Xameneinin yerinə kim gəlir?
Digərləri 02 Sen 2023 10:05:00 291 0
İsrailin bəzi kəşfiyyat mənbələri İranda yeni ali dini liderin seçilməsi prosesinin başladığı ilə bağlı məlumat yayıb. Hazırkı prezidenti - İbrahim Rəisini Xameneini əvəz edə biləcək şəxs olaraq təqdim ediblər.
Bu xəbəri də oxu: Paşinyan Köçəryan və Sərkisyanı hədələdi
Son.az xəbər verir ki, bu sözləri axar.az-a tanınmış güneyli fəal və jurnalist Əli Süleymani deyib.
O bildirib ki, Rəisinin Xameneidən sonra ali rəhbər olması ehtimalı mümkün görünmür:
"Belə şayiələr çox yayılıb. Hətta İranın daxilində də Rəisi ilə bağlı bu cür söhbətlər gəzir. İndiki halda bu, qeyri-mümkün görünür. Çünki Rəsinin prezident olduğu dönəm İran üçün çox ağır dövr oldu. Ölkənin iqtisadi-siyasi vəziyyəti çətin durumdadır. Narazı əhalinin sayı artır. Təqaüdçülər tez-tez etiraz aksiyaları keçirir. Eyni vəziyyət müəllimlər, dövlət işçiləri üçün də keçərlidir. İranda narkotik maddələr almaq çörək almaqdan daha asandır. Yəni narkotika almaq üçün bir telefon zəngi kifayət edirsə, çörək əldə etmək üçün Tehran kimi şəhərdə saatlarla növbəyə durmalı olursan. Odur ki, belə vəziyyətə düşən İran cəmiyyəti Rəisinin dini rəhbər olmasına razı olmaz".
O, ali rəhbər seçilmək üçün müəyyən şərtlərin olduğunu vurğulayıb:
"İran qanunlarına görə, Ali dini rəhbəri seçmək Seçilmişlər Məclisinin (Xobreqan Məclisi) səlahiyyətindədir. Yüksək rütbəli ruhanilərin qərarı əsasında ölkənin dini rəhbəri müəyyənləşir. Rəhbər olacaq şəxsin "müctehid" titulunu daşıması əsas şərtdir. Bu, dində ən yüksək mərtəbə hesab olunur. Rəisinin belə bir titulu yoxdur. Ümumiyyətlə, perspektivdə də olma ehtimalı azdır. Çünki bisavad adamdır, 6 sinif bitirib, dini təhsili yoxdur, hətta Quranı düzgün tələffüzlə oxumur. Odur ki, bu şəxsin deyildiyi kimi Xameneini əvəz etməsi real görünmür".
Əli Süleymaninin sözlərinə görə, Xameneini əvəz edəcək şəxslə bağlı Amerika ilə razılaşdırılma mərhələsi başlayıb:
"Amerika və İranın məhbusların azad edilməsi ilə bağlı anlaşma əldə etdikləri hazırki dönəmdə gələcək dini lider mövzusunda da razılaşmalar aparırlar. Bəzi mənbələrin yazdığına görə, bu posta Xameneinin oğlu Müctəba Xamenei təklif olunub. Hazırda Xameneinin oğlunun güclü təbliğatı aparılır. Hətta o seçilsin deyə, ABŞ ilə xüsusi anlaşmaya getmək fikrindədirlər. Açıq şəkildə deyirlər ki, ərəblər vəliəhd məsələsində Amerika ilə anlaşır, biz niyə razılığa gəlməyək?"
Son.az
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən
Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə
Araikin özü kimi tərbiyə etdiyi, onunla eyni mövqedən çıxış edən Samv
Aparıcı Rəqsanə İmir çalışdığı "Space" televiziyasında yen
Beynəlxalq bioloqlar qrupu 930 ilə 813 000 illər əvvəl olan dövr aralığ�
Monteneqronun Brezna kəndində ən çox yatmaq yarışması keçirilir.
Argentinalı model və aktrisa Silvina Luna 43 yaşında uğursuz plastik əməl
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan
Rusiya-Çin tərəfdaşlığı İkinci Dünya müharibəsindən sonra ən ciddi
Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Həmid parkda əvvəllər tan�
Dünyaca məşhur müğənni Selin Dionun bacısı onun səhhətindən danışı
ABŞ-ın Nebraska ştatında fermer "Vatussi" cinsindən olan 700 kilo
Xalq artisti Miri Yusif sosial şəbəkədə yeni fotolarını paylaşıb.