Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib FOTO
Digərləri 01 Sen 2023 14:20:00 370 0
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərintəsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakıobyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Bu xəbəri də oxu: Taleh Kazımov: Üzən məzənnəyə keçmək...
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb. Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.
Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş edirililib.
Müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edildi.
Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun,Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğuməsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırıldı. Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanıması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verildi.
Eyni zamanda sabah, sentyabrln 2-də paytaxtda daxili iməcliyin keçirilməsi qərara alındı.
Ötən gün Xalq artisti Tamilla Ağamirovanın anım günü olub.
Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı
Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən nam
Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə
Qonorarların yığılmasından işbazlar, qeyri peşəkarlar sui-istifadə edir
"Qazprom Mejregionqaz Moskva" şirkəti rusiyalı məşhur müğənni
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod ist
Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını ala
ABŞ-ın Florida ştatında gənc ailənin başına dəhşətli hadisə gəlib.
Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqam�
Bu gün - 1 sentyabr Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) 28 yaşın
Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvəl�
Azərbaycanda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.