Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir
Siyasət 28 Dek 2024 16:28:00 67 0
İkitərəfli danışıqlar yolu ilə normallaşma istiqamətində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir.
Bu xəbəri də oxu: Azərbaycan Ermənistan arasında sülh prosesinin irəlilədilməsi regiondakı siyasətimizin əsas istiqamətlərindən biridir XİN
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
Bildirilib ki, bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda öz aktuallığını itirmiş, fəaliyyətini başa vurmuş və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir.
"Regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkil edilməsindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib", - deyə vurğulanıb.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin dipl
Şəkəri həyatınızdan çıxarmaq yuxu keyfiyyətini artırır, daha rahat ya
Mahaçqalada yataqxanada yanğın baş verib.
Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafikl
Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üç�
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vəd
Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəz
30 dekabr 2024 - 5 yanvar 2025-ci tarixləri olan qeyri-iş günlərində bankla
Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hər
Həyat yoldaşını qətlə yetirən ərin məhkəmə prosesi başlayıb.
Tiktoker "Melika"nın evindən 210 min manat oğurlanıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrı
Bakı sakinləri AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsinin pilotu Aleks
Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanm
Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirə