“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər”


Kriminal 02 Sen 2023 13:43:00 414 0

“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər”

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Müdafiə tərəfinin vəkilləri vəsatət qaldıraraq müvəkkillərinin ev dustaqlığına buraxılmalarını xahiş ediblər. Vəsatət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxslər öz epizodları üzrə dövlətə dəymiş ziyanı tam ödəyiblər. Bundan başqa, müttəhimlərin bəlli bir yaşayış yerləri var, həmçinin istintaqın gedişinə mane olmaq fikirləri yoxdur.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsinin əleyhinə olub. Prokuror etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslər iştirakçılıqla xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilirlər. Hazırki vaxta qədər isə iş üzrə dövlətə dəymiş ziyan tam ödənilməyib.

Yaddaş üçün deyək ki, polkovniklərlə birgə Müdafiə Nazirliyinin maliyyə idarəsinin sabiq rəisi general Nizami Məmmədov da həbs edilib. Gələn həftə onun məhkəməsi başlayacaq. Bu günə kimi ümumilikdə iş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.

Məhkəmə vəsatətləri təmin etməyərək təqsirləndirilən şəxslərin həbsdə mühakimə edilməsinə qərar verib.

İş materiallarında yazılıb ki, ittiham olunan şəxslər Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.

Təqsirləndirilən polkovnik Məlikməmməd Qurbanovun vəkili Ceyhun Məmmədov bu məsələyə də münasibət bildirib: "İttihamda deyilir ki, müvəkkilim digərləri ilə əlbir olub sabiq baş qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə ifadəsi alınıb".

Məhkəmə hazırlıq iclasının predmetinə daxil olmadığı üçün məsələyə münasibət bildirməyib.

İş üzrə baxış iclası sentyabrın 15-ə təyin edilib.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. 

"Samirəni Lökbatanda kirayə tutduğum evə aparıb..."  14 yaşlı qızdan like
  • 02 Sen 13:32  
Kriminal "Samirəni Lökbatanda kirayə tutduğum evə aparıb..." 14 yaşlı qızdan

Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Əfsər yetkinlik yaşı

arrow Ətraflı
"Zaur Kamal məndən 1000 manat istəyir" like
  • 02 Sen 13:21  
Şou-biznes "Zaur Kamal məndən 1000 manat istəyir"

Model Səmra Hüseynova aparıcı Zaur Kamal ilə bağlı iddia ortaya atıb.

arrow Ətraflı
Dövlətə vurduğu zərərin 40 mln. manatını ödəyən generalın məhkəməsinin vaxtı bilindi like
  • 02 Sen 13:17  
Kriminal Dövlətə vurduğu zərərin 40 mln. manatını ödəyən generalın məhkəməsinin vaxtı bilindi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İd

arrow Ətraflı
Qubada narkotiklərlə bağlı 46 nəfər saxlanıldı like
  • 02 Sen 13:10  
Kriminal Qubada narkotiklərlə bağlı 46 nəfər saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının son 3 ayda narkotiklərlə ba�

arrow Ətraflı
Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək like
  • 02 Sen 13:01  
Dünya Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyəti

arrow Ətraflı
Bakıda iməclik keçirildi like
  • 02 Sen 12:51  
Digərləri Bakıda iməclik keçirildi

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın mərkəz ərazisində və qəsəbə

arrow Ətraflı
ABŞ ilk dəfə uranlı mərmiləri Kiyevə göndərir like
  • 02 Sen 12:49  
Dünya ABŞ ilk dəfə uranlı mərmiləri Kiyevə göndərir

ABŞ administrasiyası gələn həftə açıqlanacağı gözlənilən Kiyevə h�

arrow Ətraflı
Ermənilər yeni müharibə istəyir? like
  • 02 Sen 12:44  
Siyasət Ermənilər yeni müharibə istəyir?

Dünən Ermənistanın Silahlı Qüvvələri şərti dövlət sərhədində ordu

arrow Ətraflı
Bazar günü yağış yağacaq like
  • 02 Sen 12:39  
Digərləri Bazar günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyiş

arrow Ətraflı
"Türk çörəyi"nə "naz"ın pərdəarxası  Dərdləri aclıq like
  • 02 Sen 12:38  
Siyasət "Türk çörəyi"nə "naz"ın pərdəarxası Dərdləri aclıq

Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın gön

arrow Ətraflı
Paşinyanın açıqlaması sülh prosesinə ciddi zərbədir  XİN like
  • 02 Sen 12:34  
Siyasət Paşinyanın açıqlaması sülh prosesinə ciddi zərbədir XİN

Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbay

arrow Ətraflı
94 yaşlı məşhur milyarder vəfat etdi like
  • 02 Sen 12:27  
Şou-biznes 94 yaşlı məşhur milyarder vəfat etdi

Misirli milyarder Məhəmməd Əl-Fayed vəfat edib.

arrow Ətraflı
Hələ ki, heç bir danışıqlar yoxdur like
  • 02 Sen 12:17  
Digərləri Hələ ki, heç bir danışıqlar yoxdur

Artıq biz 5 gündür ki, müvafiq işçi heyəti ilə buradayıq.

arrow Ətraflı
“Biz Birlikdə Güclüyük!”  Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi like
  • 02 Sen 12:16  
Şou-biznes “Biz Birlikdə Güclüyük!” Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçı

arrow Ətraflı