Rusiya Qarabağdan çıxır, Türkiyə isə artıq Ermənistandadır
Digərləri 01 Sen 2023 09:21:00 353 0
Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur.
Bu xəbəri də oxu: “ACWA Power” Azərbaycan və Mərkəzi Asiyada bərpa olunan enerji layihələrini genişləndirmək istəyir Baş direktor
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi və ekspert Modest Kolerov deyib.
O bildirib ki, sülhməramlıların özləri Qarabağda "quş hüquqları" (müvəqqəti, köçməyə hazır - red.) ilə yerləşiblər. Onun fikrincə, buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır:
"Bakı təfərrüatlı mandat verməkdən imtina etdi. Bakının mandatı uzadacağına (2025-ci ildə - red.) isə əmin deyiləm".
O hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim sayılmayacaq:
"Əgər Ukraynada vəziyyət indi başa çatsa və Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı qəbul etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq.
Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?"
O iddia edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun uzun müddətdir mənası yoxdur, çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub:
"Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistanın qeyri-dost siyasi mühitindədir. O bazaların mövcudluğu artıq uzun müddətdir məntiqsizdir, Rusiyanın maraqlarını qorumur, əvəzində Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır".
Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır:
"İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, necə deyərlər, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya istiqamətlənmək istəyir. Beləliklə, Ermənistan NATO-da Türkiyənin müttəfiqi olacaq.
Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta Parisdə belə işləri qaydaya sala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə".
İtkin düşən 15 yaşlı oğlanın tapıldığı yer valideynləri daxil olmaq
Türkiyəli aktrisa Dilan Çiçək Dəniz müğənni Oğuzhan Koçla eşq yaşam
Niyə paytaxt küçələrində bu problemi önləmək mümkünsüzdür?
Rusiya 2020-ci ildən Kuril adalarına yerləşdirdiyi zenit-raket kompleksləri
Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan karvan 3 gündür Ağd
Nigerdə üsyançılar tərəfindən yaradılan keçid hökumətinin Daxili İş
Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləv
Bərdə rayonunda 1988-ci il təvəllüdlü Mübariz qısqanclıq zəminində h�
Tanınmış teleaparıcı, aktrisa Çinarə Əliyeva ilk dəfə atası barədə
Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda q�
"Məlum olduğu kimi, hazırda bəzi ölkələrdə dizel yanacağı ilə ba
Türkiyənin Divası Bülent Ersoy başdan ayağa yaşıl rəngə bürünüb.
Virtual yadplanetli influserlə müqavilə imzalandı
Müğənni Dilarə Kazımova yeni görüntüsünü paylaşıb.