"31 il həsrətlə yaşamaq çox çətindir"
Digərləri 30 Avq 2023 14:53:00 343 0
Mənim də qardaşım Abbas Behbudov 1-ci Qarabağ müharibəsində Zənginlan rayonu uğrunda gedən döyüşlərdə ikin düşüb. Bugünə qədər onun talleyi haqqında heç bir məlumat yoxdur.
Bu xəbəri də oxu: 2024cü ilin ən yaddaqalan hadisələri FOTOlar
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Qarabağ İtkin ailələri" İctimai Birliyinin sədri, itkin Abbas Behbudovun bacısı Könül Behbudova deyib.
O bildirib ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür.
"Biz itkin ailələri ilə birlikdə öz itkin əzizlərimizi anmaq üçün Şəhidlər Xiyabanına gəlmişik. 31 il gözü yolda qalmaq, 31 il həsrətlə yaşamaq çox çətindir. Bizim əzizlərimiz gözləri yolda dünyalarını dəyişiblər.
Biz itkinlərimizi hər zaman anırıq. Ermənistan bizim həm hərbçilərimizə, həm mülki insanlara qarşı vəhşiliklər törədiblər. Heç zaman bunu unutmayacağıq", - deyə o, qeyd edib.
K.Behbudova vurğulayıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi isə Azərbaycan xalqına qarşı vəhşilik törətmiş ermənilərin Ermənistana aparılmasına yardım edirlər.
"Biz bunu pisləyirik. Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi Bakı ofisinə tabe olmalıdır. Bu təşkilat tərəf saxlamamalıdır. Bizim bu qədər itkinlərimiz var ancaq Ermənistan tərəfi itkinlərimiz və onların kütləvi məzarlıqları barədə məlumat vermirlər. Biz itkin ailələləri 31 ildir yol gözləyirik. Onların talehi barədə məlumat bilmək bizim haqqımızdır", - deyə Birliyin sədri əlavə edib.
Qeyd edək ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb. Son.az
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov)
Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiy
Rusiya nüvə sınağını o zaman keçirər ki, bununla bağlı ilk qərar ABŞ
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması fəalların
Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi mü
Son zamanlar müsəlmanlara qarşı zülmü ilə gündəmə gələn Hindistan da
Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" əvvəllər sist
Çində 3 nəfər şəxs liftdə bədəxt hadisə ilə üzləşib. Son.az xar
Ukraynadan olduğu güman edilən hakerlər "Zolotaya Korona" (KoronaP
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər
"Qarabağ İtkin ailələri" İctimai Birliyi itkin ailələri adında
"Medica Hospital"da ayağı amputasiyası edilən qadın ölüb.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxə
Müğənni Sevda Yahyayeva həyat yoldaşı ilə Türkiyəyə istirahətə yolla