Bezdirici Bakı tıxacları “istirahətdən qayıdır”


Digərləri 01 Sen 2023 08:54:00 323 0

Bezdirici Bakı tıxacları “istirahətdən qayıdır”

Niyə paytaxt küçələrində bu problemi önləmək mümkünsüzdür?

Yeni tədris ilinin başlamasına iki həftədən az müddət qalıb.  Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq artıb və daha çox küçədə tıxac müşahidə olunur. Ancaq tıxacları azaltmaq üçün hələlik tədbirlər görülməyib.

Qeyd edək ki, ötən ayın sonu baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib. İclasda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Tıxaclar adətən sentyabr ayının birinci yarısında başlayır. Dərs başlayan günlər tıxaclar pik həddə çatır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, ilk növbədə Bakıda həyata keçirilən nizamsız tikintilər tam nəzarətə götürülməlidir: "Bu gün hansı qurum Bakıda nə istəyir, onu da edir. Kim istəyir avtomobili yolunu zəbt edib orada çoxmərtəbəli bina tikir, kim istəyir piyada səkisini zəbt edir. Piyada səkilərində dırnaqarası velosiped yolları çəkilir. Bakı Nəqliyyat Agentliyi (BNA) ötən illər ərzində Bakıda təhlükəsizlik adaları adı ilə paytaxt küçələrində butulka effekti yaradan küçələrin daraldılmasını həyata keçirib. Bununla da daha çox tıxacların yaranmasına səbəb olub. Deməyim odur ki, istənilən qurumun, təşkilatın Bakıda tikinti, söküntü, qazma işlərini aparmasının qarşısı alınmalıdır, ciddi nəzarətə götürülməlidir ki, avtomobil yolları ilə bağlı belə hallar baş verməsin. Avtomobil yolları azaldıqca sıxlıq da olur, tıxaclar da yaranır. Biz ötən illər ərzində bununla bağlı BNA-ya fikrimizi bir vətəndaş kimi bildirmişdik. Lazımsız yerə paytaxtda avtomobil yollarını daraltmasınlar. Çünki butulka effekti olan yerdə, əlbəttə, tıxaclar olur. Buna baxmayaraq, onlar öz bildiklərini etdilər. Bu gün biz onun problemini yaşayırıq. Misal üçün, Bakıda Ağa Nemətullah küçəsi, Seyid əzim Şirvani küçəsində həyata keçirilən dırnaqarası yenidənqurma, təhlükəsizlik adaları sıxlığa, qəzalara da səbəb olurdu. Bundan sonra sakinlər narazılıq etdi və həmin o adalar da yenidən söküldü və həminki vəziyyətə qaytarıldı".

Qeyd etmək yerinə düşər ki, ötən tədris ilində yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənirdi. Vəziyyət o həddə çatmışdı ki, sıxlıq ucbatından metroya daxil ola bilməyənlər olmuşdu, hətta sıxlıq ucbatından halı pisləşənlər az deyildi. Bəs bu il Bakı Metropoliteni yeni tədris ilinə necə hazırlaşır?

Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı  müraciətlər daxil olur - Bəxtiyar Məmmədov

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Yeni Müsavat"a dedi ki, metropoliten pandemiya dövründən sonra tam həcmdə, normal iş şəraitində qrafikini aprel ayının 5-də tətbiq etməyə başlayıb: "Bu ilin sentyabr ayında təbii ki, böyük axını gözləyirik.  Ötən ilin sentyabrında pandemiyanın təsirləri müəyyən mənada var idi və "Bakı Metropoliteni" hərəkət qrafikini məhz sərnişin axını istiqamətini öyrənərək tətbiq etmişdi. Builki monitorinqlərimiz bir qədər fərqli istiqamətdə qurulub. Ümumiyyətlə, hazırda sərnişindaşıma xüsusi nəzarət altındadır. Avqust və sentyabr ayının ilk ongünlüyü "Bakı Metropoliteni"ndə dəyişən sərnişin axını müşahidə edilir. Birincisi, fəal istirahət dövrünün başa çatması, müəssisələrdə iş rejimi tam işçi heyəti ilə olur ki, bütün bu məlumatları toplayırıq, gündəlik işimizi bunun üzərində qururuq. Ehtiyat qatarlarının xəttə verilməsi və digər məsələlərə ciddi nəzarət edilir. Sərnişinlər də  bunu hiss edirlər ki, interval 2 dəqiqə yarım olmalıdır, amma qatarlar daha tez gəlir. Dərnəgül istiqamətində olanlar artıq 5-6 dəqiqə deyil, daha tez gəlir. Bu da ehtiyat qatarların xəttə verilməsi ilə bağlıdır", - deyə B.Məmmədov bildirib. 

"Bakı Metropoliteni" rəsmisi onu da əlavə etdi ki, yeni dərs ilinə hazırlığın ikinci istiqaməti məhz tədris müəssisələri ilə bağlıdır: "Bütün kateqoriyadan olan tədris müəssisələrinin hər birinin fəaliyyətinə ayrılıqda baxmağa çalışırıq. Müəyyən məlumatları əldə etməyi çalışırıq. Tədris müəssisələrində birinci, ikinci növbə, dərslərin başlama-bitmə saatı, tələbə-müəllim kontingentinin sayı monitorinqlərimizdə xüsusi yer alır və baxılacaq. Lakin bu il "Bakı Metropoliteni"ndə sıxlıq olmayacaq kimi anlayışa konkret cavab vermək mümkün deyil. "Bakı Metropoliteni" isə bütün hazırlıqlarını maksimal texniki və işçi heyəti baxımından quracaq. Artıq elan etmişik, sentyabrın 15-dən dərs mövsümü başlayanda bizdə də qrafiklərdə dəyişiklik olacaq. "Bakı Metropoliteni"ndə "28 May", "Həzi Aslanov" sahəsi ən qısa intervalların tətbiq olunacağı yerdir. Orada iki dəqiqədən aşağı intervalı tətbiq etmək qeyri-mümkündür. Belə olduqda "Bakı Metropoliteni" prinsipinə uyğun olaraq xətlər  müstəqil fəaliyyət göstərməlidir.  Hər xətt üzrə qatarlar sərbəst hərəkət etməlidir. Bizdə isə  "28 May" stansiyasında iki xətt birləşdiyindən artıq "Dərnəgül" və "İçərişəhər" istiqamətində intervallar iki dəfə artıq olur. Bu nüansı aradan qaldırmaq qeyri-mümkündür. Stansiyaların sərnişin tutumu var. Platforma 5 vaqonluq sərnişin üçün nəzərdə tutulub. Bu qaydanı da dəyişə bilmərik. Bu səbəbdən artıq sərnişin sayı axınından asılı olaraq digər tənzimləmələr həyata keçiriləcək. Hazırda bu tənzimləmələr barədə danışmaq çox tezdir. Dərs ili açılandan sonra gedişatda tənzimləmələr tətbiq ediləcək. İrimiqyaslı texniki tədbirlərin görülməsi üçün ən vacib şərt xətlərin ayrılması layihəsi üzrə müəyyən işlərin görülməsidir ki, bu da "Bakı Metropoliteni"nin konseptual inkişaf sxemi, eyni zamanda Bakının Baş planında da nəzərə alınıb".

Yeni Müsavat

Rusiya Kurildəki köhnə texnikalara möhtac qaldı like
  • 01 Sen 08:52  
Dünya Rusiya Kurildəki köhnə texnikalara möhtac qaldı

Rusiya 2020-ci ildən Kuril adalarına yerləşdirdiyi zenit-raket kompleksləri

arrow Ətraflı
Bakıdan ərzaq yükü aparan karvan 3 gündür AğdamXankəndi yolundadır like
  • 01 Sen 08:44  
Digərləri Bakıdan ərzaq yükü aparan karvan 3 gündür AğdamXankəndi yolundadır

Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan karvan 3 gündür Ağd

arrow Ətraflı
Nigerdəki üsyançılar beynəlxalq təşkilatların fəaliyyətini like
  • 01 Sen 08:30  
Dünya Nigerdəki üsyançılar beynəlxalq təşkilatların fəaliyyətini

Nigerdə üsyançılar tərəfindən yaradılan keçid hökumətinin Daxili İş

arrow Ətraflı
Fransada pensiya haqqında like
  • 01 Sen 08:19  
Dünya Fransada pensiya haqqında

Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləv

arrow Ətraflı
Azərbaycanda nişanlı qız başqasına qoşulub qaçdı, qaçdığına da xəyanət etdi like
  • 01 Sen 07:45  
Kriminal Azərbaycanda nişanlı qız başqasına qoşulub qaçdı, qaçdığına da xəyanət etdi

Bərdə rayonunda 1988-ci il təvəllüdlü Mübariz qısqanclıq zəminində h�

arrow Ətraflı
Çinarə ilk dəfə atasından danışdı: “Bizi atıb getdi”  VİDEO like
  • 01 Sen 07:34  
Şou-biznes Çinarə ilk dəfə atasından danışdı: “Bizi atıb getdi” VİDEO

Tanınmış teleaparıcı, aktrisa Çinarə Əliyeva ilk dəfə atası barədə

arrow Ətraflı
Qohumunu öldürərək yandıran fizika müəllimi: “Hadisədən sonra dəfndə iştirak etdim” like
  • 01 Sen 07:22  
Kriminal Qohumunu öldürərək yandıran fizika müəllimi: “Hadisədən sonra dəfndə iştirak etdim”

Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda q�

arrow Ətraflı
Dünya dizel problemi ilə üzüzə – Azərbaycanda like
  • 01 Sen 07:10  
Digərləri Dünya dizel problemi ilə üzüzə – Azərbaycanda

"Məlum olduğu kimi, hazırda bəzi ölkələrdə dizel yanacağı ilə ba

arrow Ətraflı
Divanın yaşıl saçları heyranlıqla qarşılandı  like
  • 01 Sen 06:55  
Şou-biznes Divanın yaşıl saçları heyranlıqla qarşılandı

Türkiyənin Divası Bülent Ersoy başdan ayağa yaşıl rəngə bürünüb.

arrow Ətraflı
Virtual yadplanetli influserlə müqavilə imzalandı like
  • 01 Sen 06:06  
Digərləri Virtual yadplanetli influserlə müqavilə imzalandı

Virtual yadplanetli influserlə müqavilə imzalandı

arrow Ətraflı
Dilarə "sağlamlığınıza zərərlidir" yazıb siqaretlə VİDEO paylaşdı like
  • 01 Sen 05:05  
Şou-biznes Dilarə "sağlamlığınıza zərərlidir" yazıb siqaretlə VİDEO paylaşdı

Müğənni Dilarə Kazımova yeni görüntüsünü paylaşıb.

arrow Ətraflı
Bu cür qidalanmaq immunitetinizi zəiflədəcək like
  • 01 Sen 04:04  
Digərləri Bu cür qidalanmaq immunitetinizi zəiflədəcək

Bütün dünyada yayılan koronavirus infeksiyası ilə mübarizədə ilk edilə

arrow Ətraflı
Konsertdə fitə basıldı, jurnalistləri qovdu like
  • 01 Sen 03:03  
Şou-biznes Konsertdə fitə basıldı, jurnalistləri qovdu

İzmitdə şəhər meydanında baş tutan konsertdə səhnəyə gec çıxan mü�

arrow Ətraflı
Yetkinlik dövründən siqaret çəkən oğlanlara like
  • 01 Sen 02:02  
Digərləri Yetkinlik dövründən siqaret çəkən oğlanlara

Böyük Britaniyanın Sauthempton və Norveçin Bergen Universitetlərinin aliml

arrow Ətraflı