Hələ ki, heç bir danışıqlar yoxdur
Digərləri 02 Sen 2023 12:17:00 337 0
Artıq biz 5 gündür ki, müvafiq işçi heyəti ilə buradayıq.
Bu xəbəri də oxu: Bağlı qapı arxasında qalan azyaşlı belə xilas edildi
Bunu Trend-in Qarabağ bürosuna AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev açıqlamasında bildirib.
O, artıq 5 gündür müvafiq işçi heyəti ilə Ağdam-Xankəndi yolunda gözlədiklərini vurğulayıb.
"Hamı üçün bəllidir ki, gətirdiyimiz 40 ton un məmulatı olan iki TIR-la burada gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, giriş izni alınana kimi bu və ya digər şəkildə bu iki yük maşınında olan ərzaq yükünü, daha dəqiq desək 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ ki, heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlayacaqlar. Hazırda cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndidə olan erməni sakinlərə çatdırına kimi, biz burada qalacağıq, işimizi davam etdirəcəyik", - deyə Ceyhun Mirzəyev əlavə edib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçı
Vahid məktəbli forması tətbiq olunur, ancaq nə qiyməti vahiddir, nə də k
ABŞ Müdafiə Nazirliyi Şərqi Avropada dislokasiya olunmuş 4000-ə yaxın h�
Azərbaycanlı məşhur fotoqraf Həmid Həmidli həyat yoldaşı blogger Aytən
Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin
Bakıda keçmiş məhkum Dənizkənarı Milli Parkda özünü dənizə atıb.
Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.
Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəx
"32 il bundan öncə, 1991-ci il avqustun 30 -da Ali Sovetin növbədənk
Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib.
Regionlarda yaşayan vətəndaşlarımız banklardan krediti çətinliklə alır
Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə nazir
"TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüy�
İstanbula gedən aparıcı Aytən Səfərovanın hava limanında başına iş g
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli