Fransadan "şou"ya dəstək Makronu
Siyasət 30 Avq 2023 15:22:00 353 0
Son günlər məktəblərlə bağlı qərarına görə hətta BMT tərəfindən tənqid edilən Fransa Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə davam edir. Əlcəzairdə soyqırımı törədən, müxtəlif tayfaları məhv edən, Fransa Cənubi Qafqazda sülh prosesinə mane olmağa çalışır. Aydın məsələdir ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir. Onların niyyəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyasını əngəlləməkdir.
Bu xəbəri də oxu: "Rusiya səfirinin də XİNə çağırılmasına ehtiyac var, çünki..."
Afrikada ciddi problemlərlə üzləşmiş və ağır duruma düşən Fransa başı Ukrayna ilə müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək regionda durumu gərginləşdirmək istəyir. Onlar bu yolda Avropa İttifaqındakı imkanlarını da səfərbər ediblər. Daim ermənipərəst mövqe nümayiş etdirən Fransa yenə də sülhə xələl gətirən davranış nümayiş etdirir. Onlar ermənilərin "blokada şou"suna dəstək verməyə davam edirlər. Əsas dəstək isə Paris meri Ann İdalqodan gəlir:
"Mən Parisin və digər icmaların rəsmiləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120.000 Artsax ermənisi, o cümlədən 30.000 uşaq təcrid edildi, ac qaldı, hər şeydən məhrum edildi. Bu humanitar fəlakətlə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir", - o sosial şəbəkə hesabında yazıb.
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 Azərbaycan yaşayış məskənini yer üzərindən silməsinə göz yuman Fransa hökumətini humanitar məsələlər maraqlandırmadığı gün kimi ortadadır. Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxlayan, özündən min kilometrlərlə uzaqlıqda yerləşən əraziləri hələ də müstəmləkə işğalında saxlayan Fransadan humanistlik gözləmək də sadəlövhlük olar.
Azərbaycanın bu məsələyə yanaşması qətidir: regionda sülh və təhlükəsizlik təmin olunmalıdır. Ötən gün cənab prezidentin Makron ilə danışığında da Azərbaycanın mövqeyi tam ifadə olunub, Fransa prezidentinin qaldırdığı məsələlər yetərincə cavablandırılıb.
Xatırladaq ki, dünən Fransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Eyni zamanda, Prezident İlham Əliyev ötən gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.
Bəxtiyar Umarlı Son.az
Həyat yoldaşım Səxavət Canıyev 1-ci Qarabağ müharibəsi zamanı 1994-cü
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ikitərəfli münasib
Türkiyəli jurnalistlər "yaşıl pasport" tələbini Numan Kurtulmu�
Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi işdən azad olu
Ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə 300-ə yaxın ixtis
Müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə oxuduğu "Mən
Mənim də qardaşım Abbas Behbudov 1-ci Qarabağ müharibəsində Zənginlan r
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov)
Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiy
Rusiya nüvə sınağını o zaman keçirər ki, bununla bağlı ilk qərar ABŞ
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması fəalların
Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi mü
Son zamanlar müsəlmanlara qarşı zülmü ilə gündəmə gələn Hindistan da
Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" əvvəllər sist