birbaşa təsir göstərib:
"Statistikaya əsasən, 2022-ci ildə qəbul planı əvvəlki ilə nisbətən 12% artırılmışdı. Bu artım, əsasən, dövlət sifarişi əsasında təqdim edilən yerlərə aid idi və nəticədə bəzi ixtisaslar üzrə keçid ballarında azalma müşahidə olundu. Məsələn, texniki və pedaqoji sahələrdə tələbə yerlərinin artırılması həmin sahələr üzrə rəqabəti zəiflətdi və keçid balları aşağı düşdü. Lakin yüksək rəqabətli ixtisaslar, məsələn, tibb və hüquq sahələrində ballar artmağa davam etdi.
Bu il də oxşar tendensiyaların davam etməsi mümkündür. Əgər qəbul planları artırılarsa, ümumi rəqabət zəifləyər və bəzi sahələrdə ballar aşağı düşə bilər. Lakin yeni universitetlərin və ixtisasların yaradılması qəbul prosesinə daha çox dinamiklik qatacaq. Yeni universitetlər və ixtisaslar tələbələr üçün alternativ seçimlər təqdim edir, bu da müəyyən sahələrdə rəqabəti azalda bilər. Burada əsas məqam yeni qurumların və ya ixtisasların nə qədər nüfuzlu olmasıdır. Əgər yeni yaradılan universitetlər yüksək səviyyəli təhsil vəd edirsə, həmin yerlərdə rəqabət artacaq və nəticədə, keçid balları yüksək ola bilər.
Dünya təcrübəsində də oxşar hallar müşahidə olunub. Məsələn, Türkiyədə universitetlərin sayı artırıldıqca və yeni ixtisaslar təqdim edildikcə, bəzi sahələrdə keçid balları azalarkən, yüksək rəqabətli ixtisaslar üzrə ballar sabit qaldı və hətta artdı. Türkiyə ali təhsil sistemində tələbə qəbulunu tənzimləmək üçün müxtəlif mexanizmlər tətbiq olunur, məsələn, dövlət universitetlərində tələbə yerlərinin artırılması ilə yanaşı, özəl universitetlərin də inkişafı təşviq edilir. Bu yanaşma tələbələrə daha geniş seçim imkanı təqdim edir, lakin yüksək ixtisaslaşma tələb edən sahələrdə rəqabəti zəiflətmir.
Digər tərəfdən, Avropa ölkələrində qəbul ballarına təsir edən əsas faktor tələbələrin akademik göstəriciləridir. Almaniya kimi ölkələrdə tələbələrin orta məktəbdə topladıqları akademik qiymətlər universitet qəbulunda əsas rol oynayır. Bu model rəqabəti tənzimləyir və qəbul ballarını sabit saxlayır. Lakin Azərbaycanın qəbul sistemi, əsasən, standartlaşdırılmış test imtahanlarına əsaslandığından, rəqabətin səviyyəsi imtahanların məzmunu və çətinlik dərəcəsindən də təsirlənir".
K.Əsədov bildirib ki, Azərbaycanda keçid ballarının artması və ya azalması məsələsinə gəldikdə, bunu həm də demoqrafik dəyişikliklər kontekstində dəyərləndirmək lazımdır:
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan i�
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşi
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublik
Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini - baş həkim təyin
Bakının mərkəzi prospektlərindən birində piyadaların hərəkətinin asan
Fransanın sağçı "Milli Birlik" partiyasının parlamentdəki fraks
Yaponiyad, İvate bölgəsində yerləşən quşçuluq fermasında quş qripi ep
Vergi orqanları vergi ödəyicilərinin fəaliyyətini izləyərək onların qa
"ABŞ olmadan bizə verilən təhlükəsizlik zəmanətləri gerçəkləş�
ABŞ-ın Luiziana ştatında H5N1 tipli quş qripindən ilk ölüm hadisəsi ba�
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını
Bakıda yeni parklanma məntəqələri yaradılıb.
İsrailin Nagel Komitəsi öz hesabatında İsrailin Türkiyə ilə birbaşa mü
Yazıçı Varis Yolçuyevin bir neçə gün əvvəl vəfat edən aktyor Azər Ba