"Çarə arayışı" davam edir Yeni təyinat


Siyasət 01 Sen 2023 15:02:00 421 0

"Çarə arayışı" davam edir  Yeni təyinat

Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan "istefa" verib. "Qarabağlı ermənilərin taleyi həll olunacaq" kimi ənənəvi çıxışları ilə yadda qalan Araik bu barədə özünün "Facebook" hesabında məlumat verib. O, özü ilə bərabər Qurqen Nersisyanı da istefaya göndərib. Arutyunyan bu yekun qərarı iki gün əvvəl verdiyini qeyd edib. Onu qondarma "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyan əvəzləyəcək.

Araikin yerinə Vardanyanın gətiriləcəyi düşünülsə də, onun yerinə Şahramanyan təyin olundu. Bu "təyinat"ı müxtəlif səbəblərlə əlaqələndirmək olar. Son günlər Laçın və Ağdam yolları ətrafında yaranan vəziyyət bu "dəyişikliyə" gətirib çıxarıb. Görünür dalana dirənən Araik "istefa"sı ilə məsuliyyəti boynundan atmağa çalışıb. Ona məsuliyyətdən boynun qaçırmaqdan başqa çarə qalmır. Ona edilən təzyiqlərə dözə bilməyən Araik problemlərin həllini tapa bilmədiyi üçün çıxış yolu kimi "istefa"nı seçib.

Onun "istefa"sı gözlənilən idi və bunu hətta erməni politoloqlar da qeyd edir. Qarik Keryan Araikin "istefa"sına münasibət bildirərkən "Arutyunyan çox tənbəl idi" söyləyib.

Samvel Şahramanyanın "təyinat"ı ilə bağlı gözləntilər çox olsa da, qarşısında iki seçim dayanır. Hər iki variantda separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Belə ki, o, Arutyunyanın təxribatçı siyasətini davam etdirə də bilər, Bakı ilə dialoqa razılaşa da...

"Milli təhlükəsizlik xidməti"nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olan Samvel Şahramanyan 2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın "sədri" təyin edilib. O, 29 may 2020-ci il tarixdə qondarma sərəncamla "general-mayor" olub.

Şahramanyanın yeni "vəzifə" yə gətirilməsinə səbəb kimi martın 1-də Xocalı görüşündə iştirak etmiş Şahramanyanın timsalında separatçıları erməni əhalisinin "təmsilçisi" olaraq qəbul etdirmək istəyi kimi də düşünmək olar.

Bu "dəyişiklik" separatçıların vəziyyətdən çıxış yolu axtardığını göstərir. Lakin, bu qərar separatçılar içində daxili xaosun qarşısını ala bilməyəcək, vəziyyəti daha da gərginləşdirəcək. Aydın məsələdir ki, bu kimi proseslər danışıqlar prosesini mümkün qədər uzatmağa hesablanıb. Lakin, Qarabağlı ermənilər unutmamalıdırlar ki, onların reinteqrasiyadan başqa çıxış yolu qalmayıb.

Bəxtiyar Umarlı Son.az

Neftçala sakini güllələndi like
  • 01 Sen 14:56  
Kriminal Neftçala sakini güllələndi

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sak

arrow Ətraflı
Ağdam yolundan istifadə təchizat üçün davamlı həllin bir hissəsi ola bilər like
  • 01 Sen 14:48  
Siyasət Ağdam yolundan istifadə təchizat üçün davamlı həllin bir hissəsi ola bilər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azər

arrow Ətraflı
Separatçılar Ağdam  Xankəndi yolunu bağladı  VİDEO like
  • 01 Sen 14:44  
Digərləri Separatçılar Ağdam Xankəndi yolunu bağladı VİDEO

Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (

arrow Ətraflı
Müdafiə Nazirliyindən növbəti MƏLUMAT like
  • 01 Sen 14:36  
Digərləri Müdafiə Nazirliyindən növbəti MƏLUMAT

Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə y

arrow Ətraflı
QAİ Ermənistan ordusunun Kəlbəcər istiqamətində təxribatını pisləyir like
  • 01 Sen 14:33  
Digərləri QAİ Ermənistan ordusunun Kəlbəcər istiqamətində təxribatını pisləyir

Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən G�

arrow Ətraflı
Əksər ölkələr "TikTok"dan imtina edir  Azərbaycanda niyə fəaliyyəti genişlənir – like
  • 01 Sen 14:32  
Digərləri Əksər ölkələr "TikTok"dan imtina edir Azərbaycanda niyə fəaliyyəti genişlənir –

Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnf

arrow Ətraflı
BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşüb like
  • 01 Sen 14:27  
Digərləri BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşüb

30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənd

arrow Ətraflı
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib  FOTO like
  • 01 Sen 14:20  
Digərləri Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib FOTO

​Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyy

arrow Ətraflı
Rusiyada yıxıldı, Azərbaycanda öldü like
  • 01 Sen 14:20  
Digərləri Rusiyada yıxıldı, Azərbaycanda öldü

Rusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.

arrow Ətraflı
Mikrofonu pərəstişkarının başına çırpdı like
  • 01 Sen 13:43  
Şou-biznes Mikrofonu pərəstişkarının başına çırpdı

Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı

arrow Ətraflı
Rusiya 19 il əvvəl terror aktı törədən şəxsi müəyyən etdi like
  • 01 Sen 13:32  
Dünya Rusiya 19 il əvvəl terror aktı törədən şəxsi müəyyən etdi

Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən nam

arrow Ətraflı
“WhatsApp”da yenilik olacaq like
  • 01 Sen 13:21  
Digərləri “WhatsApp”da yenilik olacaq

"WhatsApp" yeni e-poçt doğrulama funksiyasını test edir.

arrow Ətraflı
Ərəblər Azərbaycana niyə az gəlir? like
  • 01 Sen 13:10  
Digərləri Ərəblər Azərbaycana niyə az gəlir?

Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə

arrow Ətraflı
İşbazlar qonorarların yığılması qaydasından suiistifadə edirlər like
  • 01 Sen 13:07  
Kriminal İşbazlar qonorarların yığılması qaydasından suiistifadə edirlər

Qonorarların yığılmasından işbazlar, qeyri peşəkarlar sui-istifadə edir

arrow Ətraflı