NATO Rusiyaya zərbə endirə bilər? Hərbi ekspert
Siyasət 28 Dek 2024 21:23:00 64 0
"Rusiya ilə NATO arasında səhnə arxasında soyuq savaş dərinləşir. Onlar arasında birbaşa toqquşma baş verəcəyi təqdirdə isə ilk zərbəni NATO endirəcək". Son.az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukrayna müharibəsi çərçivəsində birbaşa NATO Rusiya qarşıdurması ehtimalından danışarkən deyib.
Bu xəbəri də oxu: Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir
İbrahim Rüstəmlinin fikrincə, Rusiya NATO qarşıdurması ilə bağlı bütün proqnozlar ehtimallar üzərində qurulub və bu ehtimallar hələ ki, reallığı əks etdirmir:
"Amma Rusiya -NATO qarşıdurması hansısa formada artıq mövcuddur. NATO-nu təmsil edən dövlətlər tərəfindən milyardlarla vəsait, silah-sursat Ukraynaya verilir. Müharibədə Ukraynanı dəstəkləmək dolayısı ilə elə Rusiyaya qarşı döyüşmək deməkdir. Burada da məqsəd Rusiyanın bütün resurslarını tükəndirmək, tərksilah etməkdən ibarətdir. Onlar bununla Rusiyanı güc mərkəzi olaraq sıradan çıxarmağa çalışırlar. Qərb ekspertləri qarşıdurma baş verərsə, ilk zərbəni özlərinin endirməli olduqlarını bəyan edirlər. Bununla mesaj verirlər ki, NATO-ya qarşı hərbi təcavüz barədə düşünəcəyi təqdirdə, əlbəttə Kreml bu barədə düşünür, ilk zərbəyə məhz Rusiyanın özü tuş gələcək. Onlar müharibəni uzadıb, Rusiyanın resurslarını tükəndirib, onu diz çökdürməyə çalışırlar".
Ekspert indilikdə müharibənin birbaşa NATO - Rusiya qarşıdurmasına çevriləcəyinə inanmır:
"Bu barədə səslənən məlumatlar hələlik informasiya, soyuq müharibə cəbhəsində baş verir. Amma qarşıdakı dövrdə daha ciddi müharibənin başlanmasına zəmin verən faktlar da var. Hələliksə kartlar tam açılmayıb. NATO ilk zərbəni özü vuracağı məsələsini artıq müzakirə müstəvisinə çıxarıb. Yəni qarşıdurma olacaqsa, ilk zərbə NATO-dan gələcək".
Qeyd edək ki, Rusiya ilə NATO arasında müharibə ehtimalı hazırda Qərbdə də müzakirə olunur. "Bild" nəşrinin məlumatına görə, dekabrın ortalarında Brüsseldə təhlükəsizlik ekspertləri ilə görüşdə baş katib Mark Rutte Rusiyanın artıq Şimali Atlantika Alyansı ilə gizli deyil, açıq qarşıdurma ilə məşğul olduğunu deyib.
Rusiyanın aqressiv hərəkətləri hələlik kiberhücumlar, seçkilərə müdaxilə və Alyans ölkələrinin sərhədlərində sabitliyin pozulması ilə məhdudlaşır. Amma tez-tez NATO-nun hərbi rəhbərliyinin nümayəndələri birbaşa qarşıdurma haqqında danışırlar. Eyni zamanda, yüksək dəqiqlikli bombardman da daxil olmaqla, qabaqcıl zərbə endirmə ehtimalı NATO tərəfindən inkar edilmir. Məsələn, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer "biz ilk növbədə zərbə endirməliyik" deyə bildirib.
Polşalı general Tomaş Piotrovski isə etiraf edib ki, münaqişə Rusiya və ya Belarusun Polşa ilə sərhədi raket və ya şarlarla pozması, hətta kiberhücumla başlaya bilər ki, bunun da nəticəsi "fəlakətli olacaq".
"Bild" nəşri Rusiya və NATO arasında döyüşlər üçün ən çox ehtimal olunan yer kimi Belarus və Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizini göstərir. /Qaynarinfo
Bal ayına başlayandan bir neçə saat sonra bank onun kartını bloklayanda qa
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
Yüksək qan təzyiqi olan insanlar həkim nəzarəti altında təzyiq dərmanla
ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə Ukraynaya 1,25 m
Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan
28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının və Rusiya Federa
24 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenl
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nə
Yaponiyanın məşhur avtomobil istehsalçısı Suzuki Motor Corporation-a 40 il
Canan Karatay həm beyinə, həm də bağırsaqlara inanılmaz faydası olan bu
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın "31 dek