Rayonlarda polis postları qurulub? DİNdən CAVAB
Digərləri 03 Fev 2025 20:31:00 61 0
İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.
Bu xəbəri də oxu: Nadir Quliyevə vəzifə verildi
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Sərhəd-Sipər" şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.
Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır.
XXX
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
Suriya prezidenti Əhməd əl-Şəraa fevralın 4-də Türkiyəyə rəsmi səfə
Tayvanlı aktrisa Barbie Xu qripə yoluxduqdan sonra 49 yaşında vəfat edib.
Müştərilərin bankdan götürdükləri kreditlə bağlı bəzən problemlər
Stavropoldan olan erməni həkimi Olga azərbaycanlı xəstələrinin uşaqları
Türkiyənin Kahramanmaraş şəhərində küçədə gedərkən gənc qız bir k
"Çiftlik Bank" adı ilə tanınan piramida sxeminin qurucuları oldu�
"Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar" serialı hər bölümü
Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam ko
ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın 18-də təqdim edilən "O
Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkə
"Modelimiz, gözəl xanım, "arıqça" xanım haqqımda bilib - b
"Rusiya ölkə Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arası
Müğənni Vəfa Şərifova "Gün ortası" verilişində duyğusal anl
Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən k