QAİ Ermənistan ordusunun Kəlbəcər istiqamətində təxribatını pisləyir
Digərləri 01 Sen 2023 14:33:00 392 0
Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 4 nəfər azərbaycanlı hərbi qulluqçu yaralanıb. Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayır və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edir.
Bu xəbəri də oxu: Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək
Son.az-ın məlumatına görə, bu barədə İcmanın bəyanatında deyilir.
Qeyd edilib ki, Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcması üçün əlavə həssaslıq doğurur.
Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə mahalının azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidlərini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır.
Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir.
Qərbi Azərbaycan İcması dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnf
30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənd
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyy
Ötən gün Xalq artisti Tamilla Ağamirovanın anım günü olub.
Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı
Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən nam
Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə
Qonorarların yığılmasından işbazlar, qeyri peşəkarlar sui-istifadə edir
"Qazprom Mejregionqaz Moskva" şirkəti rusiyalı məşhur müğənni
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod ist
Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını ala
ABŞ-ın Florida ştatında gənc ailənin başına dəhşətli hadisə gəlib.