"Türk çörəyi"nə "naz"ın pərdəarxası Dərdləri aclıq


Siyasət 02 Sen 2023 12:38:00 336 0

"Türk çörəyi"nə "naz"ın pərdəarxası  Dərdləri aclıq

Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın göndərdiyi 40 tona yaxın ərzaq yükünə "naz edir". Belə ki, dünyaya "blokada"da olduğunu car çəkən, nüfuzlu nəşrlərdə bu barədə yazılar çıxmasına nail olan, bir sıra tanınmışları öz yalanlarının yayılmasına cəlb edən separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndinə çatdırılmasını müxtəlif üsullarla əngəlləyirlər. Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Azərbaycan bu bölgəyə humanitar yük göndərməklə bütün dünyaya "humanitar böhran" içində olduqlarına bəyan etməyə çalışan ermənilərin heç də acınacaqlı vəziyyətdə olmadığını, vəziyyətdən sui-istifadə edildiyini ifşa edib. Bu XİN-in bəyanatında da qeyd olunub. Bildirilib ki, Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə "gərgin humanitar vəziyyət" mövcudluğu iddialarını əsassız edir.

Aydın məsələdir ki, onların dərdi "aclıq", "böhran" deyil. Aclıq olsaydı, bu yardımı qəbul edərdilər. Amma, onlar ərzaq yükünün Xankəndinə çatdırılmasını əngəlləmək üçün Əsgəran yaxınlığında etiraz aksiyası da keçiriblər. Separatçıların bu davranışı nə beynəlxalq hüquqa, nə beynəlxalq münasibətlərin tələblərinə uyğun gəlir. Onlar müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışırlar. Bu bəhanələrə yol göstərənin hansı ölkə və ya ölkələr olmasını təxmin etmək isə çətin məsələ deyil.

Son günlər Laçın və Ağdam yolları ətrafında yaranan vəziyyət qondarma rejimdə "dəyişikliyə" səbəb olub. Dalana dirənən Araik təzyiqlərə dözə bilməyərək "istefa"sı ilə məsuliyyəti boynundan atmağa çalışıb. "İstefa" və onun yerinə Samvel Şahramanyanın təyin etməsi isə ümumi vəziyyəti daha da gərginləşdirir. Görünür separatçılar vəziyyətdən çıxış yolu arayırlar. Onlar anlamırlar ki, reinteqrasiyadan başqa çarələri qalmayıb.

Ermənistan ötən gün yenə atəşkəsi pozub. Onlar mövqelərimizi ağır artilleriyadan istifadə etməklə atəşə tutublar. Müdafiə Nazirliyinin səhər saatlarında yaydığı məlumatda qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edilməsi bildirilib. Ermənistan tərəfi vəziyyəti qəsdən gərginləşdirərək məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır. Ərazisində Aİ missiyasının olmasından istifadə edən Ermənistan beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq niyyətindədir.

Bəxtiyar Umarlı Son.az

Paşinyanın açıqlaması sülh prosesinə ciddi zərbədir  XİN like
  • 02 Sen 12:34  
Siyasət Paşinyanın açıqlaması sülh prosesinə ciddi zərbədir XİN

Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbay

arrow Ətraflı
94 yaşlı məşhur milyarder vəfat etdi like
  • 02 Sen 12:27  
Şou-biznes 94 yaşlı məşhur milyarder vəfat etdi

Misirli milyarder Məhəmməd Əl-Fayed vəfat edib.

arrow Ətraflı
Hələ ki, heç bir danışıqlar yoxdur like
  • 02 Sen 12:17  
Digərləri Hələ ki, heç bir danışıqlar yoxdur

Artıq biz 5 gündür ki, müvafiq işçi heyəti ilə buradayıq.

arrow Ətraflı
“Biz Birlikdə Güclüyük!”  Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi like
  • 02 Sen 12:16  
Şou-biznes “Biz Birlikdə Güclüyük!” Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçı

arrow Ətraflı
Vahid məktəbli formasının qiyməti like
  • 02 Sen 12:05  
Digərləri Vahid məktəbli formasının qiyməti

Vahid məktəbli forması tətbiq olunur, ancaq nə qiyməti vahiddir, nə də k

arrow Ətraflı
ABŞ 4 minə yaxın hərbçisini Avropadan çıxarır like
  • 02 Sen 11:54  
Dünya ABŞ 4 minə yaxın hərbçisini Avropadan çıxarır

ABŞ Müdafiə Nazirliyi Şərqi Avropada dislokasiya olunmuş 4000-ə yaxın h�

arrow Ətraflı
Azərbaycanlı fotoqraf xanımına like
  • 02 Sen 11:46  
Şou-biznes Azərbaycanlı fotoqraf xanımına

Azərbaycanlı məşhur fotoqraf Həmid Həmidli həyat yoldaşı blogger Aytən

arrow Ətraflı
Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu like
  • 02 Sen 11:45  
Digərləri Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Bakıda keçmiş məhkum özünü dənizə atdı like
  • 02 Sen 11:43  
Digərləri Bakıda keçmiş məhkum özünü dənizə atdı

Bakıda keçmiş məhkum Dənizkənarı Milli Parkda özünü dənizə atıb.

arrow Ətraflı
Şimali Koreya yenə qanadlı raket buraxdı like
  • 02 Sen 11:21  
Dünya Şimali Koreya yenə qanadlı raket buraxdı

Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.

arrow Ətraflı
Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq like
  • 02 Sen 11:14  
Digərləri Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq

Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəx

arrow Ətraflı
Kamaləddin Qafarov: “Antimilli qüvvələrin məğlubiyyəti labüd idi” like
  • 02 Sen 11:00  
Siyasət Kamaləddin Qafarov: “Antimilli qüvvələrin məğlubiyyəti labüd idi”

"32 il bundan öncə, 1991-ci il avqustun 30 -da  Ali Sovetin növbədənk

arrow Ətraflı
Rusiyanın kosmik gəmisi Ayın səthini zədələdi like
  • 02 Sen 10:49  
Dünya Rusiyanın kosmik gəmisi Ayın səthini zədələdi

Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib.

arrow Ətraflı
Regionlarda yaşayan vətəndaşlar KREDİT almaqda çətinlik çəkir like
  • 02 Sen 10:38  
Digərləri Regionlarda yaşayan vətəndaşlar KREDİT almaqda çətinlik çəkir

Regionlarda yaşayan vətəndaşlarımız banklardan krediti çətinliklə alır

arrow Ətraflı