Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib


Siyasət 01 Sen 2023 11:05:00 229 0

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Qardaş Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq. Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır.

Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.

Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.

Bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açmış, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafına güclü təkan vermişdir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətimizin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Ermənistan silahlı qüvvələri zərbə PUAsı tətbiq etdi  MN like
  • 01 Sen 10:56  
Digərləri Ermənistan silahlı qüvvələri zərbə PUAsı tətbiq etdi MN

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basark

arrow Ətraflı
DHA Qarabağda yaşayan ermənilərə göndərilən ərzaq yükünü işıqlandırdı like
  • 01 Sen 10:53  
Digərləri DHA Qarabağda yaşayan ermənilərə göndərilən ərzaq yükünü işıqlandırdı

Türkiyənin DHA xəbər agentliyi Azərbaycanın Qarabağda yaşayan erməni ə

arrow Ətraflı
Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı like
  • 01 Sen 10:49  
Digərləri Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yaz�

arrow Ətraflı
Bulvarda dənizə düşdü, qorxulu anlar yaşandı like
  • 01 Sen 10:38  
Digərləri Bulvarda dənizə düşdü, qorxulu anlar yaşandı

Bakıda dənizə düşən şəxs xilas edilib.

arrow Ətraflı
İranda daşqınlar 3 nəfərin həyatına son qoydu like
  • 01 Sen 10:27  
Digərləri İranda daşqınlar 3 nəfərin həyatına son qoydu

İranda daşqınlar 3 nəfərin ölümünə səbəb olub.

arrow Ətraflı
Bu gün Bakının bu rayonunda qaz olmayacaq like
  • 01 Sen 10:16  
Digərləri Bu gün Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Ermənistandan növbəti təxribat: "Hərbi qulluqçumuz yaralandı" like
  • 01 Sen 10:00  
Digərləri Ermənistandan növbəti təxribat: "Hərbi qulluqçumuz yaralandı"

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod ya�

arrow Ətraflı
Səbəb olmadan işdən çıxarılan Rövşanə: like
  • 01 Sen 09:54  
Şou-biznes Səbəb olmadan işdən çıxarılan Rövşanə:

Aparıcı Rövşanə Ağasəfqızının "Space" televiziyasındakı i�

arrow Ətraflı
Bu ölkədə son 31 ildə ilk dəfə donuz taunu aşkarlandı like
  • 01 Sen 09:43  
Dünya Bu ölkədə son 31 ildə ilk dəfə donuz taunu aşkarlandı

Yaponiya hakimiyyəti 1992-ci ildən bəri ilk dəfə olaraq ölkənin cənub-q�

arrow Ətraflı
Ticarət mərkəzinin yaxınlığında atışma, like
  • 01 Sen 09:32  
Dünya Ticarət mərkəzinin yaxınlığında atışma,

ABŞ-nin Texas ştatının Ostin şəhərində ticarət mərkəzinin yaxınlığ

arrow Ətraflı
İtkin düşən 15 yaşlı oğlanın tapıldığı yer hər kəsi şoka saldı like
  • 01 Sen 09:10  
Dünya İtkin düşən 15 yaşlı oğlanın tapıldığı yer hər kəsi şoka saldı

İtkin düşən 15 yaşlı oğlanın tapıldığı yer valideynləri daxil olmaq

arrow Ətraflı
Dilandan eşq iddialarına cavab  Onu heç tanımıram like
  • 01 Sen 09:00  
Şou-biznes Dilandan eşq iddialarına cavab Onu heç tanımıram

Türkiyəli aktrisa Dilan Çiçək Dəniz müğənni Oğuzhan Koçla eşq yaşam

arrow Ətraflı
Bezdirici Bakı tıxacları “istirahətdən qayıdır” like
  • 01 Sen 08:54  
Digərləri Bezdirici Bakı tıxacları “istirahətdən qayıdır”

Niyə paytaxt küçələrində bu problemi önləmək mümkünsüzdür?

arrow Ətraflı