"Ac"lar "çörəksiz" qaldı BQXKnın məqsədi yardımdır, yoxsa?
Siyasət 10 Sen 2023 13:45:00 412 0
Ötən gün Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxil olan Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR hələ də Xankəndinə keçə bilməyib.
Yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də təmin edilməyib. Rusiya Qızıl Xaç cəmiyyətinin ərzaq maşını Bərdədə, "Bərdə" otelinin yanında dayanıb.
Separatçılar maşının keçidinə imkan vermirlər. Qarabağdakı qondarma rejimin qalıqları anlamır ki, Ağdam-Xankəndi yolu ilə bu yüklərin daşınması qarabağlı ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsi prosesinə təkan verəcək, bölgədə sülh və stabilliyin bərqərar olmasında əhəmiyyətli addım olacaq.
Aydın məsələdir ki, Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsini istəməyən əsas qüvvələrdən biri separataçıların da arxalandığı Qərb dairələdir. Onlar bu məqsədlə Qızıl Xaç komitəsindən istifadə edirlər. Geosiyasi oyunlara cəlb olmuş Beynəlxalq Qızıl Xaç Komitəsi məsələni süni şəkildə əngəlləyir. Onların Rusiyanın Qızıl Xaç Komitəsinə təzyiqi, arxa planda maneçiliyi təşkilatın əsl simasınl üzə çıxarır. Belə ki, onlar üzdə məsələni dəstəkləyən kimi görünsələr də, reallıq bunun əksini deyir.
BQXK öz missiyasını və öhdəliklərini yerinə yetirməkdənsə, Qərb dairələrinin diqtəsi altında pozuculuqla məşğuldur. Bu da onların beynəlxalq humanitar təşkilat kimi yox, hansısa Qərb təsisatının departamenti kimi fəaliyyət göstərdiyini deməyə əsas verir. Bu təşkilatın Qərbin maraq və mənafelərini ifadə etməsi onların əlində alət olduğunu göstərir.
Bu, təşkilatın ilk maneçiliyi deyil. BQXK müharibə dövründə də pozuculuq fəaliyyəti ilə məşğul olmuşdu. Hətta, onlar erməniləri Füzulidə mühasirədən çıxartmağa da cəhd göstərmişdilər. Maşınlarından qaçaqmalçılıq üçün istifadə olunduğu dəfələrlə faktlarla üzə çıxmış bu komitə yəqin ki, kəşfiyyatçılıq fəaliyyəti həyata keçirmiş də ola bilər. Onların informasiya toplayıb müəyyən mərkəzlərə ötürməsi ehtimalı da var.
Bəxtiyar Umarlı Son.az
Yaponiyanın e-ticarət şirkəti olan "Rakuten"in qurucusu və icraç
Ermənistan rəsmilərinin Rusiyanın Qarabağı Azərbaycana "təslim etm�
Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər. Biz isə uşaqlar
Böyük Britaniyanın "BAE Systems" şirkəti Ukraynada artilleriya ü
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər
Soyuq havalarda orqanizm zəifləyir, imminutet düşür. Bu isə xəstəliklər
Kiyevdə silsilə güclü partlayış səsləri eşidilib. Sentyabrın 10-na ke�
9 sentyabrda BQXK-sinin (Beynəlxalq Qırmızı Xaç Komitəsi) humanitar yükü
VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əh
Bərdə-Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç komitəsinin avtomobillə
Britaniya polisi parlamentin əməkdaşını Çinin xeyrinə casusluqda şübhə
Amerikalı məşhur bodibilder və model-aktrisa Liza Layon vəfat edib.
Son.az Kulis.az-a istinadən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı
Bu gün saat 10.00 - da Ağdamdan Ağdərə istiqamətinə humanitar yükün ke�