Dövlətə vurduğu zərərin 40 mln. manatını ödəyən generalın məhkəməsinin vaxtı bilindi
Kriminal 02 Sen 2023 13:17:00 411 0
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan Vüsal Əlizadə, Cəlal Kazımov və Bayram Bayramovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Bu xəbəri də oxu: Heydər Əliyev Sarayında Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
Son.az Trend-ə istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
Fikrət Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.
Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Cinayət işi üzrə dövlətə dəymiş ziyanın ilk olaraq 80 milyon manata yaxın olduğu açıqlanmışdı.
Nizami Məmmədovun vəklili mətbuata açıqlamasında iş üzrə dəyən zərərin 40 milyon manat təşkil edən hissəsinin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini bildirib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının son 3 ayda narkotiklərlə ba�
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyəti
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın mərkəz ərazisində və qəsəbə
ABŞ administrasiyası gələn həftə açıqlanacağı gözlənilən Kiyevə h�
Dünən Ermənistanın Silahlı Qüvvələri şərti dövlət sərhədində ordu
Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyiş
Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın gön
Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbay
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərini
Artıq biz 5 gündür ki, müvafiq işçi heyəti ilə buradayıq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçı
Vahid məktəbli forması tətbiq olunur, ancaq nə qiyməti vahiddir, nə də k
ABŞ Müdafiə Nazirliyi Şərqi Avropada dislokasiya olunmuş 4000-ə yaxın h�
Azərbaycanlı məşhur fotoqraf Həmid Həmidli həyat yoldaşı blogger Aytən