Kamaləddin Qafarov: “Antimilli qüvvələrin məğlubiyyəti labüd idi”
Siyasət 02 Sen 2023 11:00:00 369 0
"32 il bundan öncə, 1991-ci il avqustun 30 -da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd -"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi." Bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: Prezident bu quruma 20 milyon manat ayırdı
Deputat bildirib: "Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilmiş Naxçıvan Ali Məclisinin iclasında Ulu Öndərin təşəbbüsü ilə muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul olundu. Həmçinin analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, bütün SSRİ-nin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərlərinin də günahkar olduqlarını qeyd etdi."
K.Qafarov Naxçıvanda həyata keçirilən demokratik tədbirlərin bütün Azərbaycana nümunə olduğunu vurğulayaraq deyib: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi. Bu təhlildə böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəbləri göstərildi, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurlar qeyd olundu və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyi vurğulandı. Xalq öz dahi liderinin çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, həmin dövrdə ağır blokada vəziyyətində olan Naxçıvanın müdafiəsi və sonrakı inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən dərhal sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Birmənalı olaraq demək lazımdır ki, məhz Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı".
Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib.
Regionlarda yaşayan vətəndaşlarımız banklardan krediti çətinliklə alır
Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə nazir
"TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüy�
İstanbula gedən aparıcı Aytən Səfərovanın hava limanında başına iş g
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Toyda cütlük arasında qəribə hərəkət baş verib. Son.az xəbər verir
İsrailin bəzi kəşfiyyat mənbələri İranda yeni ali dini liderin seçilmə
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən
Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə
Araikin özü kimi tərbiyə etdiyi, onunla eyni mövqedən çıxış edən Samv
Aparıcı Rəqsanə İmir çalışdığı "Space" televiziyasında yen
Beynəlxalq bioloqlar qrupu 930 ilə 813 000 illər əvvəl olan dövr aralığ�
Monteneqronun Brezna kəndində ən çox yatmaq yarışması keçirilir.
Argentinalı model və aktrisa Silvina Luna 43 yaşında uğursuz plastik əməl