Bu gün ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq


Dünya 30 Avq 2023 14:20:00 203 0

Bu gün ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Son.az-a verilən məlumata görə, Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək.

Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.

Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu, o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

Ay Yer ətrafında çevrə üzrə deyil, elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi daim dəyişir. Orbitdə ən yaxın nöqtə perigey, ən uzaq isə apogey adlanır. Lakin Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində perigey və apogey məsafələri stabil qalmır, periodik olaraq dəyişir. Perigey məsafəsi 356420 km-dən 369960 km-ə, apogey məsafəsi isə 404180 km-dən 406740 km-ə qədər dəyişə bilir. Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356424 km olacaq.

Super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir.

Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı like
  • 30 Avq 14:10  
Dünya Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı

Son zamanlar müsəlmanlara qarşı zülmü ilə gündəmə gələn Hindistan da

arrow Ətraflı
“Toyota” sistem nasazlığından sonra zavodlarını yenidən açır like
  • 30 Avq 13:58  
Digərləri “Toyota” sistem nasazlığından sonra zavodlarını yenidən açır

Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" əvvəllər sist

arrow Ətraflı
Liftdə DƏHŞƏTLİ ANLAR – Şaxtaya düşdülər like
  • 30 Avq 13:47  
Digərləri Liftdə DƏHŞƏTLİ ANLAR – Şaxtaya düşdülər

Çində 3 nəfər şəxs liftdə bədəxt hadisə ilə üzləşib. Son.az xar

arrow Ətraflı
"Zolotaya korona" köçürmə sisteminə də hücum oldu like
  • 30 Avq 13:25  
Dünya "Zolotaya korona" köçürmə sisteminə də hücum oldu

Ukraynadan olduğu güman edilən hakerlər "Zolotaya Korona" (KoronaP

arrow Ətraflı
Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib like
  • 30 Avq 13:24  
Siyasət Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər

arrow Ətraflı
"Medica Hospital"da ayağı amputasiyası edilən qadın like
  • 30 Avq 12:54  
Digərləri "Medica Hospital"da ayağı amputasiyası edilən qadın

"Medica Hospital"da ayağı amputasiyası edilən qadın ölüb.

arrow Ətraflı
Azad edilən ərazilərdə bu şəxslərə birdəfəlik müavinətin təyinatına başlandı like
  • 30 Avq 12:52  
Digərləri Azad edilən ərazilərdə bu şəxslərə birdəfəlik müavinətin təyinatına başlandı

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxə

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 30 Avq 12:49  
Digərləri Sabah hava necə olacaq?

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Sevda həyat yoldaşı ilə Türkiyədə like
  • 30 Avq 12:42  
Şou-biznes Sevda həyat yoldaşı ilə Türkiyədə

Müğənni Sevda Yahyayeva həyat yoldaşı ilə Türkiyəyə istirahətə yolla

arrow Ətraflı
Britaniya Tayvanı müstəqil dövlət adlandırdı like
  • 30 Avq 12:30  
Dünya Britaniya Tayvanı müstəqil dövlət adlandırdı

Böyük Britaniya parlamenti ilk dəfə olaraq Tayvanı müstəqil dövlət adla

arrow Ətraflı
Bakıda keçmiş məhkum qohumunu güllələdi like
  • 30 Avq 12:19  
Kriminal Bakıda keçmiş məhkum qohumunu güllələdi

Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəs

arrow Ətraflı
Azərbaycan dövlət sərhədini pozmağa çalışan əcnəbilər saxlanıldı like
  • 30 Avq 12:13  
Digərləri Azərbaycan dövlət sərhədini pozmağa çalışan əcnəbilər saxlanıldı

Avqustun 30-da saat 07:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları

arrow Ətraflı
Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan öldürülüb like
  • 30 Avq 11:57  
Digərləri Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan öldürülüb

1998 və 2001-ci illərdə BQXK tərəfindən təqdim edilmiş məktublarda 54 n

arrow Ətraflı
“Milli” intim platformamız yaradılsın” – Millət vəkilindən like
  • 30 Avq 11:46  
Digərləri “Milli” intim platformamız yaradılsın” – Millət vəkilindən

Ukrayna hərbi fondu artırmaq üçün pornoqrafik məzmun istehsalını qanunil

arrow Ətraflı