Psixoloq: “Uşaq dərs oxumursa, disleksiyası ola bilər”


Digərləri 10 Sen 2023 13:26:00 259 0

Psixoloq: “Uşaq dərs oxumursa, disleksiyası ola bilər”

Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər. Biz isə uşaqlarımızın yaşıdlarından heç nədə geri qalmamasını istəyirik. Bəzən övladımız kitab və ya hər hansı mətni oxuyanda sözləri səhv tələffüz edir. Düşünürük ki, tənbəllik edirlər, ya da oxumaq istəmirlər. Belə olan halda ağıla bu sual gələ bilər: bəlkə mənim övladım disleksiyadır?

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin mövzu ilə bağlı AzEdu.az-a danışıb:

"Pedaqogikada disleksiya xüsusi öyrənmə çətinliyi kimi tanınır. Latınca "söz" və "pozğunluq" sözlərinin birləşməsindən əmələ gəlib. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya pis qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və dərmanların düzgün istifadə edilməməsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər. Disleksiya əsasən anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda - təxminən 4-5 yaşlarında özünü göstərir".

Psixoloq uşaqlarda disleksiya əlamətlərini də sadalayıb:

"Əgər uşağınız oxuma, eşitmə, danışma, yazmada çətinlik çəkirsə, danışmada gecikmələr varsa, yeni sözləri gec öyrənirsə, hərəkət və koordinasiya pozuqluğuna yol verirsə, hərfləri qarışdırırsa, riyazi əməllərdə problem (toplama, çıxma, vurma, bölmə) yaşayırsa, istiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (dünən, bu gün, sabah, əvvəl, sonra) anlayışlarında çətinlik çəkirsə, danışarkən sözləri doğru yerdə istifadə etmirsə, analiz etmə problemi yaşayırsa, bunlar disleksiya əlamətləridir. Disleksiyanı müəyyən etmək üçün xüsusi psixoloji testlərdən istifadə olunur. Əgər yuxarıda göstərilən əlamətlərin bir neçəsi uşaqda özünü büruzə verirsə, mütləq psixoloqla məsləhətləşmək lazımdır".

Psixoloq bu mövzuda müəllimlərin həssas yanaşmalı olduğunu da xüsusi vurğulayıb:

"Disleksiyası olan uşaqlara məktəbdə müəllimlər nəyisə gec qavradığına görə sərt reaksiya verməməli,onların  özgüvənlərini sarsıtmamalıdırlar. "Bilmirsən, anlamırsan, gec qavrayırsan" kimi ifadələr işlədilməməlidir. Hazırda bir pasientim var ki, ona düzgün yanaşılmadığı üçün özünəqapanma yaranıb və biz bu problemi aradan qaldırmağa çalışırıq. Çox vaxt müəllimlər valideynlərə deyirlər ki, uşağınızda problem var, geri qalır və s. Əksinə, disleksiyası olan uşaqların məktəbdə yaxşı oxuya bilmə potensialı yüksək olur, çünki onların zəka cəhətdən heç bir problemi yoxdur. Sadəcə, onlara vaxtında diaqnoz qoyulmalı və düzgün proqramla psixoloq nəzarətində bu problemlər aradan qaldırılmalıdır".

Oğlan sosial şəbəkədə sevdiyi qıza şərh yazdı, görüşə gedəndə isə... like
  • 10 Sen 13:04  
Kriminal Oğlan sosial şəbəkədə sevdiyi qıza şərh yazdı, görüşə gedəndə isə...

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 10 Sen 13:00  
Digərləri Sabah yağış yağacaq

Sentyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sizi bezdirici xəstəliklərindən qoruyacaq vasitələr like
  • 10 Sen 12:53  
Digərləri Sizi bezdirici xəstəliklərindən qoruyacaq vasitələr

Soyuq havalarda orqanizm zəifləyir, imminutet düşür. Bu isə xəstəliklər

arrow Ətraflı
Kiyevə dron hücumu: yanğın baş verib like
  • 10 Sen 12:42  
Dünya Kiyevə dron hücumu: yanğın baş verib

Kiyevdə silsilə güclü partlayış səsləri eşidilib. Sentyabrın 10-na ke�

arrow Ətraflı
Qərbi narahat edən yol  Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıları himayəsinə götürüb? like
  • 10 Sen 12:38  
Siyasət Qərbi narahat edən yol Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıları himayəsinə götürüb?

9 sentyabrda BQXK-sinin (Beynəlxalq Qırmızı Xaç Komitəsi) humanitar yükü

arrow Ətraflı
Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ like
  • 10 Sen 12:31  
Şou-biznes Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ

VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əh

arrow Ətraflı
Separatçılar vəziyyəti daha da gərginləşdirir  Beynəlxalq Qızıl Xaç Komitəsi qondarma rejimlə like
  • 10 Sen 12:23  
Siyasət Separatçılar vəziyyəti daha da gərginləşdirir Beynəlxalq Qızıl Xaç Komitəsi qondarma rejimlə

Bərdə-Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç komitəsinin avtomobillə

arrow Ətraflı
Britaniya parlamentinin əməkdaşı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb like
  • 10 Sen 12:20  
Dünya Britaniya parlamentinin əməkdaşı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb

Britaniya polisi parlamentin əməkdaşını Çinin xeyrinə casusluqda şübhə

arrow Ətraflı
Məşhur model vəfat etdi like
  • 10 Sen 12:09  
Şou-biznes Məşhur model vəfat etdi

Amerikalı məşhur bodibilder və model-aktrisa Liza Layon vəfat edib.

arrow Ətraflı
Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, like
  • 10 Sen 12:00  
Kriminal Özündən 6 yaş kiçik qaraçı ilə evləndi,

Son.az Kulis.az-a istinadən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı

arrow Ətraflı
Qırmızı Xaç Komitəsinin və bəzi Qərb dairələrinin ƏSL SİMASI like
  • 10 Sen 11:57  
Siyasət Qırmızı Xaç Komitəsinin və bəzi Qərb dairələrinin ƏSL SİMASI

Bu gün saat 10.00 - da Ağdamdan Ağdərə istiqamətinə humanitar yükün ke�

arrow Ətraflı
Xocalıda tarix boyu azərbaycanlılar YAŞAYIB... like
  • 10 Sen 11:49  
Digərləri Xocalıda tarix boyu azərbaycanlılar YAŞAYIB...

Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub.  O, orta məktəbi burada

arrow Ətraflı
ABŞ sakini Filippində müəmmalı xəstəliyə tutulub like
  • 10 Sen 11:38  
Dünya ABŞ sakini Filippində müəmmalı xəstəliyə tutulub

ABŞ-li Armando Ramos Filippinə səfəri zamanı müəmmalı xəstəliyə tutu

arrow Ətraflı
"Əgər Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa..." like
  • 10 Sen 11:31  
Siyasət "Əgər Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa..."

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ b�

arrow Ətraflı