Qazaxıstanlı hərbçi təyyarə qəzasından sonra insanları necə xilas etdi?
Digərləri 28 Dek 2024 15:50:00 65 0
Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatlarını bölüşüb.
Bu xəbəri də oxu: 24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək
Son.az xəbər verir ki, aviasiya bazası Aktauda yerləşir. 30153 saylı hərbi hissənin müqaviləli xidmətdə olan hərbçisi Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olub.
Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən kimi zərərçəkənlərə kömək etmək üçün dərhal qəza yerinə gedib.
"Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib qəza yerinə getdim. Əvvəlcə düşündüm ki, bu, içərisində təxminən 10 nəfərin olduğu kiçik təyyarədir. Amma məlum oldu ki, insanların sayı daha çoxdur. Mən sarsılmışdım", - Botaqarin bildirib.
Hərbçinin sözlərinə görə, o, təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başlayıb.
"İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm", - o bildirib.
Botaqarinin fikrincə, bu, təkcə onun hərbi deyil, həm də vətəndaşlıq borcu idi.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb./"report"
Həyat yoldaşını qətlə yetirən ərin məhkəmə prosesi başlayıb.
Tiktoker "Melika"nın evindən 210 min manat oğurlanıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrı
Bakı sakinləri AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsinin pilotu Aleks
Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanm
Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirə
Arizona Universitetinin professoru Vişnu Reddi Yer kürəsinin ətrafında fır
Ürək sağlamlığını qorumaq sağlam həyat sürmək üçün mühüm əhəmi
Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti il
Ötən gün səhər saatlarında "Xəzər" televiziyasının çəkili�
Prezident İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında "Konstit
Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər ləğv edilib.
Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alın
Nigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplara qarşı