Azərbaycan Ermənistan arasında sülh prosesinin irəlilədilməsi regiondakı siyasətimizin əsas istiqamətlərindən biridir XİN
Siyasət 28 Dek 2024 16:09:00 69 0
Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub.
Bu xəbəri də oxu: Prezident: Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fizikitexniki müdaxilə faktını təsbit edib
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
Qeyd edilib ki, ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.
"Azərbaycan Respublikasının xarici siyasətində ötən illərdə olduğu kimi qonşu dövlətlər ilə münasibətlərə xüsusi diqqət ayrılıb. 2024-cü ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana ali və yüksək səviyyədə səfərlər baş tutub. İl ərzində mövcud ikitərəfli və digər əməkdaşlıq formatları çərçivəsində görüşlərin keçirilməsi ölkəmizin regional əməkdaşlığa xüsusi əhəmiyyət verdiyinin göstəricisi olub.
Mövcud çağırışlara qarşı mübarizənin aparılması, eləcə də təhlükəsizliyin, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin 3 iyul tarixində Astanada Azərbaycan və Türkiyə Prezidentləri və Pakistan Baş naziri arasında üçtərəfli görüş, 15 mart tarixində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü, 18 oktyabr tarixində İstanbul şəhərində 3+3 regional əməkdaşlıq platformasının xarici işlər nazirlərinin iclası keçirilib", - deyə bildirilib.
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vəd
Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəz
30 dekabr 2024 - 5 yanvar 2025-ci tarixləri olan qeyri-iş günlərində bankla
Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hər
Həyat yoldaşını qətlə yetirən ərin məhkəmə prosesi başlayıb.
Tiktoker "Melika"nın evindən 210 min manat oğurlanıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrı
Bakı sakinləri AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsinin pilotu Aleks
Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanm
Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirə
Arizona Universitetinin professoru Vişnu Reddi Yer kürəsinin ətrafında fır
Ürək sağlamlığını qorumaq sağlam həyat sürmək üçün mühüm əhəmi
Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti il
Ötən gün səhər saatlarında "Xəzər" televiziyasının çəkili�
Prezident İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında "Konstit