Tokayev və Putin Aktauda qəzaya uğrayan təyyarənin vəziyyətinin araşdırılmasını müzakirə edib


Siyasət 28 Dek 2024 20:12:00 135 0

Tokayev və Putin Aktauda qəzaya uğrayan təyyarənin vəziyyətinin araşdırılmasını müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı başsağlığı veriblər.

"Tərəflər təyyarənin qəzaya uğrama şəraitinin araşdırılması istiqamətində görülən işləri müzakirə ediblər. Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan Respublikasında yaradılmış Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssisləri cəlb etməklə araşdırmaları davam etdirir.

Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar", - məlumatda vurğulanıb.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Avtobus marşrutları müsabiqəyə çıxarılır like
  • 28 Dek 20:07  
Digərləri Avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nə

arrow Ətraflı
Dünyanın ən xəsis iş adamı öldü like
  • 28 Dek 19:59  
Dünya Dünyanın ən xəsis iş adamı öldü

Yaponiyanın məşhur avtomobil istehsalçısı Suzuki Motor Corporation-a 40 il

arrow Ətraflı
Canan Karatay sağlamlığı üçün 12 il ərzində etdiyi SİRRİ açdı like
  • 28 Dek 19:50  
Digərləri Canan Karatay sağlamlığı üçün 12 il ərzində etdiyi SİRRİ açdı

Canan Karatay həm beyinə, həm də bağırsaqlara inanılmaz faydası olan bu

arrow Ətraflı
Keçmiş baş nazir Ukrayna filmində  Siyasətdən komediyaya like
  • 28 Dek 19:46  
Dünya Keçmiş baş nazir Ukrayna filmində Siyasətdən komediyaya

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın "31 dek

arrow Ətraflı
Mixail Şvıdkoy Prezident İlham Əliyevə başsağlığı verib like
  • 28 Dek 19:45  
Siyasət Mixail Şvıdkoy Prezident İlham Əliyevə başsağlığı verib

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə x�

arrow Ətraflı
Psixiatr "qəfil ölüm səbəbi" dedi: Məlum oldu ki, ən şirin zəhərdir like
  • 28 Dek 19:39  
Digərləri Psixiatr "qəfil ölüm səbəbi" dedi: Məlum oldu ki, ən şirin zəhərdir

Şokoladdakı teobromin sinir və ürək-damar sisteminə təsir edir. Həddind�

arrow Ətraflı
Şəhid polkovnik İlqar Mirzəyevin oğlunun toyudur like
  • 28 Dek 19:32  
Digərləri Şəhid polkovnik İlqar Mirzəyevin oğlunun toyudur

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu El

arrow Ətraflı
Paşinyan sağaldı like
  • 28 Dek 19:30  
Digərləri Paşinyan sağaldı

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağaldığını bildi

arrow Ətraflı
Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib like
  • 28 Dek 19:22  
Digərləri Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib

Xankəndi şəhərinin Zəfər meydanında 31 dekabr - Dünya Azərbaycanlılar�

arrow Ətraflı
TEMUdan alışveriş edən milyonlarla insan təhlükədədir!  Mütəxəsisslər xəbərdarlıq etdi like
  • 28 Dek 18:54  
Digərləri TEMUdan alışveriş edən milyonlarla insan təhlükədədir! Mütəxəsisslər xəbərdarlıq etdi

Seul Bələdiyyəsi tərəfindən aparılan geniş tədqiqatlar nəticəsində,

arrow Ətraflı
Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verib like
  • 28 Dek 18:40  
Siyasət Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verib

Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Preziden

arrow Ətraflı
Baş nazir Rusiya qorxusuna görə qida yığmağa başladı  Maraqlı etiraf like
  • 28 Dek 18:32  
Dünya Baş nazir Rusiya qorxusuna görə qida yığmağa başladı Maraqlı etiraf

Rusiya dəfələrlə NATO ölkələrinə hücum etməyəcəyini və belə bir ad

arrow Ətraflı
3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Azərbaycana gətirilir like
  • 28 Dek 18:31  
Digərləri 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Azərbaycana gətirilir

"Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak

arrow Ətraflı
Tox saxlayan qidalar arıqlamağa kömək edir like
  • 28 Dek 18:22  
Digərləri Tox saxlayan qidalar arıqlamağa kömək edir

Pəhriz saxlayarkən ən vacib şey ölçülü yeməkdir. Köhnə yemək vərdi�

arrow Ətraflı
Qəzaya uğrayan təyyarə Qazaxıstanın hava məkanından kənarda zədələnib  Kanat Bozumbayev like
  • 28 Dek 18:14  
Digərləri Qəzaya uğrayan təyyarə Qazaxıstanın hava məkanından kənarda zədələnib Kanat Bozumbayev

Ekspertlər hesab edir ki, qəzaya uğrayan təyyarə Qazaxıstanın hava məkan

arrow Ətraflı